Эротические рассказы

Ac həriflər. Абдурагим-бек АхвердовЧитать онлайн книгу.

Ac həriflər - Абдурагим-бек Ахвердов

Скачать книгу
əhd eləyirəm, gərək Cəfərqulu xanı da əsir edəm. Əvvəl bunun gözlərinin qabağında onun başını kəsəm və sonra bunun gözlərini çıxardam. Buna ondan böyük tənbih ola bilməz. Hər kişiyə Allah dünyada iki böyük nemət verib: biri onun kişiliyidir və biri də onun gözləri. Əvvəlinci nemətdən bunu Ədil şah məhrum edib, ikincisindən də mən məhrum edərəm.

Ağa Məhəmməd xan. Hər nə edəcəksən, et. Yazılan yazılıb.

Mürtəzaqulu xan. Səni bu halətdə görəndə mən yazılanı oxudum.

Mustafa xan. Fərraş! Get, kündə30 gətir və yaxşı təzə kündə. (Fərraş gedir.) Sən padşahsan, gərək sənin ayağına padşaha layiq kündə vurula. (Kündəni gətirirlər.) Salın bunun ayaqlarına. Kündənin tozunu silin, padşahın libası bulanmasın.

Ağa Məhəmməd xanın ayaqlarını salırlar kündəyə.

Qasid (daxil olur). Xan, nə durubsan, evimiz yıxıldı, qoşunumuzun yarısı tərk oldu! Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalanı pərakəndə olub hərəsi bir yana qaçdı. Rzaqulu xan əsir olub, keçib Cəfərqulu xanın əlinə.

Mürtəzaqulu xan. Oğlan, nə danışırsan?! Deginən, bu saat atları çəksinlər. Mustafa, qardaşım, qeyrət günüdür, gəl dalımca. İndi gərək mən özüm meydana çıxam, yoxsa axır günümüzdür! (Tez çıxır.)

Mustafa xan. Bu əsiri burada saxlayın! (Öz-özünə.) Mən də atlanım, sonra fikir edərəm, qoşuna gedim, ya bir ayrı yerə. (Tez çıxır.)

Ağa Məhəmməd xan. Pərvərdigara, səni öz calalına and verirəm, Cəfərqulunu tezliklə mənə salamat yetir.

Şeypur səsi gəlir. Ağa Məhəmməd xanın qarovulları qaçırlar.

Cəfərqulu xan (sərkərdələrlə daxil olur). Pərvərdigara, sənə şükür, qardaşımı salamat tapdım! (Kündəni ayağından açır.) Qardaş, gəl qucaqlaşaq. Şükür olsun xudavəndi-aləmin calalına ki, dörd il əziyyət və məşəqqətdən sonra fəth bizlə oldu. İndi cəmi Qacar sənin ayağının altındadır. Bu dava cəmi Qacar nəslini bir adamtək eləyib və o adam da məxsusdur sən Ağa Məhəmməd xana. Camaat ittihadı ilə padşahlıq da edə bilərsən və mən də həmişə sənin qabağında nökər varam.

Ağa Məhəmməd xan (Cəfərqulu xanın boynunu qucaqlayıb). Qolumun qüvvəti, belimin dayağı qardaşım! Allah səni mənə çox görməsin!

Cəfərqulu xan. Rzaqulu xanı buraya gətirin.

Rzaqulu xanı gətirirlər.

Ağa Məhəmməd xan. Rzaqulu! Sən nə cürət edib mənim müqabilimə qoşun çıxartdırdın, məgər bu gündən qorxmurdun? Mən sənə o tənbehi eləyəcəyəm ki, sənin adaşın Rzaqulu xan Mirzəyə oldu. Aparın, bunun iki gözlərini də çıxardın!

Rzaqulu xanı aparırlar.

Cəfərqulu xan. Qardaş, buyur, bu təllin31 üstünə çıx. Qoşun əhli səni ziyarət eləsin, yoxsa hamı səni ölmüş bilir.

Ağa Məhəmməd xan. Əlbəttə, lazımdır. Gəl, qardaş, dalımca.

İkisi də çıxırlar təllin üstünə.

Cəfərqulu xan. Camaat! Budur sizin sərkərdəniz, xudavəndi-aləmin köməyi ilə sağ və salamat, gözünüzün qabağında. (Ağa Məhəmməd xana) Qardaş! Bir bu səhranı tutan qoşuna tamaşa elə. Düzlərdə otları, göydə ulduzları, meşələrdə ağacları sanamaq mümkündür, amma Qacar qoşununu sanamaq mümkün deyil. Bu qoşun hamısı mənim itaətimdədir və mən də sənin itaətində. Mən sənin qabağında indiyədək dava eləmişəm və bundan sonra nə qədər qolumda qüvvət və sinəmdə nəfəs var, yenə bu qoşunla bir yerdə sənin uğrunda çalışmağa amadə32 varam. Mən Qacar nəslinin gözünün qabağında sənə ərəbi beyət33 eləmək istəyirəm. Ərəb bir vədə beyət eləyəndə ki, əlini verdi, yəqin vəfa eləyəcək. Mən də bu təllin üstündə bu sağ əlimi verirəm sənə. (Əl verir.) Bil və xatircəm ol ki, nə məndən və nə mənim qoşunumdan heç vədə sənə xəyanət olmayacaq.

Ağa Məhəmməd xan. Mərhəba, qardaş! Mərhəba!

Enirlər aşağı, bu halda bir sərkərdə bir neçə əsir gətirir.

Cəfərqulu xan. Bunlar nə əsirdirlər?

Sərkərdə. Mürtəzaqulu xanın müqərrəb34 atlılarındandırlar. Onunla bir yerdə qaçırdılar. Qovduq, özünü tuta bilmədik, atlılarını ələ keçirtdik.

Cəfərqulu xan (əsirlərdən birinə). Bu saat de görüm, Mürtəzaqulu xan və Mustafa xan necə oldular? Vay sənin halına əgər yalan deyəsən! Amma doğrusunu desən, səni azad eləyəcəyəm.

Əsir. Xan sağ olsun, elə ki bizim qoşun pərakəndə oldu və Rzaqulu xan əsir düşdü, o vədə Mürtəzaqulu xan bizlə bərabər atlanıb qoşunun içinə çapdı. Nə qədər qışqırdı, nərə vurdu, qoşun kar görə bilmədi. Axırda özü də atının başını çevirib qaçdı. Gərək Məşhəd tərəfə qaçmış olar.

Ağa Məhəmməd xan. Bəs mənim namərd qardaşım Mustafa xan?

Əsir. Mustafa xan axırda heç dava meydanında görünmədi. Belə danışdılar ki, qoşununun məğlub olmağını eşidən tək atını minib o qaçandır, qaçır. Deyirmiş ki: “Rusiya torpağına qaçacağam”.

Ağa Məhəmməd xan. Mən bu əsiri azad elədim, açın qolunu. (Cəfərqulu xana) Qardaş, sənin dövlətindən cəmi Qacar birləşib. Bundan sonra fürsəti fövt eləmək lazım deyil. Gərək birləşmiş qoşunun gücü ilə üzümüzə bağlı yolları açaq. İsfəhan hökmdarı Əlimərdan xan ölüb və yerində oğlu qalıbdır ki, bişüurun biridir. Lazımdır, qoşuna bir neçə vaxt rahatlıq verib, İsfəhan üstünə gedək, ta Farsistanı özümüzə tabe edək.

Cəfərqulu xan. Çox gözəl fikirdir. (Gülür.) Ümidvaram ki, Cəfər xan əvəzində Cəfərqulu xan əyləşə.

Ağa Məhəmməd xan. Gözüm üstə… Qardaş, necə ki məlum oldu, dəxi Qacardan bizə düşmən qalmadı. İndi mən istəyirəm qoşun əhlinə indiyədək ürəyimdə saxladığım axır sözümü deyim… Gəl, qardaş, təllin üstünə. Əliqulu, sən də gəl.

Çıxırlar təllin üstünə.

Cəfərqulu xan. Camaat, xamuş35 olun, Ağa Məhəmməd xan söz demək istəyir.

Ağa Məhəmməd xan. Ey buraya cəm olan Qacar qoşunları! Ey mənim qardaşlarım, dostlarım, əzizlərim və ey nəsli-Qacarın qəyur36 sərkərdələri, cavanları! Bilin və agah olun ki, bu gündən tarixi-Qacarinin əvvəl səhifəsinin bismillahı yazıldı. O bismillahı mən deyirəm və dalınca sizə məlum edirəm ki, mənim Ağa Məhəmməd şah Qacar, maliki-bil-istiqlali-külli-məmaliki-məhruseyi-İran! Bu gündən haman səltənəti-İranı alıram əlimə və ümidvar oluram ki, bu qoşunun köməyi ilə Qacar nəsli həmişə təxti-səltənəti-İranını müzəyyən37 edə. Necə ki siz

Скачать книгу

30

Kündə – keçmişdə qaçmasın deyə dustaqların ayaqlarına, boyunlarına və ya əllərinə vurulan ağır şey

31

Təll – təpə, təpəcik

32

Amadə – hazır

33

Beyət – itaət etmə, tabe olma

34

Müqərrəb – yaxınlaşmış, yaxın

35

Xamuş – sakit, dinməz

36

Qəyur – qeyrət çəkən

37

Müzəyyən – bəzəkli, bəzədilmiş

Яндекс.Метрика