Эротические рассказы

Pinokiyo. Карло КоллодиЧитать онлайн книгу.

Pinokiyo - Карло Коллоди


Скачать книгу
belə yox idi.

      Acından taqəti kəsilmiş Pinokkio bir-bir qapıların zəngini çalır, ümid edirdi ki, hansısa evdə onu xoşüzlə qarşılayan tapılacaq. Ancaq evinin qapısını açan bircə nəfər də yox idi. Nəhayət, pəncərələrin birindən gecə paltarı geymiş bir qoca boylandı. O, əsəbi səslə soruşdu:

      – Gecənin bu vaxtı sizə nə lazımdır?

      – Xahiş edirəm, bir parça çörək verin.

      – Gözlə, indi qayıdıram.

      Qoca elə düşündü ki, bu oğlan gecələr camaatın yuxusunu ərşə çəkməkdən həzz alan avara gənclərdən biridir. Yarım dəqiqə sonra qoca yenidən pəncərəni açıb qışqırdı:

      – Şlyapanı pəncərənin altına tut!

      Pinokkio dərhal papağını çıxardı. Elə həmin andaca şırıltı ilə üstünə tökülən su onu başdan-ayağa islatdı.

      Taxta Oğlancığaz üst-başı su içində evə qayıtdı. Artıq yorğunluqdan və aclıqdan ayaq üstə güclə dayanırdı. Pinokkio sobanın qarşısında oturub soyuqdan titrəyən ayaqlarını qızdırmağa başladı. Beləcə də yuxuya getdi.

      Səhərə yaxın qapının döyülməsinə oyandı. Gələn Ceppeto idi.

      5

      Bədbəxt Pinokkio yuxudan tam oyanmamışdı, buna görə də ayaqlarının sobada yandığından xəbərsiz idi. Atasının səsini eşidən kimi düşünmədən yerindən atılıb qapıya tərəf getmək istədi. Lakin iki-üç addım atandan sonra yerə yıxıldı.

      Küçədən Ceppetonun səsi eşidildi:

      – Qapını aç!

      Taxta Oğlancığaz ağlaya-ağlaya cavab verdi:

      – Ata, mən bacarmıram.

      – Niyə?

      – Kimsə ayaqlarımı yeyib.

      – Kim?

      – Pişik.

      Ceppeto Oğlancığazın sözlərinə inanmadı və acıqla təkrarladı:

      – Qapını aç deyirəm, yoxsa sənə gününü göstərəcəyəm!

      – Düzünü deyirəm, ayaq üstə dura bilmirəm. Mən yazıq bundan sonra bütün ömrüm boyu diz üstə sürünməli olacağam!

      Ceppeto yenə ona inanmadı, düşündü ki, bütün bunlar Taxta Oğlancığazın növbəti hoqqasıdır. Odur ki birtəhər divara dırmaşıb pəncərədən evə keçdi. O, Pinokkionun yerə sərildiyini və həqiqətən, tərpənə bilmədiyini görəndə ürəyi ağrıdı. Taxta Oğlancığazı qucağına alıb öpməyə başladı. Ceppeto göz yaşlarını saxlaya bilmir, hönkürərək deyirdi:

      – Mənim əziz Pinokkiom, sən niyə bu günə düşmüsən axı?

      Taxta Oğlancığaz başına gələnləri hıçqıra-hıçqıra qocaya danışdı. Ceppeto onun dediklərindən bircə bunu anladı ki, Oğlancığaz acından ölür. Cibindən üç armud çıxarıb ona verdi.

      – Bu üç armud, əslində, mənim səhər yeməyim idi, lakin onları ürəklə sənə bağışlayıram.

      Taxta Oğlancığaz armudları yeyib-qurtaran kimi yenidən ağlamağa başladı. İndi də özü üçün təzə ayaqlar istəyirdi. Lakin Ceppeto düz günortayacan onun ağlayıb-zarımasına fikir vermədi. Çünki dəcəlliyinə görə Oğlancığazı cəzalandırmaq fikrində idi.

      Nəhayət, qoca dilləndi:

      – Niyə sənin üçün təzə ayaqlar düzəldim ki? Yenə əlimdən qaçasan və məni zibilə salasan deyə?

      Taxta Oğlancığaz içini çəkərək dedi:

      – Söz verirəm, özümü yaxşı aparacağam, məktəbə gedəcəyəm, sənət öyrənəcəyəm və sizə qoca vaxtınızda arxa-dayaq olacağam.

      Ceppeto özünü əsəbi göstərməyə çalışsa da, gözləri dolmuşdu: onun Pinokkioya getdikcə daha çox yazığı gəlirdi. Odur ki başqa söz söyləmədi. Alətlərini və yaxşı qurudulmuş iki ağac parçasını götürüb işə başladı.

      Bir saat sonra yeni ayaqlar hazır idi.

      Taxta Oğlancığaz yeni ayaqlarını hiss eləyən kimi dərhal stuldan qalxdı, onları yerindəcə tərpətməyə, qaçmağa, əyilib-qalxmağa başladı. O sanki sevincindən dəli olmuşdu.

      Pinokkio atasına dedi:

      – Mənimçün elədiyiniz bütün bu yaxşılıqların əvəzində dərhal məktəbə getmək istəyirəm. Lakin bunun üçün mənə geyim lazımdır.

      Yoxsul Ceppetonun cibində bir qəpik də yox idi. Buna görə də o, Pinokkioya kağızdan kostyum, ağac qabığından bir cüt çəkmə və çörəyin yumşaq yerindən papaq düzəltdi.

      Pinokkio dedi:

      – Mən yenə də məktəbə gedə bilmərəm, çünki əlifba kitabım yoxdur.

      – Haqlısan. Ancaq əlifba kitabını necə alaq? Axı pulumuz yoxdur.

      Xeyli götür-qoydan sonra qoca köhnə, sürtülmüş, yırtıq məxmər gödəkçəsini götürüb evdən çıxdı.

      Tezliklə əlində əlifba kitabı ilə geri qayıtdı, lakin Ceppetonun gödəkçəsi əynində deyildi. Bayırda qar yağırdı, qoca isə evə nazik köynəkdə qayıtmışdı.

      – Bəs gödəkçəniz hanı?

      – Onu satdım.

      – Niyə?

      – Mənə isti idi.

      Pinokkio işin nə yerdə olduğunu dərhal başa düşdü. Qocanın boynuna sarılıb üz-gözündən öpdü.

      6

      Qar kəsən kimi Pinokkio əlifba kitabını qoltuğuna vurub məktəbə yollandı. Yolda onun ağlına cürbəcür fikirlər gəlirdi:

      – Bu gün məktəbdə oxumağı, sabah yazmağı, birisi gün saymağı öyrənəcəyəm. Mən zirək oğlanam axı, tezliklə çoxlu pul qazanacağam. Bu pula atama elə qəşəng gödəkçə alacağam ki, özü qızıl-gümüşdən, düymələri isə qiymətli daşlardan olsun. Atam, həqiqətən də, buna layiqdir. Mən məktəbə gedim, oxuyub adam olum deyə bu soyuqda öz gödəkçəsini satdı. İndi o, nazik bir köynəkdə qalıb. Qışı bu köynəkdə keçirməli olacaq. Ancaq atalar öz uşaqları üçün belə fədakarlıq eləyə bilərlər!

      Elə bu sözləri öz-özünə yenicə deyib qurtarmışdı ki, uzaqdan şeypur və təbil səslərini eşitdi. Bir az dayanıb diqqət kəsildi. Səslər dəniz sahilindəki balaca kənddən gəlirdi.

      Bir andaca Pinokkio bayaqkı fikirlərindən əl çəkdi və ürəyində dedi: «Bu gün musiqi dinləməyə gedirəm, məktəb qaçmır ki… Ora sabah da gedə bilərəm».

      Taxta Oğlancığaz qaça-qaça özünü meydançadakı izdihamın arasına atdı. Camaat taxtadan hazırlanmış səhnənin qarşısında toplaşmışdı. Səhnənin üzərindən kətan pərdə asılmışdı.

      Pinokkio balaca bir uşaqdan öyrəndi ki, tamaşaya baxmaq üçün dörd soldo ödəməlidir. Maraq hissi ona güc gəldi. Taxta Oğlancığaz abır-həyanı unudub balaca oğlandan soruşdu:

      – Sabahadək


Скачать книгу
Яндекс.Метрика