Mumi atanın xatirələri. Туве ЯнссонЧитать онлайн книгу.
Səmimi desəm, bu qədər qırmızı bir məxluq həyatımda heç görməmişdim.
Gəminin adı ultamarinlə hazırlanıb yazıldı.
İş bitdikdən sonra Fredrikson baxmaq üçün yaxınlaşdı.
– Gözəldir, elə deyil? – Şussel həyəcanla onun üzünə baxıb dedi. – Mən əlimdən gələni etdim!
– Görünür, – Fredrikson qırmızıya boyanmış qardaşı oğluna baxıb etiraf etdi.
Sonra o əyri su xəttinə baxıb dedi.
– Hmm.
Sonra ada baxdı və əlavə etdi:
– Hmm, hmm
– Nəyisə səhv yazmışam? – Şussel narahat halda soruşdu. – Nəsə bir söz de, yoxsa yenə ağlayacağam! Bağışla! “Dəniz orkestrı” – çox çətin addır!
– “Dənis orkestoru! – Fredrikson oxudu və sonra bir az düşündü və dedi – Sakitləş. Bu da gedər.
Şussel rahat nəfəs aldı və boyanın qalığı ilə evini rəngləmək üçün evə tələsdi.
Axşam Fredrikson dərəyə bir tor qoydu. İçərisinə aneroid barometrinin yerləşdiyi gəmi alətləri üçün kiçik bir qutu düşəndə necə təəccübləndiyimizi təsəvvür edə bilmərsiniz! Bu heyrətamiz tapıntılara hələ də heyranam!
Ata dəftəri bağladı və maraqla dinləyicilərə baxdı.
– Nə düşünürsünüz? – deyə soruşdu.
– Məncə çox gözəl bir kitab olacaq, – Mumi-trol ciddi şəkildə dedi.
– Gəl, etiraf et ki, çox şeyi uydurmusan, – Sniff dedi.
– Heç də yox! – Mumi-ata etirazını bildirdi. – O dövrlərdə hər şey, tamamilə, fərqli idi! Burada hər söz doğrudur! Lakin, əlbəttə ki, bəzi yerlərdə rənglər əlavə etmişəm…
– Maraqlıdır, – Sniff dedi, – indi, atamın kolleksiyası haradadır?
– Hansı kolleksiya? – Mumi-ata başa düşmədi.
Sniff təkrarladı:
– Atamın düymə kolleksiyası. İndi demək istəyirsən ki, Şussel mənim atam deyil?
– Əlbəttə, o sənin atandır, – Mumi-ata cavab verdi.
– Bəs onda onun qiymətli kolleksiyası haradadır? Onlar mənə miras qalmalı idilər.
– “Huff-heff” atam dediyi kimi, – Snusmumrik dedi, – Yuxare haqqında niyə belə az danışırsan? O indi haradadır?
– Ax bu atalardan kim anlar axı… – Mumi-ata qeyri-müəyyən halda pəncəsini yellədi. – Onlar gəlib-gedirlər… Nə də olmasa mən onları xatirələrimdə gələcək nəsillər üçün qoruyub saxlamışam.
Sniff fınxırdı.
– Belə çıxır ki, Yuxare də parklardakı gözətçilərdən xoşlanmırdı? – Snusmumrik fikirli halda soruşdu. – Bax sən…
Onlar gözlərini yumub ayaqlarını çəmənliyə uzatdılar.
– Ata, – Mumi-trol dedi, – niyə o vaxtlar belə qəribə danışırdılar?
– Burada qəribə nə var ki? – ata əsəbləşdi. – Düşünürsən ki yazıçı necə gəldi özünü ifadə edə bilər?
– Hə, amma bəzən sən hər kəs kimi özünü ifadə edirsən. – oğlu etiraz etdi. – Və Şussel də sizinlə normal danışır.
– Boş şeydir! – ata dedi. – Üstəlik, bir şey haqqında necə düşündüyümüzlə, necə danışdığımız arasında böyük fərq var. Yəni, demək istəyirəm ki, fikirlərimiz və mülahizələrimiz, onlar haqqında danışmağa başlayanda, tamamilə, fərqli səslənir və hər şey əhval-ruhiyyədən asılıdır… Mən belə düşünürəm.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.