Nilsin vəhşi qazlarla səyahəti. Selma LagerlofЧитать онлайн книгу.
olardu yemək üçün.
Beləliklə o bütün səhnəni göz önündə canlandıra bildi: məcaralar, səyahətlər və onun bu məcaralarda iştirakı…Hə, bu həqiqətən də evdəki zəhlətökən, gündəlik həyatdan fərqli bir yaşam tərzi olacaqdı. Bircə mən də bu vəhşi qazlara qoşulub uzaq səyahətə çıxa bilərdim. Bu zaman balaca cırtdana çevrilməyimi də özümə dərd etməzdim.
O bu dəqiqə evə göndərilməkdən başqa heç nədən qorxmurdu. Amma qazlar hətta çərşənbə günü də evə getmək barəsində ona bir kəlmə demədilər. Həmin gün də çərşənbə axşamı kimi keçib getdi və oğlan çöl həyatına biraz daha öyrəşib onu sevdi. Oğlan düşündü : burada meşə kimi böyük əraziyə sahib Övid monastır parkına sahibdir. Bütün bu ərazilər ona məxsus idi. O geriyə, boğucu, balaca evlərinə qayıtmaq üçün heç də alışıb yanmırdı.
Çərşənbə günü oğlan artıq yüz faiz əmin oldu ki, qazlar onu göndərməyəcək, özləri ilə saxlayacaqlar. Amma cümə axşamı o yenidən ümidini itirdi.
Cümə axşamı da başqa adi günlər kimi başladı. Qazlar geniş çəmənlikdə yemlənir, oğlan isə nəsə tapıb yemək ümidi ilə parkda gəzirdi. Bu zaman Akka ona yaxınlaşıb yeməyə bir şey tapıb-tapmadığını xəbər aldı. Yox, oğlan hələ ki, heç nə tapa bilməmişdi. Bu zaman rəhbər qaz balaca dənələri toxunulmaz qalmış çörəkotu tapıb onu oğlana göstərdi.
Oğlan yeyib qurtarandan sonra qaz ona irad tutaraq parkda belə kor-koranə gəzib dolaşmağın təhlükəli olduğunu və onun özünü bəzi düşmənlərdən qorumalı olduğunu onun nəzərinə çatdırdı. O axı çox balaca idi! Təbii olaraq belədə düşmənləri də çox idi. Yox, sən demə oğlan bütün bunlar haqqında məlumatsız imiş. Belədə Akka onun düşmənlərini bir-bir saymağa başladı.
Qaz dedi ki, hər dəfə parka girəndə ətrafda tülkü, yaxud sansarın olmadığından əmin olmalıdır. Gölün qırağına gələrəkrən su samurundan ehtiyatlanmalıdır. Daş çəpərin üzərində oturarkən hər dəlmə-deşikdən keçə bilən siçovullardan özünü qorumalı, uzanıb quru otların üzərində yatmaq istəyərkən əmin olmalı idi ki, hörümçəklərin həmin yarpaq yığının altında qış yuxusuna getməmişlər. Açıq əraziyə çıxan kimi bəzgəhlərdən və qartallardan göz qulaq olmalı, səmada süzən şahinlərdən və laçınlardan özünü qorumalı idi. Sağsağanlardan və qarğalardan isə heç danışmağa dəyməz. Onlar hər yerdə olurlar. Bu səbəbdən o özündən bu qədər əmin olmamalı ehtiyatı heç zaman əldən verməməlidir. Qaranlıq düşən zaman isə o qulaqlarını şəkləməli və bayquşun ulamasına diqqət verməlidir. Çünki bəzən onlar elə səssiz-səmirsiz uçub ovuna yaxınlaşırlar ki, şikar nə baş verdiyini anlayanda artıq çox gec olur.
Oğlan təbii düşmənlərinin bu qədər çox olduğunu biləndən sonra qaçmağın onun üçün necə qeyri-mümkün bir plan olmasını dərk etdi. O ölməkdən elə də qorxmurdu, amma diri-diri yeyilə bilmə ehtimalı onu vahiməyə salırdı. O Akkadan bu yırtıcı heyvanlardan qorunmaq üçün məsləhət istədi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.