Leonardo da Vinçi. Уолтер АйзексонЧитать онлайн книгу.
yoldaşlıq ab-havası, ailə mühiti Leonardonun ürəyincə idi. Odur ki 1472-ci ildə şagirdlik müddəti başa çatandan sonra da müəlliminin yanında qalıb işləməyə qərar verdi. Onda gənc rəssamın iyirmi yaşı vardı. Atasının evi emalatxananın yaxınlığında yerləşirdi. Florensiya rəssamlar birliyinə üzv olarkən o, sənədlərə «Leonardo di ser Pyero da Vinçi» kimi imza atdı. Bununla da doğma atasıyla qohumluq münasibətini rəsmiləşdirmiş oldu. Yeri gəlmişkən, həmin dövrün Bottiçelli, Pyetro Perucino, Qirlandayo, Pollayolo, Filippino Lippi, Verokkio kimi məşhur sənətkarlar adını çəkdiyimiz cəmiyyətin üzvü idilər. Bir sözlə, bu, kifayət qədər nüfuzlu təşkilat idi və da Vinçinin gənc yaşda ora qəbul edilməsi böyük uğurdu.
1473-cü ildə Leonardo müstəqil rəssam həyatına başlamağa qərar verdi. O, Florensiyanı tərk edib səfalı Vinçiyə qayıtdı. Özünün ilk məşhur rəsmlərindən birini – «Arno vadisinin mənzərəsi» ni məhz həmin günlərdə çəkdi.
İmpressionizm[7] üslubunda çəkilmiş rəsmdə Vinçi ətrafındakı yaşıl Arno vadisi və qayalı dağlar təsvir olunur. Leonardo yaradıcılığı üçün xarakterik olan bu təbiət təsvirində biz mənzərəni sanki quş uçuşu yüksəkliyindən görürük. Rəsmdə gerçəklik təxəyyüllə çulğaşıb, tamamilə başqa reallıq üzə çıxıb. «Əgər rəssam insanlara sevgi təlqin eləyən gözəl şeylər görmək istəyirsə, onları özü yaratmalıdır», – Leonardo sonralar yazırdı. Başqa rəssamlar da təbiət təsvirləri, yəni peyzaj çəkirdilər, lakin bunlardan daha çox fon yaratmaq üçün istifadə olunurdu. Leonardo isə, prinsipial olaraq, tamamilə başqa yanaşma sərgiləyir: o, təbiəti elə təbiət naminə təsvir edir! Bu mənada Arno vadisinin xəyali mənzərəsini əks etdirən rəsm Avropa incəsənəti tarixində ilk həqiqi peyzaj roluna iddia eləyə bilər.
Da Vinçi – həddən artıq tələbkar
1477-ci ildə Leonardo, nəhayət ki, Verokkionun yanından tamam ayrılıb öz emalatxanasını açdı. Lakin heç bir ciddi uğur qazana bilmədi. Milana köçənə qədər, beş il müddətində o, vur-tut üç sifariş aldı. Bunlardan birini, ümumiyyətlə, yerinə yetirmədi, digər ikisini isə yarımçıq qoydu. Lakin məhz tamamlanmamış bu iki rəsm əsəri onun reputasiyasını daha da möhkəmlətdi və bütün rəssamlıq tarixinə öz təsirini göstərdi…
Bu barədə bir qədər sonra. Hələliksə onu deyək ki, da Vinçi ilk sifarişi 1478-ci ildə almışdı. Əslində bu sifarişi Florensiya dövlət şurasının (Sinyoriya) yanında notarius xidmətləri göstərən atası təşkil etmişdi: Leonardodan Sinyoriya binasının yanındakı kilsə üçün tablo çəkmək tələb edilirdi. Sifarişi yerinə yetirməyə hazırlaşan da Vinçi bu məqsədlə eskizlər hazırlamağa başladı. Lakin o, sifariş olunan rəsmi çəkmədi, bununla belə, hazırladığı eskizlər başqa bir əsərin meydana çıxmasında əhəmiyyətli rol oynadı. «Öncəgörənlərin sitayişi» adlanan həmin rəsm də tamamlanmadı. İntəhası, sənətşünas Kennet Klarkın sözləriylə desək, «XV yüzilliyin ən inqilabi və antiklassik əsəri» oldu.
Leonardo əsərə səma təsviri də əlavə etmək istəyirdi, lakin bir-iki yüngül cəhddən sonra işi yarıda saxlamağa qərar verdi. Niyə? Ola bilsin, ona görə ki, perfeksionist[8] davranırdı: bu ağır işin öhdəsindən gələ bilməyəcəyini düşünürdü. Vazari qeyd edir ki, Leonardo bir çox əsərini yarıda saxlamış, tamamlamamışdı: «O, həmişə olduqca mürəkkəb, eyni zamanda son dərəcə incə mətləbləri üzə çıxarmağı planlaşdırırdı və nəticədə ona elə gəlirdi ki, əsəri fikirləşdiyi şəkildə tamamlamaq mümkün deyil». Beləcə, çəkilən rəsm yarımçıq şəkildə bir kənara qoyulurdu.
Leonardonun bioqraflarından biri Lomatso isə yazır: «O, başladığı işi heç vaxt sona çatdırmırdı, çünki sənət haqqındakı təsəvvürləri buna imkan vermirdi: da Vinçi başqalarının möcüzə kimi qəbul etdiyi nəsnələrdə belə çatışmazlıqlar və qüsurlar tapırdı».
Əsərlərini yarımçıq qoymasının başqa səbəbi də vardı – Leonardo niyyəti, ideyanı işin icrasından üstün tuturdu.
İlk sifarişini aldıqdan yeddi ay sonra Leonardo əlindəki işi kənara qoyub Milana köçdü. Sifariş üçün ödənilən pulları xərcləyib qurtarmışdı. O, yarımçıq saxladığı rəsm əsərini dostu Covanni Bençinin yanında qoydu. Belədə kilsə rahibləri məcbur olub eyni süjet əsasında rəsm çəkməyi Bottiçellinin himayə etdiyi Filippino Lippiyə sifariş verdilər. Gənc Lippi isə öz müəllimi Bottiçellidən yaltaqlıq etməyi öyrənmişdi: Covanninin əvvəllər çəkdiyi «Öncəgörənlərin sitayişi» rəsmində olduğu kimi, Lippinin əsərində də Mediçi ailəsi üzvlərinin portretləri peyda oldu. Məddahlıqla arası olmayan Leonardo isə nə bu, nə də digər əsərlərində Mediçiləri vəsf etmək niyyətinə düşmədi. Bəlkə də, elə ona görə Bottiçelli, Filippino Lippi və onun atası Filippo Lippi bu varlı ailənin səxavətindən gen-bol bəhrələndikləri halda, da Vinçi daim hökmdarların diqqətindən kənarda qalmışdı.
Leonardonun növbəti yarımçıq işi «Müqəddəs İeronim səhrada» tablosudur. Bu əsərdə onun bədən hərəkətlərini ruhun titrəyişləri ilə uzlaşdırmaq cəhdləri daha qabarıq sezilir. Tamamlanmamış həmin tabloda XIV yüzillikdə yaşamış, Bibliyanı latın dilinə tərcümə etmiş alim Müqəddəs İeronim təsvir olunub. İeronim burada tövbəkar zahid obrazındadır: irəli uzatdığı əlində daş tutub və tövbə edərkən onu sinəsinə vurmağa hazırlaşır. Vəfalı şir önündə uzanıb – İeronim onun ayağına batmış tikanı çıxarandan sonra şir yanından uzaqlaşmır. Müqəddəs İeronim son dərəcə yorğun, halsız, üzgün görünür, lakin baxışlarında qəribə bir qətiyyət ifadə olunub. Fonda isə tutqun peyzajda dikələn qaya parçaları təsvir edilib.
Leonardonun bütün əsərləri öz dərin mənası – insan daxilini açıb göstərmək səyləri ilə seçilir. O, bütün əsərlərində bir növ hisslərin şəklini çəkməyə çalışıb. Buna isə ən çox «Müqəddəs İeronim səhrada» tablosunda nail olub. Sənətşünasların yekdil rəyinə görə, Leonardo bu rəsmi iki mərhələdə –1480-ci il və insan anatomiyası ilə bağlı araşdırmalar apardıqdan sonra, 1510-cu illərdə çəkib. Bunu müasir texnologiyaların köməyi ilə aparılan tədqiqatlar da sübut edir. İngiltərənin paytaxtı Londondan qərbdə yerləşən Vindzor muzeyinin məsul işçisi Kleyton yazır: ««Müqəddəs İeronim səhrada» əsərinin əhəmiyyətli hissəsi ilkin variant meydana çıxdıqdan iyirmi il sonra çəkilib. Həmin vaxt Leonardo anatomik bilgilərini xeyli artırmışdı». Bu məqam Leonardonun sifarişləri niyə vaxtında yerinə yetirmədiyinə bir daha aydınlıq gətirir. Bir çox işləri yarımçıq saxlamaqda onun məqsədi həmin əsərlərin daha mükəmməl variantını yaratmaq idi. O, gənclik dövründə əksər əsərləri, bax beləcə, bir kənara qoyur, vaxt keçdikcə onlara müəyyən düzəlişlər edirdi.
Da Vinçinin «Cinevra Bençi», yaxud «Mona Liza» kimi tamamlanmış və ya qismən tamamlanmış əsərləri də sifarişçilərə çatmadı. Leonardo sevimli işinə o qədər aludə olmuşdu ki, bir yerdən başqa yerə köçərkən rəsmləri də özüylə aparır, yeni ideyaların işığında onları daha da təkmilləşdirməyə çalışırdı. Bir sözlə, sifarişçiləri, demək olar, unudurdu. Şübhə yoxdur ki, «Müqəddəs İeronim səhrada» və «Öncəgörənlərin sitayişi» əsərlərini də məhz yuxarıda qeyd olunan səbəblərdən sifarişçilərə
7
8