Эротические рассказы

Hekayələr. Лев ТолстойЧитать онлайн книгу.

Hekayələr - Лев Толстой


Скачать книгу
getdikcə çoxalmış camaatdan təqdir səsləri eşidilirdi. Oxuyub qurtardı. Yenə də gitaranı qaldırıb silkələdi, papağını çıxararaq qabağa uzatdı, iki addım pəncərələrə tərəf irəlilədi, özünün aydın olmayan cümləsini təkrar etdi: "Messieurs et mesdames, si vous croyez que je gagne quelque chosse". Görünür, o bu sözləri çox fəndgir və hikmətli hesab edirdi, lakin mən onun səsində və hərəkətlərində indi bir qədər qətiyyətsizlik və uşaq ürkəkliyi hiss edirdim ki, bu da onun alçaq boyu ilə xüsusilə həmahəng idi. Qəşəng geyimli adamlar yenə əvvəlki kimi işıqlı balkonlarda və pəncərələrdə durmuşdular, əyinlərindəki zəngin pal-paltar bərq vururdu. Bəziləri mülayim bir səslə öz aralarında danışırdılar, başqaları isə diqqət və maraqla aşağıya, bu balaca qara fiqura baxırdılar. Balkonlardan birində gənc bir qızın cingiltili və fərəhli gülüş səsi eşidildi. Aşağıda camaatın içərisində hənirtilər hündürdən eşidilir və müğənnini məsxərəyə qoyurdular. Müğənni öz cümləsini üçüncü dəfə çox zəif bir səslə təkrar etdi və hətta sözünü qurtarmamış papağını qabağa uzatdı və dərhal da əlini yanına saldı: ikinci dəfə də onu dinləməyə toplaşmış yüzlərcə gözəl geyimli adamlardan heç kəs ona bir qəpik də vermədi. Adamlar zalımcasına qəhqəhə çəkib gülürdülər. Mənə elə gəldi ki, balaca müğənni bundan daha da kiçildi və gitaranı başqa əlinə alaraq onu başı üstünə qaldırıb:

      – Messieurs et mesdames, je vous remercie et je vous seuhaite une bonne nuit13, – dedi və papağını başına qoydu. Adamlar qaqqanaq çəkib gülüşdülər. Balkondakı gözəl kişilər və qadınlar öz aralarında aramla söhbət edə-edə içəri çəkildilər. Bulvarda təzədən gəzinti başlandı. Mahnı oxunarkən sükuta qərq olmuş küçə təzədən canlandı, bir neçə nəfər yaxınlaşmadan uzaqdan müğənniyə baxaraq gülürdü. Onu eşitdim ki, balaca adam burnunun altında nə isə mızıldadı və sanki daha da balacalaşaraq döndü və iti addımlarla şəhərə tərəf yollandı. Gəzintiyə çıxmış şux qadın və kişilər yenə də gözlərini müğənnidən çəkmədən arxasınca düşür, ondan azca aralıda gedərək gülməklərində davam edirdilər…

      Mən çaşıb-qalmışdım, başa düşmürdüm ki, bu nə deməkdir; yerimdən tərpənmədən qaranlıqda addımlarını yeyinlədərək sürətlə şəhərə gedən balaca adamın uzaqlaşan qaraltısına və onu təqib edən şux adamlara baxırdım. Balaca adamdan ötrü ürəyim ağrıdı, daha çox camaatın əvəzinə və öz yerimə vicdan əzabı çəkdim, sanki onlardan pul xahiş edən mən idim və mənə pul verməmişdilər, məni məsxərəyə qoymuşdular. Arxama baxmadan, sıxılmış ürəyimlə, addımlarımı yeyinlədərək evə, Şveytserqofa yollandım. Gördüyümü və hiss etdiyimi özümə hələ də aydınlaşdıra bilmirdim. Ancaq onu bilirdim ki, nə isə ağır, həll edilməmiş bir şey qəlbimə dolmuşdu və içəridən məni üzürdü.

      Çox əla işıqlandırılmış giriş qapısında ehtiramla geri çəkilib mənə yol verən qapıçı və bir ingilis ailəsi ilə rastlaşdım. Qara ingilis bakenbardları olan qara şlyapalı, əlində bahalı əsa və qolunun üstündə kobud şal tutan qıvraq, yaraşıqlı və hündür bir kişi əynində qara ipək paltar, başına parlaq lentləri olan qəşəng krujevalı ləçək bağlamış bir xanımın qoluna girərək lovğa bir əda ilə ağır-ağır gedirdi. Onlarla yanaşı gözəl, zərif bir qız gedirdi. Qızın başında lələkli İsveçrə şlyapası vardı. Şlyapanın altında qızın ağ sifətini dövrələyən uzun, yumşaq, sarışın saçlarının qıvrımları sallanırdı. Qabaqlarınca onyaşlı qırmızıyanaq bir qız tullana-tullana gedirdi. Onun paltarının zərif krujevaları arxasından ağ, dolu dizləri görünürdü.

      Onların yanından ötüb-keçdiyim zaman xanım şirin, xoş bir səslə dedi:

      – Füsünkar gecədir.

      – Aha! – deyə ingilis tənbəl-tənbəl böyürdü.

      Görünür, bu dünyada yaşamaq onun üçün o dərəcə yaxşı idi ki, danışmaq da istəmirdi və onlara elə gəlirdi ki, bu dünyada yaşamaq çox sakit, təmiz və rahatdır. Onların hərəkət və sifətlərində də hər hansı bir başqa həyata laqeydlik və elə bir inam ifadə olunurdu ki, sanki qapıçı onlara yol verib təzim etməyə borcludur. Evə qayıtdıqları zaman yataqlarını, otağı təmiz və rahat görəcəklər, guya bu elə belə də olmalıdır və bütün bunlara onların tam ixtiyarı var. Birdən istər-istəməz, yorğun, bəlkə də, ac olan və onu məsxərəyə qoyan adamlardan utanıb qaçan səyyah müğənnini onlara qarşı qoydum; başa düşdüm ki, qəlbimə ağır bir daş kimi çökən nədir və bu insanlara sözlə ifadə edilə bilməyəcək bir qəzəb duydum. Mən böyük həzlə ingilisin yanından iki dəfə irəli-geri keçərək ona yol vermədən dirsəyimlə itələdim, giriş qapısından çıxıb balaca müğənninin gözdən itdiyi şəhərə tərəf qaranlıq istiqamətə üz tutdum. Qabaqda gedən üç nəfərə çatıb müğənninin harada olduğunu soruşdum; onlar gülümsədilər və irəlidə gedən müğənnini göstərdilər. O, iti addımlarla tək gedirdi: heç kəs ona yaxınlaşmırdı. Mənə elə gəldi ki, o hələ də burnunun altında nə isə mızıldayır. Mən onun bərabərinə çatdım və təklif etdim ki, bir yerə gedib şərab içək. O hələ də sürətlə gedirdi və narazılıqla mənə tərəf qanrıldı, lakin söhbətin nədən getdiyini bilib ayaq saxladı:

      – Nə olar, əgər siz, doğrudan da, belə mərhəmətli adamsınızsa, rədd etmərəm. Bax orada kiçik bir qəhvəxana var, oraya getmək olar. Çox sadə yerdir, – deyə hələ də açıq olan bir meyxananı göstərib əlavə etdi.

      Onun dediyi "sadə yer" sözü məndə belə bir fikir doğurdu ki, bu sadə qəhvəxanaya deyil, məhz onun mahnısına qulaq asan adamların olduğu Şveytserqofa gedək. O, Şveytserqofa getməkdən bir neçə dəfə ürkək bir həyəcanla imtina edib dedi ki, ora çox təmtəraqlıdır. Mən öz dediyimin üstündə durdum. O artıq özünü elə göstərdi ki, oraya getməkdən heç də çəkinmir və gitarasını fərəhlə silkələyərək mənimlə birlikdə sahil küçəsi ilə addımladı. Mən müğənniyə yaxınlaşanda kefcil avaralardan bir neçəsi irəliləyib ona dediklərimə qulaq asmışdılar. İndi də öz aralarında sözləşib ta giriş qapısınadək dalımızca gəlirdilər. Yəqin ki, bu tirolludan yenə də bir tamaşa gözləyirdilər.

      Dəhlizdə rast gəldiyim ofisiantdan bir şüşə şərab istədim. O bizə baxıb gülümsədi və heç bir cavab vermədən yanımızdan sovuşub keçdi. Eyni xahişlə müraciət etdiyim baş ofisiant da çox ciddi bir tərzdə məni dinlədi və müğənninin kiçik vücudunu başdan-ayağa süzüb qapıçıya qəti tapşırdı ki, bizi sol salona aparsın. Sol salon adi camaat üçün meyxana otağı idi. Bu otağın bir küncündə qozbel xidmətçi qadın qab-qacaq yuyurdu. Otağın bütün mebeli çılpaq taxta stollardan və kətillərdən ibarət idi. Bizə xidmət etməyə gəlmiş ofisiant xəfif istehzalı bir təbəssümlə bizə baxır və əllərini cibindən çıxarmadan qozbel qabyuyanla nə barədə isə danışırdı. O, görünür, bizə bildirmək istəyirdi ki, öz ictimai vəziyyəti və ləyaqəti etibarilə müğənnidən çox yüksəkdə durur və bizə xidmət etmək onun heysiyyətinə nəinki toxunmur, əksinə, ondan ötrü çox məzəlidir.

      – Adi şərab istəyirsiniz? – dedi və dəsmalı əlindən əlinə ötürərək ədalı bir tərzdə müsahibimə tərəf göz vurdu.

      Mən məğrur və vüqarlı bir görkəm almağa çalışaraq dedim:

      – Şampan şərabı


Скачать книгу

<p>13</p>

Mərhəmətli ağalar və xanımlar, təşəkkür edirəm, gecəniz xeyrə qalsın.

Яндекс.Метрика