Эротические рассказы

Mobi-Dik. Герман МелвиллЧитать онлайн книгу.

Mobi-Dik - Герман Мелвилл


Скачать книгу
balina ovu ilə məşğul olmaq istəyirsənsə, işə düzəlməmişdən əvvəl bəzi şeyləri bilməlisən. Sonra çox gec olar…

      – Cənab, siz nəyi nəzərdə tutursunuz? – qorxa-qorxa soruşdum.

      – Bu saat deyərəm. Kapitan Ahavı tanımaq istəyirsən? – kişi qışqırdı. – Darıxma, görən kimi tanıyacaqsan! Onun bir ayağını balina parçalayıb, tək ayağı üstə gəzir. İndi balina ovu haqqında az da olsa, təsəvvürün yarandı? Hələ də bu işlə məşğul olmaq istəyirsən, ya yox?

      – Bəli, cənab.

      – Çox gözəl! Yaxşı, de görüm, harpunu diri balinanın ağzına atıb sonra özün də onun dalınca tullana bilərsən?

      – Bəli, cənab… Əgər bu çox vacibdirsə… – inamsızlıqla dilləndim. – Əgər, doğrudan da, bunsuz keçinmək mümkün deyilsə, onda…

      – Yaxşı, bəsdir! – kişi yenə sözümü ağzımda qoydu. – Hə, deyirsən ki, balina ovunu öyrənməklə yanaşı, dünyanı da gəzib-görmək istəyirsən? Elə isə, gəminin burnuna tərəf get və planşirdən[14] o tərəfə diqqətlə bax. Sonra nə gördüyünü gəlib mənə danışarsan.

      Bir müddət tərəddüd içində qalıb yerimdən tərpənmədim. Bilmirdim ki, bu əmri ciddi qəbul eləyim, ya yox. Ancaq kapitan Falek zarafat eləyən adama oxşamırdı. Gözlərini qəzəblə mənə zilləyib dayanmışdı.

      Əlacsız şəkildə «Pekod» un burnuna tərəf addımladım. Dalğaların qoynunda sakitcə yırğalanan gəminin burnu okeana tərəf çevrilmişdi. Planşirdən o tərəfdə mavi sulardan başqa, gözümə dəyə biləcək bir nöqtə belə yox idi.

      – Hə, nə gördün? – geri qayıdan kimi kapitan Falek soruşdu.

      – Heç nə. Sudan başqa nə olacaq ki! – dedim.

      – Gəmidə görəcəyin də bundan artıq olmayacaq. Bəlkə, heç özünə əziyyət verib Horn burnuna[15] kimi getməyəsən, dünyaya elə sahildəncə tamaşa eləyəsən, hə?

      Lakin Falekin bütün bu mülahizələri məni balina ovçusu olmaq fikrimdən daşındıra bilmədi. Axırda o, qərarımın qəti olduğunu görüb dedi:

      – Onda düş qabağıma, gedək, səni matrosların siyahısına salım.

      9

      Biz Faleklə birlikdə kapitan kayutuna düşdük. Orada qəribə bir adamla qarşılaşdıq. Məlum oldu ki, həmin şəxs kapitan Vildadın özüdür ki var. Cənab Falek kimi o da gəminin əsas sahiblərindən biri idi. Yəni «Pekod» gəmisi daha çox bu iki şəxsin mülkiyyəti sayılırdı. Düzdür, gəmidə xeyli sayda dul qadının, yetim uşağın və başqa kasıb-kusub adamların da payı vardı. Lakin bu pay o qədər kiçik idi ki, gəminin iki-üç mismarına, bir taxta lövhəsinə güclə çatardı.

      Altmış yaşını haqlamış kapitan Vildad harpunçuluqdan tutmuş gəmi sahibkarlığına kimi uzun bir yol qət eləyəndən sonra dənizçiliyin daşını ataraq limana sığınmışdı. Vildad dindar adam idi, eyni zamanda xəsislikdə ad çıxarmışdı.

      Biz içəri girəndə o, kresloda oturmuşdu, əynində xirtdəyinə kimi düymələdiyi qara sürtük[16] vardı. Gözlüyü burnunun ucuna düşmüşdü, əlində qalın bir kitab tutmuşdu. Deyəsən, Tövrat oxuyurdu.

      – Vildad! – kapitan Falek ona səsləndi. – Otuz ildir bu kitabı oxuyursan, hələ başa çıxa bilməmisən?

      Vildad, görünür, həmkarının bu cür zarafatlarına alışdığından ona fikir vermədən ağır-ağır başını kitabdan qaldırdı. Məni görüb sualedici nəzərlərlə Falekə baxdı.

      – Deyir ki, dənizçidir, – Falek dilləndi, – bizdə işə başlamaq istəyir. Necə bilirsən, yarayar?

      – Yarayar, – Vildad məni diqqətlə süzüb dedi. Sonra yenə başını kitabın üstünə əyib dodağının altında höccələməyə davam elədi.

      Kapitan Falek isə gəminin sənədlərini sandıqdan çıxarıb masanın arxasına keçdi. Mürəkkəbqabını qabağına qoyub yazmağa başladı.

      Bilirdim ki, balina ovlayan gəmilərdə matroslara məvacib vermirlər. Hamı kimi onlara da ümumi qazancdan müəyyən pay düşür. Hər kəs gəmidə yerinə yetirdiyi işin müqabilində pay alır. Adətən, gəmilərdə mənim kimi yeni başlayan işçilərə ümumi qazancın təxminən iki yüz yetmiş beşdə biri qədər pay verirdilər. Bu, çox az pul eləyir, ancaq heçə lənət deyib razılaşmaq olardı. Bir də ki, üç il ərzində gəmidə havayı yeyib-içəcək, qaldığım yerə görə də pul ödəməyəcəkdim.

      – Bu cavan oğlana nə qədər pay yazaq? – kapitan Falek həmkarından soruşdu.

      – Dün-ya-nın ma-lı e-lə bu dün-ya-da da qa-la-caq… – Vildad ona əhəmiyyət vermədən dini kitabı höccələyirdi.

      – Vildad! Deyirəm ki, bu oğlana nə qədər pay yazaq? – Falek hirslə bir də sualını təkrarladı.

      – Məncə, gəlirin yeddi yüz yetmiş yeddidə bir hissəsi kifayət eləyər, – Vildad bunu deyib yenə kitaba tərəf əyildi.

      – Yox, qoca, bir az artırmaq lazımdır, – Falek dedi. – Uşağı müftə işlətmək istəyirsən?

      – Yeddi yüz yetmiş yeddi! – Vildad gözünü kitabdan çəkmədən rəqəmi təkrarladı.

      – Dedim ki, ağ eləmə! Üç yüz yazıram. Eşidirsən, Vildad, üç yüz!

      – Kapitan Falek! – Vildad hirslə kitabı örtüb qışqırdı. – Başa düşürəm, sən çox səxavətli, ürəyigeniş adamsan, ancaq yaddan çıxarma ki, bu gəmidə yetim-yesirin də payı var. İstəyirsən, onlar acından ölsün?

      Bundan sonra qocalar uzun-uzadı mübahisə elədilər. Hətta iş kayutda bir-birini qovalamağa qədər gedib çıxdı. Mən artıq bu qəribə adamların gəmisində işləməyin mənasız olduğunu düşünərək qapıya tərəf addımlayırdım ki, qəfildən sakitləşib öz yerlərində oturdular.

      – Cavan oğlan, – kapitan Falek mənə səsləndi, – deyəsən, adın İzmaildir, hə? Səni siyahıya yazıram. Gəlirin üç yüzdə bir hissəsi qədər pay alacaqsan.

      – Kapitan, – dedim, – mənim bir dostum var, sabah onu da özümlə gətirə bilərəm?

      – Gətir, baxaq, – Falek dedi.

      – Bəs ona nə qədər pay verəcəksiniz?

      – Bu barədə narahat olma. Dostun balina ovundan baş çıxarır?

      – İndiyə qədər o qədər balina ovlayıb ki, saymaqla bitməz!

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно


Скачать книгу

<p>14</p>

Planşir – gəmi göyərtəsinin kənarlarına vurulan tir

<p>15</p>

Horn burnu – Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi. Cənubi Amerikanın cənub burnu kimi qəbul olunur.

<p>16</p>

Sürtük – uzunətəkli kişi pencəyi

Яндекс.Метрика