Robin Hud. Народное творчествоЧитать онлайн книгу.
açdılar. Əsgərlərdən biri dedi:
– Mən izdihamın içində Robin Fitzutu gördüm. Adamlar bizi sıxışdıranda o da oradaydı. Onun şerifdən zəhləsi gedir.
Şerifin köməkçisi dedi:
– Yaxşı, biz onunla hesablaşarıq. Deyəsən, özü öz başına bəla açmaq istəyir. Bu gün o evlənir, ondan qisas alacağam. Ağlıma bir fikir gəlib, ardımca gəlin.
Köməkçi bir saatdan sonra özünü şerifin yanına saldı.
– Nə lazımdır? – şerif kobud tərzdə xəbər aldı.
– Məndə Robin Fitzut haqqında dəyərli məlumat var. Məncə, siz yalançı Hantinqton qrafı Robin Fitzutu tanıyırsınız?
– Siz doğru dediniz, o, yalançıdır, – şerif razılaşdı. – O, ana tərəfdən və ata tərəfdən sakson olduğu üçün qraf rütbəsinə iddialıdır.
– Bu gün o, lord Fitzuolterin qızı ledi Mariannaya evlənir. Axşam Loksli Hollda böyük qonaqlıq olacaq. Mən fikirləşdim ki, bəlkə, siz ona baş çəkəsiniz. Çağırılmamış qonaq kimi.
– Mən niyə oraya baş çəkməliyəm? – şerif başa düşmədi.
– Bəlkə, ona borcunuzu qaytarasınız. Mən bilən, sizin ondan incikliyiniz olmalıdır. O, həmişə bilə-bilə sizin əleyhinizə çıxıb.
– Rədd olun! – şerif əsəbiləşdi. – Boş şeylərdən ötrü məni narahat etməyin! Mənim Robin Fitzutla zarafatlaşmağa vaxtım yoxdur. Xoş getdiniz. Yeri gəlmişkən, iki gün əvvəl tutduğunuz iş üçün mənə pul borclusunuz. Qızılları bura sayın.
Köməkçi qızılları verdi, bu gün başlarına açılan oyunu danışdı. Şerif ona dedi ki, bir az da artıq pul versə, toyda iştirak edə və Robin Fitzutdan hayıf çıxa bilər. Köməkçi Robin Fitzutdan elə yanıqlıydı ki, şerifin dediyi məbləğdən imtina etmədi.
Axşam şerif qara plaşını geyindi, özüylə dörd nəfər xidmətçi götürdü. Xidmətçilər xəncərlərini paltarlarının altında gizlədilər. Hamısı bir yerdə Fitzutlar ailəsi yaşayan Loksli-Holl qəsrinə yollandı. Toy hədiyyəsi olaraq kiçik bir bağlama aparırdılar. Adamlara qarışıb hiss edilmədən içəri daxil oldular. Şerif hədiyyəni təqdim edib qonaqlıq zalına girdi.
Ər-arvad gözəl görünürdülər. Robinin otuz, Mariannanın isə iyirmi beş yaşı tamam olmuşdu. Onlar qonaqları salamladılar, məclis davam etdi. Cütlük kilsəyə kəbin kəsdirməyə gedəndə Robinin dostu Uill Skarlet şerifin gəlişindən onu xəbərdar edib ehtiyatlı olmasını tapşırdı.
Ər-arvad evdən at belində aralandılar, arxalarınca arabalarda qonaqlar gəlirdi. Robin astadan Mariannaya dedi:
– Şerif bizim arxamızca gəlir. Əminəm ki, bizim evlənməyimizə mane olmaq istəyir. Gərək biz kilsəyə hamıdan tez gedib kəbinimizi kəsdirək. Sonra mərasimi qonaqların yanında təkrar edərik. Şerifin məqsədini yalnız bu cür öyrənə bilərik.
Robinlə Marianna atlarını mahmızlayıb kilsəyə qonaqlardan düz bir saat əvvəl çatdılar. Keşiş onları şahidsiz-zadsız ər-arvad elan elədi. Qonaqlar gələndə isə rəsmi kəbinkəsmə mərasimi başlandı. Keşiş evlənənlərin razılığını almaq istəyirdi ki, kilsənin içindən şerifin səsi eşidildi:
– Mən etiraz edirəm! Robin Fitzut satqındır! Kral əmr edir ki, onun mülkü, torpaqları əlindən alınsın, özü də bütün hüquqlardan məhrum edilsin.
– Sübut gətirin! – Robin üzünü zaldakılara tutdu. – Kralın, ya da onu əvəz edən baş keşişin sənədini, yaxud möhürünü göstərin!
– Sənəd baş keşişdədir, onu bir neçə gündən sonra təqdim edə bilərəm, – şerif dedi.
– Mən də bu nikaha etiraz edirəm! – deyə başqa bir səs eşidildi. Bu, şerifin ən yaxın köməkçilərindən biri Qay Qisborn idi. – Robin Fitzutun qraflıq iddiaları əsassızdır. Köhnə sakson qraflarının hamısının hüququ əllərindən alınıb.
– Yaxşı, qoy belə olsun! – Robin ucadan dedi. – Bu gündən etibarən Robert Fitzut adlı adam yoxdur. Qoy bundan sonra mənə Robin Hud desinlər. Bu ləqəbi mənə babam verib. Kral Riçard İngiltərəyə qayıdana kimi mən azadlıq və ədalət olan yerdə yaşayacağam. Var-dövlətimi məzlumlara paylamaq üçün özümlə aparacağam.
– Mən sənin mülkünü və torpaqlarını kral naminə əlindən alıram.
– Kral Riçard müharibədən qayıdan kimi hamısını özümə qaytaracaq, – Robin təmkinlə dedi.
– Satqın! – Qay Qisborn qəzəblə dilləndi.
– Mən kasıblara və əzilənlərə kömək edəcəyəm. Mənim aləmimdə ədalət budur. O ki qaldı sizin nikaha mane olmanıza, biz bir saat əvvəl kəbinimizi kəsdirmişik. Mərasim başa çatandan sonra Marianna ilə birlikdə buradan çıxıb lazım bildiyim yerə gedəcəyəm.
– Mən səninlə dünyanın o başına gedərəm, Robin, – Marianna qürurla dedi. – Bizi heç nə ayıra bilməz.
Kəbinkəsmə mərasimi başa çatan kimi Robin Mariannanı atasıyla birlikdə meşədəki sığınacağa yola saldı. Özü isə Qay Qisbornla haqq-hesab çəkmək üçün kilsədə qaldı. Üzünü ona tutub:
– Cəngavər bir az məşq eləmək istəyirsə, mən ona kömək edə bilərəm, – dedi.
– Buyurun, – Qay Qisborn da istehzayla cavab verdi. Onlar döyüşmək üçün kilsədən bayıra çıxdılar. Meşədəki talaya gəlib qılınclarını siyirdilər, döyüşə atıldılar. Amansız döyüşdən sonra Robin Hud Qay Qisborna çoxlu yaralar vurub onu yerə sərə bildi. Özünün isə bircə yeri belə cızılmadı.
Robin Qisbornu beləcə sərələnmiş vəziyyətdə qoyub atına mindi və bir neçə dostu ilə birlikdə meşəyə çapdı. Döyüşü uzaqdan seyr edən şerif yaralanmış Qisborna qalxmaqda kömək etdi. Qay acıqla ona baxıb dedi:
– Bu gecə bizim üçün uğursuz oldu. Özümüzə düşmən qazandıq. Bundan sonra gərək ehtiyatı əldən verməyək.
Şerif bir müddət özünə gələ bilmədi. O, qisas haqqında düşünürdü.
– Elədir, – dedi. – Amma təkcə biz yox, Robin Hud da düşmən qazandı. Tezliklə o bizim necə düşmən olduğumuzu biləcək.
Rahib Tuk
Rahib Tuk tövbə əlaməti olaraq diz çökməkdən və şahzadə Conun ayaqlarını yumaqdan imtina edəndə şahzadə bərk qəzəbləndi. Rahib onun nazı ilə oynamaq istəmədi, çünki onu görməyə gözü yox idi. Abbat2öz canının qorxusundan Tuku monastırdan3 qovmalı oldu. Əgər Cona hörmətini bildirməsəydi, şahzadə abbatı asdırar, monastırın bütün var-dövlətinə yiyələnərdi.
Rahib Tuk çay kənarında bir az dincəldi, özüylə götürdüyü çörəyi yedi, sonra Şervud meşəsinə üz tutdu. Meşə onun ürəyincə idi və rahib hər hansı təhlükəni dəf etmək üçün özündə güc hiss edirdi. Əlağacına söykənə-söykənə yeriyirdi, əlində isə böyük bir qılınc tutmuşdu. Birdən kolluqdan bir dovşan çıxdı, qaçıb özünü suya salmaq
2
3