Эротические рассказы

Sənət əbədidir, ömür amanat. Ариф АлиевЧитать онлайн книгу.

Sənət əbədidir, ömür amanat - Ариф Алиев


Скачать книгу
ubtitle>

      Üçpərdəli sənədli povest

      Ədil İskəndərovun öz tələbəsi,

      teatr və kino rejissoru Rövşən Almuradlıya

      1975–76-cı illərdə “Sənətkar və zaman” mövzusunda düşüncələr üstündə danışdığı xatirələr əsasında

      Povestdə həmçinin Mehdixan Vəkilovun,

      İsmayıl Şıxlının, Süleyman Rüstəmin,

      Vidadi Babanlının xatirələrindən istifadə olunub.

      Müəllif

      Azərbaycan Dövlət Teatr Muzeyinin və

      Azərbaycan Milli Kitabxanasının kollektivlərinə arxiv materiallarının seçimində

      göstərdikləri yardıma görə təşəkkürünü bildirir.

      Avansəhnə

      – Mənim vicdanım da, qəlbim də qandır!

      Dünya qan üstündə bir xanimandır!..

      Vəzir yaltaqcasına şaha baş əydi, onun şəninə tərif demək üçün sifətinə şirinlik verib əllərini göyə qaldırdı.

      Rejissorun yuxusuzluqdan şişmiş göz qapaqları aralandı.

      Vəzir bunu sezdi, qolları yanına düşdü, amma üzünün ifadəsi dəyişmədi.

      Dram teatrının aktyorları gənc və hökmlü baş rejissorun qəribə vərdişlərinə alışmışdılar. Bilirdilər ki, çox vaxt o, məşqlərə gözüyumulu «baxır». Gözlərini yalnız nədənsə narazı qalanda, ya ağlına təzə fikir gələndə açır. Bəzən də heç açmadan göstərişini verir. İndiki şəraitdə isə nəinki yeni ideya üzərində işləmək, hətta tamaşaya hər hansı ciddi dəyişiklik etmək artıq gec idi. Premyera oktyabr ayının 5-nə – teatr sezonunun açılışına, qapalı “ictimai” baxış isə sabaha, sentyabrın 28-nə təyin edilmişdi. Başda Mircəfər Bağırov olmaqla Mərkəzi Komitənin büro üzvlərinin, xalq komissarlarından bir neçəsinin baxışa gələcəyi gözlənilirdi. Bunu anlayan aktyorlar arxayın idilər ki, bu dəfə rejissoru gözlərini açmağa məcbur edən nəsə, xırda məsələdir. Amma səbirlə onun replikasını gözləyirdilər.

      Sükutun uzandığını görən Qacar rolunun ifaçısı özündən şübhələndi: elə bildi, rejissoru məhz onun son sözləri “oyadıb”.

      – Bir az da kinli deməliydim? – o, tərəddüd içində soruşdu.

      – Davam elə, qadam, – Ədil İskəndərov yorğun-yorğun əlini yellədi.

      Sidqi Ruhulla rejissorun nə istədiyini dəqiq başa düşməsə də (yəni əvvəlki kimi davam etməlidi, yoxsa indi dediyi kimi?), səsini zilə qaldırdı, qəzəbini artırdı:

      – Mənim vicdanım da, qəlbim də qandır!

      Dünya qan üstündə bir xanimandır!..

      Şəkil 1.

      Məşq məcrasına qayıtdı. Amma Ədil İskəndərov gözlərini təzədən yummağa ürək eləmədi. Qorxdu ki, kirpikləri qovuşan kimi yenə qaranlıqdan Bağırovun sifəti çıxacaq, kinli baxışlarını ona zilləyəcək, nə işləməyə, nə fikrini cəmləməyə qoyacaq. Necə ki bütün gecəni yatmağa qoymamışdı. «Qan-qan» deyən Qacarın hayqırtısı rejissoru həyəcanlandırmışdı, məşq başlayan andan unutduğu hissləri yerindən oynatmışdı. Tamaşada hadisələr 1797-ci ildə baş verirdi, səhnədə şairlə hökmdar deyişirdi. Ədil İskəndərova isə elə gəlirdi ki, orada da 1938-ci ilin sentyabr ayının 27-dir və bu, Molla Pənah Vaqiflə Ağa Məhəmməd şah Qacarın yox, onunla Mircəfər Bağırovun dialoqudur, dialoqun sonunda rejissorun taleyi şairin taleyindən də faciəvi olacaqdır.

      “Ümumiyyətlə, zaman nədir? Onu bunca şərtiləşdirmək olarmı? Bəs məkan? Və onlar bir-birindən ayrı mövcud ola bilərlərmi? – Ədil İskəndərov ürəyində öz-özüylə danışırdı. – Teatrda hər şey mümkündür, hətta bundan artığı da!!! Adi həyatda zaman – uzunluğu saniyələrlə, dəqiqələrlə, saatlarla, günlərlə ölçülən, həmişə eyni istiqamətdə: keçmişdən indiyə, indidən gələcəyə axan bir çaydır. Sən onun qabağından qaça bilməzsən, sularına qatıb aparacaq. Teatrda isə istəsən, çayın lap mənbəyinədək suyun əksinə üzə, hətta sahilə çıxıb, burada bir kötüyün üstündə oturub minilliklərlə gur axına baxa bilərsən. Saniyəni bir qərinə qədər uzatmağa, yaxud tərsinə, əsri dəqiqəyə sığışdırmağa qadirsən. Şərtilik! Teatrın əsas qanunu budur! Bəs məkan nədir? Materiyanın varlığının həcm və ölçülərə malik forması? Obyektiv reallıq? Yanılırsınız, möhtərəm filosoflar! Kim deyir ki, məkanın sərhədləri, həcmi var? Məkan da şərtidir! Divardan bircə lövhə asmaqla mən bu səhnəni Sibir çölləri qədər genişləndirə, yaxud balacalaşdırıb dar qəbrin içinə soxa bilərəm! Bunların hamısını edən rejissordur! Ey, Qacar, sənmisən “Mən də yer üzünün bir Allahıyam!” deyə sinənə döyən? Necəsən, gözlərinə bir eynək taxmaqla, başına dimdikli kepka keçirməklə səni keçmişindən dartıb bu günə gətirim, sarayından çıxarıb zindana saldırım?! Özüm də şairlə gəlib yanında oturum?! Qorxma, eləmərəm. Çünki mən sənətkaram, nə inqilabçı, nə əks-inqilabçı deyiləm. Düzünü bilmək istəyirsənsə, bəlkə, səndən çox qorxuram. Sənə nə var, onsuz da bəşəriyyətə, həyata nifrət edən qocasan. Əlində də qılıncın var. Mənsə bəşəriyyəti sevən, yaşamaq-yaratmaq istəyən bir gəncəm, əlimdə istedadımdan savayı silahım, gözəlliyə xidmət etməkdən başqa niyyətim yoxdur…”

      Rejissorun dalğınlığı aktyorlarda da çaşqınlıq yaradırdı. Ədil İskəndərov bunu hiss etdi və özünə hirsləndi:

      “Zəiflik göstərirsən! Adamın özünü necə tanıtması ilə deyil, əsl xarakteri bərkə-boşa düşəndə bilinir. Aktyorlar həssas olurlar, tərəddüdlərini görürlər. İradəni topla! Ürəyinə xof, şübhə toxumu düşübsə, öz hazırladığın tamaşaya lap elə düşmən gözüynən bax!”

      …Dünənə qədər belə fikirlər onun ağlına da gəlməzdi. Bütün işlər plan üzrə gedirdi. “Vaqif” faciəsinin dörd aydan çox davam edən məşqləri, demək olar ki, yekunlaşmışdı, bir-iki səhnəni cilalamaq qalırdı; məsələn, Mustafa Mərdanovun oyununa diqqət yetirmək lazım idi ki, yaltaqlığın dərəcəsini azaltsın, vəziri gic kimi yox, bic kimi göstərsin. Bütövlükdə isə tamaşada gözəl aktyor kollektivi toplanmışdı. Pyesin müəllifi Səməd Vurğunla işləmək olduqca rahat və xoş idi. Ədil İskəndərov 33 yaşında milyonların sevimlisinə çevrilmiş bu məşhur, ordenli şairin (afişalarda belə də yazırdılar – Səməd Vurğun, mötərizədə: ordenli) istedadına, sadəliyinə, şirindilliyinə heyran olmuşdu. Vurğun özündən dörd yaş da kiçik rejissora hörmətlə yanaşırdı, mətndə dəyişikliklər etmək barədə xahişlərinin çoxunu yerindəcə, “Ayə, buyuydumu məndən istədiyin?” deyə höcətsiz yerinə yetirirdi. Bircə ixtisarları xoşlamırdı. Səid Rüstəmov əla musiqi tərtibatı vermişdi. Nüsrət Fətullayev Qarabağa, pyesdə təsvir edilən yerlərə ezamiyyətdən qayıdandan sonra möhtəşəm dekorasiyalar qurmuşdu, kostyum rəssamı Axundovun tikdirdiyi geyimlərə söz ola bilməzdi. Ədil İskəndərov böyük uğur, hətta triumf, orden, fəxri ad gözləyirdi və bu ona təkcə özünütəsdiq üçün deyil, daha çox özünümüdafiə üçün lazım idi. Zamana ağır zamanaydı…

      Şəkil 2.

      Birinci pərdə

      26 sentyabr 1938-ci il, bazar ertəsi

      Səhər saat 11-də Ədil İskəndərov Azərbaycan Dövlət Dram Teatrının Malıgin küçəsindəki xidməti girişindən binaya daxil oldu və uzun, enli dəhlizlə foyeyə keçdi. Teatrın direktoru Süleyman Rüstəm burada Daxili İşlər üzrə Xalq Komissarlığının əməkdaşı formasında iki adamla söhbət edirdi. Şairi bu vəzifəyə ötən ilin əvvəlində həbs olunmuş Əli Kərimovun əvəzinə təyin etmişdilər. Həvəssiz gəlmişdi, bir tərəfdən yaxşı tanıdığı, hörmətlə yanaşdığı adamın yerini tutmağı özünə sığışdırmırdı: Əli Kərimov “Kommunist” qəzetinin redaktor


Скачать книгу
Яндекс.Метрика