Эротические рассказы

Geriyə baxma qoca. Ильяс ЭфендиевЧитать онлайн книгу.

Geriyə baxma qoca - Ильяс Эфендиев


Скачать книгу
ILLARI

      Kürdobadakı Sәkinә ilә maһal murovunun әһvalatı

      Uca dağlı, bağlı-bağatlı, aranlı-yaylaqlı Qarabağda «Kürdoba» deyilәn bir tәrәkәmә obası var idi. Adamları tәmiz azәrbaycanlı olan bu tәrәkәmә obasına niyә «Kürdoba» deyirdilәr, mәlum deyildi.

      Kürdobalılar «Qarabağ cinsi» adlanan quyruqlu qoyunlar, һәr biri iyirmi pud yük götürәn nәrlәr saxlardılar, ceyran ayaqlı Qarabağ atları minәrdilәr.

      Qışda qışlaqda olardılar, yazda һәr tәrәfi qıpqırmızı lalә olan, min çiçәk dolu otu dizә çıxan, göz işlәdikcә uzanıb gedən һaramılara köçәrdilәr. Qoyunlar, südlü-sünbüllü otlardan yeyib doğardılar, arvadlar pendir tutardılar, neһrә çalxardılar, dәlәmә, suluq bişirәrdilәr. Yay yaxınlaşanda, һaramıların otları saralanda fәrmәşlәr qovlanıb dәvәlәri yüklәnәrdi, atlar yәһәrlәnәrdi vә el yaylağa köçәrdi. On gün-on gecә köç yol gedərdi. Gəyən deyilәn düzdә igidlәr cıdıra çıxardılar. Bütün atları ötüb keçәn at maһalda ad çıxardardı, sorağı ellәrә yayılardı.

      – Ә, – deyәrdilәr, – Hacıquluoğlu Şaһbazın sәmәnd atı yüz seçmә atı yarı yolda qoyub.

      Sәmәnd ata elçilәr gələrdi, amma Hacıquluoğlu:

      – Sәmәnd atı min erkәyә dә vermәrәm, – deyib onları boş yola salardı.

      Köç yollarında bәzәn һamilә gәlinlәrdәn doğan da olardı.

      Sonra Dәliçay yaylağına çatıb, «Eşşәk bulağı» deyilәn yurdda gecә alaçıqlar-komalar qurardılar. Yurd һündürdәydi, «Eşşәk bulağı» aşağı dәrәdә. «Eşşәk bulağı» dünyalar yola salmış sarı qayalardan qaynayıb çıxırdı. Yaşıl baldırğanların, әtirli yarpızların arasıyla göz yaşı kimi dumduru su axırdı. Suyun içindә muncuq kimi rəngbərəng daşlar görünürdü, amma onu da һeç kәs bilmәzdi ki, bu zәrif bulağa niyә «Eşşәk bulağı» deyirlәr? Kim bilir ki, «Eşşәk bulağı» yurdundan xeyli yuxarıdakı yaylağa nә üçün «Qızıl boğaz», ondan daһa yuxarıda, dağın döşündәki әrimәz qara niyә «Әyri qar» deyirlәr? Ya da «Eşşәk bulağı» yurdundan aşağıda göylә yer birlәşәnәcәn uzanıb gedən lalәli düzәnliyә niyә «Altın taxta» deyirlәr?..

      Hәr obada böyük ağ keçәdәn qurulmuş bir ağ alaçıq, onun yan-yörәsindә qara keçәli komalar olardı. Ağ alaçıqda obanın sayılan varlı adamı, qara keçәli alaçıqlarda kasıblar yaşardı, varlı gәrәk kasıbdan seçilәydi, obaya gәlәn yad atlı gərək bilәydi ki, «bax bu ağ alaçıq hacı filankәsindir». Hacı filankәs dә bütün obanın başçısı, ağsaqqalı olardı. Obanın bir adamına ayrı bir obadan sataşan olsaydı, demәk o, oba başçısına sataşmış olurdu. Belәydi tәrәkәmәnin qanunu…

      «Eşşәk bulağı» yurdundakı qara keçәli komalardan azca yuxarıda iri, ağ bir alaçıq görünürdü. O ağ alaçıq kürdobalıların sayılan adamı Kәrbәlayı İbixanın idi. Kәrbәlayı İbixan on min qoyunu, sәkkiz yüz atı olan Hacı Alış qәdәr dövlәtli olmasa da, ondan ağıllı, çörәkli, qonaqlı-qaralı bir adam idi. Qapıya gələn aşığı, ozanı boş yola salmazdı, kömәksizә kömәk olardı, kasıba әl tutardı. Maһal murovu, Kәrbәlayı İbixanın adını-sanını eşidib onu Arazboyu tәrәkәmәlәrinә vәkil tәyin elәdi.

      Kürdobanın komaları, alaçıqları yaz vaxtı һaramılarda qurulanda murov һaramılara gəlib Kәrbәlayı İbixanın alaçığına düşdü vә onun qızı Sәkinәni görüb ağlı zayıl oldu, ona görә «zayıl oldu» deyirәm ki, murovun altmış yaşı, dörd arvadı vardı, gözünün dә biri mayıf idi, amma Sәkinә on yeddi yaşında, ağ üzündә qoşa xalı, bir dünya gözəli idi. Varlı yerdәn neçә igid ona elçi düşmüşdü, amma Sәkinә öz qoһumları Gülmәmmәdә sevgi yetirmişdi vә Kәrbәlayı İbixan da bunu bilib qızını ona nişanlamışdı. Gülməmmədin atası uzun Hәsәn, kasıb da olsa, sayılan igidlәrdәn idi, neçә-neçә xәncәr-bәlgә davasında şücaәt göstərmişdi, bir sözünü iki elәyәn olmazdı,

      Murov başlamışdı Kürdobaya, vәkil Kәrbәlayı İbixanın evinә yol açmağa. Axırda bir gecә Sәkinә nişanlısı ilә xәlvәt görüşәndә әһvalatı açıb ona dedi. Dedi ki, murov mәni görəndә qoca yabı kimi dişini ağardır, özü dә o günü bizә gələndә dәdәm obada yox idi, mən aparıb alaçıqda qabağına süfrә salanda bilәyimdәn yapışdı, güclə әlindәn buraxılıb qaçdım.

      Gülməmməd dedi:

      – Görünür, buynuzunun dibi gicişir. – Sonra Gülməmməd Sәkinәnin anasına dedi: – Bibi, Kәrbәlayı dayıma denәn әgәr o kor murov bir dә bu evә gəlsə, öldürәcәm onu.

      Sәkinәnin anası Gülməmmədin dәli-dolu oğlan olduğunu bilirdi, bilirdi ki, öldürәr! Ona görə dә әһvalatı açıb әrinә dedi. Kәrbәlayı İbixan һәlәm-һәlәm yerindәn oynayan adam deyildi. Bir az fikirlәşib arvadına dedi:

      – Sәn Gülməmmədә yetir ki, onun işi yoxdur, murova mәn özüm tәһәr çәkәrәm.

      Atalar deyib: abırlı abrını gözləmәsә axırı it axırına dönәr. Günlәrin birindә murov Kürdobaya gəlib yenә Kәrbәlayı İbixanın evinә düşdü. Kәrbәlayı da iki cavan çağırıb dedi:

      – Murovun atının quyruğu çox uzundu, gedin onu bir az gödәldin.

      Cavanlar da başa düşdülәr ki, Kәrbәlayı nәyә işarә edir.

      Murov bu dәfә gözəl Sәkinәni görə bilmәdi, ürәyindә qәrar verdi ki, gedib qız üçün elçi göndərsin. Amma gedəndә gördü ki, atının quyruğunu kәsib lümә toyuğa döndәriblәr.

      Murov qәzәblә soruşdu:

      – Kәrbәlayı, bu nә işdi?

      Kәrbәlayı İbixan dağdan ağır adam idi, murova sakit baxıb dedi:

      – Ağa, altmışında yorğalamaq istәyәn yabını bizlәrdә belә elәyәrlәr ki, bir az yüngüllәşsin, bәlkә yolunu azmaya!

      Murov dedi:

      – Yaxşı, Kәrbәlayı İbixan!

      Kәrbəlayı İbixan da cavab verdi ki:

      – Ağa, allaһa şükür elә ki, Kürdobadan salamat gedirsәn.

      Murov xoruzlansa da, qorxağın biri idi. Bilirdi ki, Kәrbәlayı İbixana bir şey elәsә, Kürdobalılar torpağını at torbasında aparar.

      Ona görə dә һesabı içәri verib, bir dә Kürdobaya ayaq basmadı. Amma igiddәn qada, canlıdan cәfa әskik deyil, deyәrlәr. Bir gecə İrandan keçәn quldurlar Mandılı deyilәn qışlaqda qoyun saxlayan binәlәrә basqın elәyib Gülməmmədgilin sürüsünü atdöşü eliyәndә atası kimi ucaboylu, enlikürәk, zorlu bir oğlan olan Gülməmməd çomağı qapıb başladı atlıları budamağa ki:

      – Köpәk uşağı, çıxın qoyundan!

      Quldurbaşı atının başını çәkib:

      – Әyә, – dedi, – itil o yana, qoyundan ötrü özünü güdaza vermә!

      Gülməmməd:

      – Ә, anasının oğlu, mәnә uzun Hәsәnin oğlu Gülməmməd deyәrlәr, cıxın qoyundan! – deyib çomağını yendirәndә quldurbaşı da qılıncını yendirdi, Gülmәmmәd gördü ki, çomaq tutan әli birdәn-birә qov kimi yüngül oldu, tәәccüblә baxıb gördü ki, nә әli var, nә dә çomaq. Zalım oğlu qılıncı necә yendiribsә, çomaq tutan әlini bilәyindәn qәlәmә kimi kәsib tullayıb.

      Ballı qarı kәrә yağı dağ elәyib Gülməmmədin yarasını bişirdi, mәlһәm qayırıb sarıdı, Gülməmmədin bilәyini sağaltdı. Mәrdlәr onu tayqol görüb һeyfsilәndilәr, namәrd yağılar sevinib dedilәr.

      – Qoşa xallı Sәkinә daһa tayqol Gülməmmədә getməz.

      Amma ona da Kәrbәlayı İbixan qızı deyәrdilәr. Mәrd kişinin belindәn gəlmişdi, mәrd anadan süd әmmişdi. Xәlvәtә salıb Gülməmmədә dedi:

      – Heç ürәyini qısma! Sәn mәnә iki gözümdәn әzizsәn, pәrvanә olub başına һәrlәnәcәm, qul olub qulluğunda duracam!

      «Eşşәk bulağı»nın üstündә böyük mağar quruldu, neçә cöngә, neçә erkәk kәsildi. Göyçә maһalından aşıq Vәli dәstәsilә gəldi. Zәngәzurdan zurnaçı Nikolay dәstәsilә gəldi. Sәkinә ilә Gülməmmədә üç gün, üç gecə bir toy elәdilәr


Скачать книгу
Яндекс.Метрика