Dəfinələr adasının sirri. Энид БлайтонЧитать онлайн книгу.
yoxuşu enib çimərliyə çatdılar. Dərisi günün altında yanıb-qaralmış balıqçı oğlu qayığın yanında dayanıb onları gözləyirdi. Timoti də onun yanında idi.
– Qayıq hazırdır, Corc, – oğlan bunu deyib gülümsündü. – Timotini də gətirmişəm.
– Çox sağ ol!
Corcina oğlana təşəkkür edib uşaqlara tapşırıq verdi ki, qayığa minsinlər. Timoti də cəld tullanıb özünü qayığa atdı. Corc qayığı sahildən suya tərəf itələdi, özü də içinə hoppanıb avarları əlinə aldı. O, əla avar çəkirdi. Qayıq körfəzin mavi suları boyunca irəliləməyə başladı. Hava günəşli idi, qayığın içindəki uşaqların üzü gülürdü. Hər dəfə sudan dalğalar qabaranda it qayığın burnuna tərəf qaçaraq hürməyə başlayırdı.
– Küləkli günlərdə o özünü çox gülməli aparır, – avarlara güc verən Corcina dedi. – İri dalğalara bərk əsəbiləşir, dəli kimi elə hey hürür. Bilirsiniz, Timoti əla üzgüçüdür.
– Yanımızda itin olması çox yaxşıdır, elə deyil? – Enn ehtiyatla dilləndi. O, hələ də nəyisə düz deməyəcəyindən qorxurdu. – Timoti mənim elə xoşuma gəlir ki!
– Hav-hav! – it sanki qızın onun haqqında danışdığını başa düşüb iki dəfə hürdü.
– Deyəsən, o mənim dediklərimi anladı, – Enn heyrətlə dilləndi.
– Əlbəttə, anladı! – Corcina təsdiqlədi. – O hər şeyi başa düşür.
– Biz sənin adana yaxınlaşırıq! – Culian həyəcanla dillənərək onların sözünü kəsdi. – Sən demə, o, sahildə göründüyündən daha böyük imiş! Qəsr də çox qəşəngdir!
Qayıq lap yaxına çatanda onlar adanın başdan-başa sərt riflərlə əhatə olunduğunu gördülər. Bu qayalıqların arasındakı keçidlərdən xəbərsiz olan heç bir gəmi və ya qayıq balaca adanın sahilinə yaxın düşə bilməzdi. Adanın lap mərkəzində, alçaq təpənin üstündə iri, ağ daşlardan inşa olunmuş qədim qəsrin dağıntıları gözə dəyirdi. Uçub-tökülmüş tağlar, dağılmış qüllələr, xarabalığa çevrilmiş divarlar – bir vaxtlar adanın möhtəşəm tikilisi olan qəsrdən indi bircə bunlar qalmışdı. Xaraba qəsrin sakinləri isə indi yalnız qağayılar, qarabatdaqlar və başqa quşlar idi.
– Bu çox sehrli qəsrə bənzəyir, – Culian dedi. – Mən ona lap yaxından baxmaq istərdim. Hətta bir gecə burada qalsaq, lap əla olardı! Elə deyil?
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.