Эротические рассказы

Payıza qədər. Allahverdi EminovЧитать онлайн книгу.

Payıza qədər - Allahverdi Eminov


Скачать книгу

      PAYIZA QƏDƏR…

      PAYIZDAN SONRA YAŞASAQ…

      Allah eləsin iki belə payız ömründən artıq ömür sürək. Amma arxada həsrətlə qoyduğumuz bu həyatın dadı-duzu, lap acısı da yaddaşımızdan silinməsin. Çatdığımız ocaq alışıb yanandan sonra sarı şöləsi qalır və onun işığına əlimizi uzadıb qızınırıq. Çox şeydə adamın bəxti gətirməyəndə ya Dünyamızdan şikayətlənirik, ya da həyatımızdan gileylənirik. Buna baxmayaraq zərif ümidə bel bağlayırıq. Vay o hala ki, gördüyümüz, yaşadığımız həyatın çatdığı ocağın şöləsində isinməyə qoymasınlar. Bəli, acı da olsa belə qadağalar qabağımıza çıxıb. Və bu qadağaların xeylisi adamın özünə, onun varlığının sirlərinə tuşlanıb.

      Elə götürək, qadın-kişi münasibətlərinin intim çalarlarını. Kişi bir qadına meylinin oyatdığı mənəvi-fizioloji qiymətini inkarmı etməlidir? Niyə? Nə üçün? Halbuki kişi və qadın münasibətləri psixologiyasının bəxş elədiyi qeyri-adi təbii hissi yaşamalı, onu qiymətləndirməlidir. Eyni zamanda gənc qızlar gələcək həyat və zövq yollarında qadınlıq ləyaqətinin həyati istəyini qabaqcadan qiymətləndirməyi bacarmalıdırlar. Və həm də yaşın payız zirvəsində adamın kövrək sözə, qəmli xatirəyə böyük ehtiyacı olur. Allah amanatında payıza qədər və payızdan sonra yaşayıb, müəllifə rəhmət (diriyə də rəhmət düşür) deyərsiz.

      Kim bilir, bəlkə də payızdan sonra bir də görüşdük?!

      Müəllif

      

      ÖN SÖZ ƏVƏZİ

      MƏNİ QINAYACAQSANMI?

      Bəlkə də qınadız ki, ay müəllif, sizi nə məcbur elədi qələmin ucunu çevirdiz qadın-kişi münasibətlərinə? İntim yaxınlığın çalarlarına?

      Suallar illərlə hisslərimi tarıma çəkib, özüm də bilmirəm niyə? Doğrudanmı lazım deyildi.

      Və günlərin bir günündə – bir yaz yağışında üzümü Dünyaya tutdum:

      –İnsanları gətirən, ona hədsiz-soraqsız arzular bəxş eləyəm Dünyam, nədəndir bu yaz yağışında qəlbimi coşdurursan, özümə sığışmıram. Nə sirdir bu?

      Bir səs yağışın ağappaq rəngindən çıxdı, sözümü tamamlamağa qoymadı:

      –Mahnıları dinləyəndə hansı dünyanı yaşayırsan? O dünyanı ki…

      Onun sözünü tamamlamağa imkan vermədim:

      – Onu xırdalamazlar, gözəlliyi də ondadır.

      Özümdə deyildim, özümü unutmuşdum. Özümə gəlmək istəyirdim, özüm də yaşamaq istəyirdim.

      … Yaddaşımda eləcə qalıb, eşitdiyim o mahnı. Müğənni yanıqlı səslə oxuyurdu: “Yarım, ölmək istəyirəm sənin qucağında…”

      Müğənni can atırdı yarının ağuşuna. Və bir boğazdan sonra müğənninin səsi çiçəklədi. Yarı çəkilmişdi, hicranın sızıltısı vüsalda qəhqəhə çəkirdi.

      Səs almışdı məni, “Ölüm sənin qucağında”. İlahi, ölüb-dirilmək mümkünmü? Şairlər çox cəhd eləyiblərsə, misralara baş vurublarsa… Mən niyə beləcə titrədim? Səs almışdı məni: “Ölüm sənin qucağında”. Son nəfəsdə kiminsə ağuşunda canı tapşırmaq mümkünmüş. Ruhun kəpənək qanadında ovxarlanar, çilənər bir qadının sinəsinə. Və bu ağ sinə kəsərsiz qılınctək işığında boğular.

      Səsi götürmüşdü məni: “Ölüm sənin qucağında”.Son nəfəsində bir vücudun ağuşunda can verib… ölmək?!

      Hə, musiqinin sədalarını sərbəst buraxaq, ona görə ki, bu elə-belə təsadüfi hiss deyil və elə-belə də xatırlamadım yarsız qəlb evinə süzülmüş musiqini. Oxucum, bir qədər elmi çıxsa da sözlərim, səbrini bas. Axı, hər şeyin “gizli” tərəfi də olur.

      Erotik (şəhvani) incəsənət məsələsi bəllidirsə, amma o, hələ mürəkkəbliyində qalır. Və burada “üzbəüz” priyomlar işə yaramır. Təsviri incəsənətdə, ədəbiyyatda erotizm səviyyəsini hələ ki, əyani surətdə, birtəhər, təsvirin məzmununa müvafiq müəyyənləşdirirlər, baxmayaraq bu, şərtidir. İncəsənətdə isə nəyi yox, nəyin necə təsvir ediləcəyi vacibdir. Bəs musiqidə, hansı ki, insanın duyğularını həm də şəhvət çalarlarına aparır. Mütəxəssis hesablamasına görə kişilərin 7 %-i, “təmizlənmiş” seçmə qadınların 23 %-dən 29%-ə qədəri boynuna alır ki, musiqi onlarda cinsi coşğunluq əmələ gətirir. Burada oxumuşlar səviyyəsindən gəlmə fərqlər mövcuddur və amerikan alimi Kinzinin hesablamasına inanıb deyək ki, kolleci bitirmiş kişilər və qadınlar təhsilindən asılı olmayaraq klassik, az təhsilli (kəmsavad) kişilər isə populyar musiqidən daha çox ehtizaza – cinsi coşğunluğa gəlirlər. Kolleci qurtarmış qadınların 19%-i, kişilərin 22,5%-i və kollecdə oxumayan kişilərin 40%-i göstərir ki, onlara musiqinin məzmunu deyil, ritmi təsir edir. Beləliklə, musiqinin erotik qavrayışı şəxsiyyətin estetik mədəniyyətindən və bir sıra başqa amillərdən asılıdır.

      Cinsi coşğunluqda musiqini ritmlə, sözlərlə qiymətləndirmək lazım gəlir, qeyd eləyək ki, bir sıra kişilər (Kinzinin “təmizlənmiş” seçməsində 48%) öz-özlüyündə cəld hərəkətdən cinsi coşğunluq məqamına çatırlar.

      Hə, deyəsən unutdum yaz yağışını. Birdən xatırladım ki, heç kəs olmaya, tənhalığımda gur yağış başlaya, üzümü tutam qız öpüşü qədər sadəlövh və kinsiz yaz yağışına, hey islanam, bədənim uçuna. Birdən qanrılam ki, çılpaq bədəndə bir qadın islanmış üzünü əllərinə bulayıb. Yuyunmuş saçlarını zərif işıqda yandırır. Sulu gözləri ehtirasından utanır.

      Bu xatirəydimi, yoxsa yaddaşımda səsini eşitdiyim qadın idimi?

      Tale ona nə bəxş eləməmişdi. Boy-buxun, ətli və ehtiraslı baldır, seçimli gərdən. Çiyinlərindən asılan, özünü intihar eləyən hörüklər. Və bir də…

      Onunla görüşlərimi çözələdim bu yaz yağışında. O, necə gəlmişdi, nə üçün özüylə ehtirasını barışdırmışdı? Dünən o, mənimçin hansı ovqatını bölüşmək səadətinə sevinmişdi? İlahi, məni niyə bu yaşımda titrək ürəkli eləyirsən. Oxucum inanar mənə, yazı masamda güzgü bələnib öz işığına. Elə bu dəqiqəmdə boylandım və gözümün nəmliyini görüb üzümü yana çevirdim. Ölməyən kimdi dünyada? Ölməkdən yaxasını qurtaran olubmu dünyada? Bəs haradan gəldi ağlıma:

      – Əbədi həqiqətə tabe oldum və sığındım ona:

      – Ölüm sənin qucağında. Oxucum pıçıldayacaq:

      – hər istəyin tükəndimi? Ona görəmi ölmək istəyirsən yarın ağuşunda? Cavab verimmi? Ölmək istəmirəm, amma ölmək istərəm yarın sinəsində…

      O, görüşümdə təmkinli aparırdı özünü. Otağa ayaq basanda eləcə oturur, ətli baldırını çəpəki saxlayırdı. Güzgü yaxşı ki, baxışımı qovuşdururdu ilğım rəngli baldırına. Gör, nə dağ çəkir bu baldırın işığı. Elə bil su axarında nəyinsə həsrəti axır, axırdı… Saf su yuyurdu baldırı, amma apara bilmirdi. Onun ləngərli bədənini aşağı çəkən gərdəni yaymalanırdı, titrəyirdi. Ətli və yaraşıqlı qolları ehtirasın gümüş “qıfılını” açmaq üçün qalxırdı, enirdi. Darıxırdı özünə sığışmayan bu qollar.

      Qapqara, əbədi nəvazişə möhtac saçları. Qapqara göz kimi özüylə güzgüdə görüşürdü. Qəşəng və mavi sifəti? Ətli və qanlı dodaqları? İri və qaynar gözləri? Eşitmədiyim səsi? İlahi, sənnən həmişə razıyam. Həmişə istəyimə səxavətlisən. Sən məni nə dahi eləmisən, nə də pullu. Amma məni sağlam ürəkli, sağlam bədənli yaratmısan. Daha nə istəyim olar sənnən?

      O, özünün gözəlliyini təqdim eləyərdi. Çırpınar, bütün günü çimdiyi şəfəqlərə sığınardı gözümün qarasına. Çəkməzdi bu şəfəqləri, yandırardı bəbəklərimi.

      Handan-hana ağ barmaqlarını toxundurardı üzümə. Mənə elə gələrdi insanı öldürməkdə aciz olan cərəyan da var, amma insan bədəninin hər anı üçün deyil bu cərəyan. Sonra ətli dodaqlarını yapışdırardı dodaqlarıma. Sən demə,


Скачать книгу
Яндекс.Метрика