Эротические рассказы

Drakula. Брэм СтокерЧитать онлайн книгу.

Drakula - Брэм Стокер


Скачать книгу
bayıra çıxış var? Sakitlik çökəndə təzədən ora düşmək istədim. Bu dəm güclü külək küncdəki qapını zərblə çırpdı, nə qədər itələdimsə, açılmadı.

      Vaxt daralırdı. Həyətdən gələn çəkic taqqıltısı, at kişnərtisi, araba təkərlərinin cırıltısı da kəsildi. Artıq bu böyük qəsrdə mən tək qalmışdım. Mən və bir də o üç qadın…

      Yox, onlarla təklikdə qalmayacağam. Qəsrin divarları ilə qrafın otağına endiyim kimi, buradan da aşağı düşməyə çalışmalıyam. Özümlə bir az qızıl da götürməliyəm – gərəyim olar. Sonra isə – düz evə! Ən yaxın qatar stansiyasına! Buradan mümkün qədər uzağa!

      Bu qaniçənlərin əlində qalmaqdansa, Tanrının mərhəmətinə ümid etmək yaxşıdır. Uçurum dərindir, amma başqa yolum yoxdur. Əlvida, Mina!..

      V hissə

Mina Mürreydən Lüsi Vestenraya məktub

      9 may

      Əziz Lüsi!

      Uzun zaman yazmadığıma görə üzr istəyirəm. Məktəbdə dərs hissə müdiri olmaq asan iş deyil, yoruluram. Stenoqrafiya ilə də məşğul oluram ki, gələcəkdə Conatana kömək edə bilim. O öz gündəliyini stenoqrafiya ilə yazır. Conatandan məktub gəlib. Sağ-salamatdır, haradasa bir həftəyə qayıdacaq. Səndə təzə nə var? Ucaboy, qıvrımsaç yaraşıqlı bir kişi haqqında şayiələr dəyib qulağıma.

      Səni sevən Mina.

Lüsi Vestenradan Mina Mürreyə məktub

      Çərşənbə

      Əziz Mina!

      Təzə maraqlı heç nə yoxdur. Dediyin o yaraşıqlı kişi – mister Artur Holmvuddur, tez-tez bizə gəlir, anamla söhbətləşir. Bu yaxınlarda Holmvud bizi bir cənabla tanış etdi, 29 yaşı var, amma artıq professordur, ağıllı və qətiyyətlidir, ruhi xəstələr üçün böyük tibb müəssisəsinin rəhbəridir. Conatana nişanlı olmasaydın, deyərdim ki, əsl sənlikdir. Mənsə, Mina, Arturu sevirəm. Uşaqlıq dostum kimi sirrimi yalnız sənə açıram.

Lüsi Vestenradan Mina Mürreyə məktub

      24 may

      Əziz Mina!

      20 yaşıma az qalıb, hələ mənə evlənmək təklif edən olmamışdı. Bu günsə birdən-birə üç təklif aldım!

      Birincisi ruhi xəstəxananın baş həkimi doktor Syuvard idi. Təklifini qəbul etmədim. İncimədi, dedi ki, nə vaxt dost köməyinə ehtiyac duysam, qulluğumda hazırdır. İkincisi günortadan sonra gəldi. Texaslı bu gənc – mister Kuinsi Morris – çox tərbiyəli, savadlı adamdır, dünyanın yarısını gəzib. Hislərini elə gözəl ifadə edirdi ki, ona rədd cavabı verəndə ağladım. Amma başqasını sevdiyimi gizlətmədim. Mister Kuinsi də mənə əbədi dostluq vəd etdi.

      Üçüncüsü isə Artur idi. Hər şey bir anda baş verdi. Mina, Mənim xəyallarım gerçəkləşir!

Doktor Syuvardın gündəliyindən

      25 aprel

      Dünənki uğursuzluqdan sonra iştaham da küsüb. Başımı işlə qatıram. Xəstələrdən biri – Renfild məni çox maraqlandırır. Adi dəliyə oxşamır. Renfildin 59 yaşı var, çılğın təbiətlidir, fiziki cəhətdən güclüdür. Məncə, axırda o, bir problem yaradacaq. Təhlükəli adama oxşayır.

Kuinsi Morrisdən Artur Holmvuda məktub

      25 may

      Sabah axşam sizi evimə dəvət edirəm. Con Syuvard da gələcək. Sizin – dünyanın ən gözəl qadınının qəlbini ovlamış xoşbəxt dostumuzun sağlığına içəcəyik. Gözləyəcəyik.

Artur Holmvuddan Kuinsi Morrisə teleqram

      26 may

      Gələcəyəm və sizə elə xəbər gətirəyəcəm ki, ağzınız açıq qalacaq.

      VI hissə

Mina Mürreyin gündəliyindən

      24 iyul, Uaytbi

      Lüsi məni vağzalda qarşıladı. Kresşentdəki böyük bağ evlərinə getdik. Uaytbi abbatlığının qalıqları ilə şəhərin arasında kilsə ucalır. Kilsənin yanında hasarla əhatə olunmuş qəbiristanlıq var, hasarboyu skamyalar düzülüb. Buradan körfəzə və limana gözəl mənzərə açılır. Mən həmin skamyalardan birində oturmuşam. Üzü, əlləri qırışıq bir qoca ilə – adı Svezldir – söhbət edirəm. Sonra o, evə gedir, mən də qalxıram.

      Artıq bir aydır ki, Conatandan xəbər yoxdur.

Doktor Syuvardın gündəliyindən

      5 iyun

      Renfild mənimçün getdikcə daha maraqlı olur. Mənə elə gəlir ki, onun nə isə bir planı var, amma nə plandır, baş aça bilmirəm. Meylini heyvanlara salıb. Milçək tutub saxlayır. Danladım, dedi üç gün vaxt verin, yığışdıraram.

      18 iyun

      Renfild indi də hörümçək saxlayır. Milçəklərini onlara yedizdirir.

      1 iyul

      Renfildə dedim, hörümçəklərinin sayını azaltsın. Yanımda yağlı bir milçəyi tutub ağzına atdı. Görəsən, hörümçəklərinin də sayını bu yolla azaldacaq?

      19 iyul

      Renfild sərçələrə keçib. Bir sürü sərçəsi var, hörümçək və milçəklərlə kökəldir. Bu gün mənə yaltaqlanırdı, pişik istədi. Şübhələndim, dedim, buralarda çətin tapılsın. Gözlərində qəzəb parıldadı. Bu adam əsl manyakdır.

      20 iyul

      Renfilddən sərçələrinin hara yoxa çıxdığını soruşdum. Dedi, buraxmışam. Günorta qulluqçu gəlib xəbər verdi ki, Renfild qusur: “Qarnından çoxlu sərçə tükü çıxır, mənə elə gəlir ki, o, quşları diri-diri udub”.

      Mənim fərziyyəm təsdiqini tapır. Renfild – xüsusi növ manyakdır, ibtidaidən aliyə doğru getməklə mümkün qədər çox həyat məhv etməyə çalışır. Milçəkləri hörümçəyə, hörümçəkləri sərçəyə yedizdirdi, sərçələri isə pişiyə verməyə hazırlaşırdı. Növbəti mərhələ, görəsən, nə olacaqdı? Bəlkə, eksperimenti davam etdirməyə dəyər?..

Mina Mürreyin gündəliyindən

      26 iyul

      Lüsidən və Conatandan narahatam. Conatandan məktub gəlmir. Lüsinin isə köhnə xəstəliyi baş qaldırıb. Gecələr yataqdan qalxıb gəzir. Anası ilə danışdım, razılaşdıq ki, qapısını bağlı saxlayaq.

      3 avqust

      Conatandan hələ də məktub yoxdur. Son məktubunu bir də oxudum. Onun xəttidir, amma heç özünün sözlərinə bənzəmir. Lüsi bu həftə nisbətən rahat yatıb. Hərçənd bəzən gecələr durur, qapının bağlı olduğunu başa düşəndə açar axtarır.

      6 avqust

      Conatandan xəbər çıxsaydı, bir az rahatlanardım. Dünəndən hava bozarıb, balıqçılar deyir, fırtına gözlənilir. Sahil gözətçisi gəlib skamyada yanımda əyləşir.

      – Dənizdəki o qəribə gəmini görürsünüz? Rus gəmisinə oxşayır. Dalğalar onu oyan-buyana atır, gəmi isə hara gedəcəyini bilmir. Sahilə də yan almır, sanki idarə olunmur.

      VII hissə

“Deyliqraf”
Скачать книгу
Яндекс.Метрика