Cins və xarakter. Отто ВейнингерЧитать онлайн книгу.
Ə
XARAKTER
MÜNDƏRİCAT
BİRİNCİ HİSSƏ
CİNSİ RƏNGARƏNGLİK
GİRİŞ…. 6
I FƏSİL. “KİŞİLƏR” VƏ “QADINLAR” 11
II FƏSİL. ARRHENOPLASMA və THELYPLASMA 18
III FƏSİL. CİNSİ CAZİBƏ QANUNLARI 37
IV FƏSİL. HOMOSEKSUALİZM VƏ UŞAQBAZLIQ 59
V FƏSİL. XARAKTEROLOGİYA VƏ MORFOLOGİYA 69
VI FƏSİL. AZAD QADINLAR 86
İKİNCİ HİSSƏ
CİNSİYYƏT TİPLƏRİ
I FƏSİL. KİŞİ VƏ QADIN………………………………………………......103
II FƏSİL. KİŞİ VƏ QADIN SEKSUALLIĞI 112
III FƏSİL. KİŞİ VƏ QADIN ŞÜURU 124
IV FƏSİL. İSTEDAD VƏ DAHİLİK 140
V FƏSİL. İSTEDAD VƏ YADDAŞ 157
VI FƏSİL. YADDAŞ, MƏNTİQ, ETİKA 197
VII FƏSİL. MƏNTİQ, ETİKA, MƏN 213
VIII FƏSİL. “MƏN” PROBLEMİ VƏ DAHİLİK 230
IX FƏSİL. KİŞİ VƏ QADIN PSİXOLOGİYASI 260
X FƏSİL. ANALIQ VƏ FAHİŞƏLİK 308
XI FƏSİL. EROTİKA VƏ ESTETİKA 349
XII FƏSİL. QADININ MAHİYYƏTİ VƏ
ONUN KAİNATDAKI ANLAMI 378
XIII FƏSİL. YƏHUDİLİK 452
XIV FƏSİL. QADIN VƏ BƏŞƏRİYYƏT 503
B İ R İ N C İ H İ S S Ə
CİNSİ RƏNGARƏNGLİK
GİRİŞ
Hər cür düşüncə orta ümumilikdə anlayışlardan yola çıxaraq iki istiqamət üzrə inkişaf edir. Düşüncə bir tərəf-dən daha çox şeyləri öz içinə alan və bunun sayəsində get-gedə daha geniş fəaliyyət sahəsi tutan daha ali mücər-rədlikdə anlayışlara can atır, digər tərəfdən isə o anlayış-ların kəsildiyi nöqtəyə – konkret vahid kompleksə, fərdə yönəlir. Bu elə bir nöqtədir ki, ona biz düşüncə sferamız-da yalnız sonsuz sayda məhdudlaşdırıcı təriflər yolu ilə, daha yüksək, daha ümumi “şeylərə”, yaxud hansısa son-suz sayda spesifik fərqli anlara qovuşmaq yolu ilə çata bi-lərik.
Məməlilərdən, quşlardan, soxulcanlardan fərqlənən balıqlar sinfinin mövcudluğu faktı balıqların qığırdaqlı və sümüklü olması faktından daha əvvəl hamıya məlum idi. Digər tərəfdən bütün balıqları quşlar və məməlilərlə onur-ğalılar anlayışı ilə birləşdirmək və soxulcanları bu yolla alınmış daha mürəkkəb vahid hadisələr kompleksi ilə qar-şılaşdırmaq fikrinə isə çox sonralar gəlinmişdir.
İnsanlar ruhun gerçəklik sferasındakı sonsuz oxşarlıq və fərqliliklərlə gözə çarpan bu özünütəsdiqini heyvanlar aləmindəki yaşayış uğrunda mübarizə ilə müqayisə edir-dilər. Anlayışların köməyi ilə biz özümüzü dünyadan qo-ruyuruq.
Zorla özündən çıxarılmış adamı içində olduğu o məh-dud sfera üçün zərəsizləşdirməkdən ötrü tutub əl-ayağını bağladığımız kimi onlarla da (anlayışlarla) biz yavaş-yavaş və tədricən bütün dünyanı sarırıq. Bunu edib əsas təhlükə-ni sovuşdurduqdan sonra biz ayrı-ayrı əzablara girişirik və o zaman bütün işi tamamlamış oluruq.
Ən qədimlərə aid iki anlayış var ki, insanlıq öz mənə-vi həyatının lap başlanğıcından onlarla qarşılaşmalı ol-muşdur. Doğrudur tez-tez onlara əhəmiyyətsiz düzəlişlər edilmiş, onlar təmirə göndərilmiş, lakin tam yaxud qis-mən təmir edilməli olduğu halda yalnız yamaq vurulmuş, onlardan nə isə çıxarılıb atılmış və yenidən əlavə edilmiş-dir. Beləcə insanlar onların məzmununu gah məhdudlaş-dırmış, gah da yenidən genişləndirmişlər. Misal üçün dar seçki qanunu yeni ehtiyacların təzyiqi ilə buxovlarını bir-birinin ardınca açmağa məcbur olmuşdur. Lakin hər hal-da ümumən və bütövlükdə götürüldükdə düpbədüz keç-mişdə olduğu kimi biz hələ bu günə qədər onlarla kifa-yətlənirik. Mən burada kişi və qadın anlayışlarından bəhs edirəm.
Doğrudur, biz arıq, incə, yastı, əzələli, enerjili, dahi “qadınlardan”, qısa saçlı və bəm səsli “qadınlardan” bəhs edirik həmçinin, saqqalsız, naqqal “kişilərdən” də danışı-rıq. Biz həmçinin “qadına bənzəməyən qadınların”, “kişi-sayaq qadınların” və “kişiyə bənzəməyən kişilərin”, “qa-dınsayaq kişilərin“ olduğunu da etiraf edirik. İnsanın hələ doğuşdan bu və ya digər cinsə mənsubiyyətini müəyyən edən yalnız bir xüsusiyyəti diqqətə almaqla anlayışlara hətta onları inkar edən təriflər verməyə can atırıq. Lakin belə vəziyyət heç bir məntiqə sığmır.
Dostlar arasında, ya da salonda, elmi və ictimai top-lantıda “kişilər və qadınlar” barədə, “qadının azad olma-sı” barədə qızğın mübahisələri eşitməyən yaxud özü belə mübahisələri salmayan varmı? Bunlar elə söhbətlər və mübahisələrdir ki, “kişilər” və “qadınlar” sonu olmayan bir mütəmadiliklə bir rəng hüdudunda hər cür fərqlərdən məhrum edilmiş ağ və qırmızı kürələr kimi bir-birinə qar-şı qoyulur!
Mübahisəli məqamları onların hər birinin fərdi yara-nışı baxımından araşdırmaq cəhdi isə heç vaxt olmamış-dır, belə ki, hər birinin fərdi təcrübəsi olduğundan müxtə-lif şeylərin bir sözlə adlandırıldığı, dil və anlayışın bir-bi-rilə uzlaşmadığı bütün hallarda olduğu kimi burada da hər cür razılaşma ağlasığmaz görünür. Doğrudanmı, ta-mamilə iki müxtəlif qrup olan “qadınlar” və “kişilər” hər qrupun daxilində bu qrupun digər nümayəndələri ilə bü-tün maddələr üzrə üzləşən yekrəng bir şey kimi gözə çar-pır? Cinslər arası fərqlər barədəki mühakimələr çox hal-larda şüursuzca və getdikcə daha qətiyyətli olaraq buna söykənir. Təbiətdə heç yerdə belə kəskin fərqlilik müşahi-də olunmur. Məsələn, biz metallardan qeyri-metallara, qatışıqlardan kimyəvi birləşmələrə tədrici keçidləri görür, heyvanlarla bitkilər, məməlilərlə quşlar arasındakı aralıq formalara rast gəlirik. Yalnız ümumi praktiki ehtiyaclar baxımından aləmi seyr nöqtəsi tapmaq üçün biz hadisə-ləri qruplaşdırır, onların arasına dəqiq sərhədlər çəkir, tə-biiliyin sonsuz melodiyasından ayrı-ayrı ariyaları çəkib qoparırıq. Lakin ağlabatan, mənasız yaxşılıq əzab olur. Bu eyni vaxtda həm təfəkkür anlayışlarına, həm də miras qalmış ifadə qanunlarına aiddir. Qeyd olunmuş analogi-yalardan çıxış etsək, biz bu halda da təbiətin bir tərəfdən kişi cinsindən, digər tərəfdən isə qadın cinsindən olan bü-tün varlıqlar arasında kəskin sərhəd qoymadığı fikrini heç cürə qəbul edə bilmirik. Buna görə də hər hansı bir varlığı bu uçurumun sırf bu və ya digər tərəfinə aid etmək müm-kün deyil. Bu qətilik hətta qrammatikaya da yaddır. Dəfə-lərlə elə olub ki, qadın məsələsi barədə bitməz mübahisə-lərə ali hakim olaraq anatom cəlb olunub.
Onun qarşısında vəzifə qoyulub ki, kişi və qadının ruhani təbiətinin anadangəlmə və buna görə də dəyişməz xüsusiyyətləri ilə qazanılmış xüsusiyyətləri arasındakı fərqlilikdən doğan mübahisəni həll etsin (kişi və qadın dühası barədə məsələni anatomik nəticələrdən asılı etmək çox qəribədir. Əgər burada, həqiqətən də, insan həyatının digər hər hansı bir sahəsindən götürülmüş təcrübənin kö-məyi ilə onlar arasında heç bir bir fərq müəyyən etmək mümkün olmursa, onda necə ola bilər ki, bir tərəfdə on iki kub santimetrdən bir az artıq beyin tədqiqatın ümumi nəticəsini təkzib etsin). Beyindən yaxud başqa bir bədən əzamızdan bəhs olunmasından asılı olmayaraq qəti me-yarlar haqqında suala daha dərin düşünən anatomlar bü-tün hallarda aşağıdakı cavabı