Taun. Альбер КамюЧитать онлайн книгу.
həkim Ryö barədə qeydlərini isə onun kimliyi haqqında lap rəsmi sənəd kimi qəbul etmək olar: “Otuz beş yaşı olar; ortaboylu, enlikürəkdir; sifəti az qala dördküncdür; badamı gözləri qaradır; sinəsi irəli çıxıb; burnu düz və ətlidir; qısa vurulmuş qara saçları var; gündən yanmış dərisi, cod tükləri, həmişə tünd rəngli paltar geyməsi onu Siciliya kəndlisinə oxşadır. Yeri gəlmişkən, belə geyim ona yaraşır. Yerişi itidir; şlyapa qoymur; bilikli adama oxşayır”.
Dalandarın meyitini izolyatora2 qoyandan sonra, o, qoca Mişelin ölüm səbəbi haqda məsləhətləşmək üçün Rişara zəng etdi.
– Baş çıxara bilmirəm, – Rişar dedi. – İkisi də məndə ölüb: biri xəstələnəndən qırx səkkiz saat sonra, o biri isə üç gün sonra. İkinci xəstə hətta yaxşılaşmağa başlamışdı.
Ryö başqa həkimlərə də zəng vurdu. Öyrəndi ki, bir neçə gün ərzində iyirmiyə yaxın adamda eyni hal baş verib və çoxu ölüb. O, yenə Rişara zəng vurdu ki, xəstələri təcrid etsinlər.
– Mən nə edə bilərəm? – Rişar cavab verdi. – Gərək prefektura bir ölçü götürsün. Bir də axı sizə kim deyib ki, xəstəlik yoluxucudur?
– Mənə heç nə deyən olmayıb, amma xəstəliyin əlamətləri qorxuludur.
Rişar bildirdi ki, o, kifayət qədər səlahiyyət sahibi deyil, odur ki özbaşına heç nə edə bilməz. Əlindən bircə o gəlir ki, prefektlə3 danışsın.
Dalandarın öldüyü günün səhəri hava korlandı. Baharın rütubətli günləri yayın qızmar günlərindən də ağır keçirdi. Təkcə Ryönün astmalı qoca xəstəsi havadan ləzzət alır, sevinirdi.
– Hə, hava qızır, – deyirdi, – belə hava bronxlara xeyirdir.
Havalar, doğrudan da, istiləşirdi. İstiləşməyi bir yana, adamı qızdırma kimi yandırırdı. Kotarın intihar cəhdi ilə bağlı istintaqda iştirak etməyə gedəndə Ryö fikirləşirdi ki, bütün şəhər qızdırma içindədir.
O, evə çatanda polis komissarı hələ gəlməmişdi. Qran girəcəkdə gözləyirdi. Mənzildə gözə dəyən iki əşya vardı: biri üstünə iki-üç lüğət qoyulmuş kitab rəfi, o biri isə aşağısında güclə oxunan hərflərlə «Çiçəkli xiyaban» yazılmış tablo. Qran Kotarla bağlı fikirlərini həkimlə bölüşürdü. Elə bu vaxt polis komissarı öz katibi ilə gəlib çıxdı. Komissar əvvəlcə Qranı dindirdi. Qran danışanda həkim hiss etdi ki, o, Kotarı «ruhdan düşmüş adam» kimi xarakterizə edir. Hələ bir dəfə Kotarın hərəkətini «kortəbii qərar» da adlandırdı. Polis komissarı Qranın ifadəsini alandan sonra xəstənin özünü görmək istədi. Ryö fikirləşdi ki, Kotarı bu görüşə hazırlamaq lazımdır. O, otağa girəndə Kotar qalxıb çarpayıda oturdu və qapıya baxıb, sıxıla-sıxıla soruşdu:
– Polis gəlib?
– Bəli, – Ryö cavab verdi, – ancaq narahat olmağa dəyməz, iki-üç sual verib gedəcək.
Kotar dedi ki, polisi görməyə gözü yoxdur.
– Onlardan mənim də xoşum gəlmir. Ancaq bu məsələni tezcə qurtarmaq lazımdır.
– Həkim, özünü asmaq istəyən adamı tutmazlar ki?
Ryö ona ürək-dirək verib komissarı içəri çağırdı.
Qranın verdiyi ifadəni oxuyub ondan soruşdular ki, həmin hərəkəti yenə təkrar etmək istəyərmi? Kotar əsəbiliklə cavab verdi ki, elə fikri yoxdur və ondan əl çəksələr, daha yaxşı olar.
– Bilirsiniz, – komissar əsəbi halda dedi, – başqalarının rahatlığını pozan elə özünüzsünüz.
Ryö ona əliylə işarə edib, susmasını xahiş etdi.
– Onsuz da bu qızdırma başlayandan iş başımızdan aşır, – komissar qapıdan çıxanda köks ötürdü. – Bütün bəla havanın pis olmasındadır.
O, doğru deyirdi. Havalar get-gedə lap istiləşir, hər şey sanki adamın əlinə yapışırdı. Hər yeni xəstəyə baş çəkdikcə Ryö hiss edirdi ki, fikri doğrulmağa başlayıb. Xəstələrin yaralarından çirk axır, çoxu üfunət içində ölürdü.
Bir neçə gün ərzində ölənlərin sayı lap artdı. Həkimlər anladılar ki, əsl epidemiya4 ilə üzləşiblər. Elə həmin vaxtlar Ryönün yaşlı həmkarı Kastel onun yanına gəldi.
– Yəqin ki, sən bu xəstəliyin adını bilirsən, Ryö? – o soruşdu.
– Hələ analizlərin cavabını gözləyirəm.
– Mən isə analizlərsiz də bilirəm. Mən xeyli vaxt Çində işləmişəm; iyirmi il əvvəl də həmin xəstəliyə öz adını verməyə cürət etmirdilər. İctimai rəy müqəddəs şeydir: hay-küy qaldırmaq olmaz. Ryö, boynuna al ki, bu xəstəliyin nə olduğunu sən də bilirsən.
– Elədir, Kastel, – həkim dilini sürüdü, – adamın inanmağı gəlmir. Amma, deyəsən, taundur.
6
“Taun” sözü ilk dəfə idi ki, dilə gətirilirdi. Şəhərdə ölənlərin sayı artsa da, təhlükə Ryöyə hələ bir o qədər ciddi görünmürdü: xəstəlik, hələ ki epidemiya halını almamışdı; bəlkə, ehtiyat tədbirləri kifayət edərdi.
O, pəncərədən çölə baxırdı. Şüşədən o yanda buludsuz səma görünür, içəridə isə bayaq dilə gətirilmiş sözün əks-sədası hələ də cingildəyirdi: taun. Keçmiş bəlaların mənzərələri göz qabağına gəlirdi: Çində, Marseldə, Konstantinopolda, Milanda, Londonda yayılmış dəhşətli taun xəstəliyi, hər yandan eşidilən sonsuz şivən səsləri. Yox, bütün bu əlamətlər hələlik bizim şəhərdə yox idi.
Həkim Ryö beləcə fikirləşdiyi vaxt xəbər verdilər ki, Jozef Qran onu görmək istəyir. Prefekturanın işçisi Qran idarədə hər cür işə buyrulduğundan, ölənlərin siyahısını tutmağı da ona tapşırmışdılar. İndi həmin siyahının bir nüsxəsini Ryöyə gətirməyə həvəslə razılıq vermişdi.
Qranla birlikdə qonşusu Kotar da gəlmişdi. O, əlindəki vərəqi hələ kandarda ikən yellədi.
– Rəqəmlər artır, həkim, – dedi, – qırx səkkiz saat ərzində on bir adam ölüb.
Ryö Kotarla görüşüb əhvalını soruşdu. Qran dedi ki, Kotar həkimə minnətdarlıq etmək üçün gəlib, həm də baş verənlərə görə üzr istəyir.
Ancaq Ryönun fikri siyahıda idi.
– Hmm… – o mızıldadı, – görünür, xəstəliyin öz adını açıb deməyin vaxtı çatıb. İndiyə qədər tərəddüd eləmişik. Mən laboratoriyaya dəyməliyəm; gəlin, bir yerdə gedək.
Arm meydanına çatanda Qran dedi:
– Məni bağışlayın, tramvaya minib evə qayıtmalıyam: axşamlar işləyirəm.
Ryö soruşdu ki, axşamlar da prefektura üçün işləyir? Qran cavab verdi ki, özü üçün işləyir.
– Bəs işlər necə gedir? – Ryö nəsə demək xatirinə soruşdu.
– Çoxdan işləyirəmsə, demək, necəsə
2
3
4