Beş həftə hava şarında. Жюль ВернЧитать онлайн книгу.
bu sürətlə Afrikanın üstündən vur-tut on iki saata uçub keçmək olar. Zənzibarda oyanıb Sen-Luidə[13] yatarsan.
– Məgər şar bu cür havada uça bilər? – başqa zabit soruşdu.
– Belə şeylər olub.
– Şar uça bilər, bəs insan? – bu dəfə Kennedi özünü saxlaya bilməyib söhbətə qarışdı.
– İnsan da davam gətirə bilər. Çünki hava şarı onu əhatəyə alan havaya nisbətdə həmişə hərəkətsizdir. Axı şarın özü yox, hava kütləsi hərəkət eləyir. Səbətdə şam yandırsanız, onun alovunun hətta titrəmədiyini görərsiniz. Lakin, istənilən halda, mən belə sürətlə uçmaq fikrində deyiləm. Üstəlik də, özümüzlə iki aylıq azuqə götürmüşük. Yerə enəndə isə mahir ovçumuzun bizi quş ətinə qonaq etməsinə heç nə maneçilik törədə bilməz.
– Əməlli-başlı kefə baxacaqsınız, mister Kennedi! – gənc miçmanlardan[14] biri həsədlə ovçunu süzdü.
– Bilirsiniz, məsələ siz düşündüyünüz kimi deyil…
– Necə? Məgər siz uçmayacaqsınız?
– Yox. Dostumu müşayiət eləyirəm ki, bəlkə, son anda fikrindən daşındıra bildim.
Hamı doktora baxdı.
– Ona qulaq asmayın, – Fergüson sakitcə dedi. – Mənimlə bərabər uçacağını özü gözəl bilir.
– Nəyə istəyirsiniz, and içərəm ki, mən uçmayacağam! – Kennedi səsləndi.
– Əzizim Dik, yaxşısı budur, and içmə. Səni artıq tərəzidə çəkmişik. Təkcə səni yox, barıtını, tüfənglərini, güllələrini də… Ona görə daha bu haqda danış-mağa dəyməz.
Doğrudan da, Zənzibara çatana qədər Dik ağzını açıb bir daha bu barədə danışmadı.
6
Londondan yola düşdükdən 27 gün sonra, martın 30-da üfüqdə Masa dağı göründü. Müşahidə borusu ilə artıq Keyptaun[15] şəhərini görmək olardı. Tezliklə “Mətin” bu şəhərin limanında lövbər saldı. Kapitan kömür ehtiyatı götürmək üçün limana girmişdi, buna isə vur-tut bir gün vaxt getdi. Səhəri gün “Mətin” Afrikanı dolanıb Mozambik boğazına girmək üçün cənuba istiqamət götürdü.
Mozambik boğazında hava xüsusilə əlverişli idi. Hamı Zənzibara tez çatmağı və son hazırlıqlarında doktor Fergüsona kömək etməyi arzulayırdı.
Nəhayət, eyni adlı adada yerləşən Zənzibar şəhəri göründü. Aprelin 15-i, saat 11-də “Mətin” bu dəfə Zənzibarın limanında lövbər saldı. Həmin ada Fransa və İngiltərənin müttəfiqi olan imam Maskatın torpağı idi. Limana qonşu ölkələrdən çoxlu gəmilər girirdi. Ada Afrika materikindən yalnız otuz mil enində boğazla ayrılırdı.
Zənzibar barədə danışarkən bunu da qeyd eləmək lazımdır: orada kitrə[16], fil sümüyü və qul alveri ilə məşğul olurlar. Döyüşlərdə əsir götürülənlər də həmin şəhərə gətirilirlər. Savaşlar isə qurtarmaq bilmir, çünki Afrika qəbilələri ara vermədən bir-biri ilə vuruşurlar.
“Mətin” limana yan alan kimi ingilis konsulu ora gəlib doktor Fergüsona öz xidmətini təklif etdi. Səfər haqqında Avropa qəzetlərindən xəbər tutan konsul doktoru, Dik Kennedini və əlbəttə ki, mehriban Conu öz evinə dəvət etdi. O, söhbət zamanı doktora kapitan Spikin bir neçə məktubunu göstərdi. Fergüson həmin məktublardan öyrəndi ki, kapitan və yoldaşları Uqoqo[17] ölkəsinə çatana qədər aclıqdan, pis hava şəraitindən dəhşətli əziyyət çəkiblər.
– Biz hava şarı sayəsində bax bu cür təhlükələrdən, məhrumiyyətlərdən canımızı qurtara biləcəyik, – doktor dedi.
Hava şarı üçün siqnal dirəyinin yanında əlverişli yer seçildi. Arxadakı iri tikili onu şərqdən əsən külək-lərdən qoruyacaqdı. Ancaq işə başlamağa az qalmış konsula məlumat çatdırıldı ki, yerli əhali buna mane olmaq niyyətindədir. Havaya qalxmaq istəyən xristianın gəlişi yerli sakinləri qəzəbləndirmişdi. Ərəblərdən daha çox həyəcanlanan zəncilər bu uçuşun öz dinləri, Günəş və Ay tanrıları əleyhinə olduğunu düşünürdülər. Afrika xalqları hər iki göy cisminə sitayiş etdiklərindən ekspedisiyaya müqavimət göstərmək qərarına gəlmişdilər.
Düzdür, kapitan Pennet bu hədələrdən çəkinmək fikrində deyildi, lakin doktor başqa cür düşünürdü.
– Əlbəttə, biz şarı gəmidən düşürə bilərik, – Fergüson dedi, – bu işdə hətta imamın qarnizonu da bizə kömək edər. Ancaq bədbəxt hadisə üçün hərdən bircə an kifayətdir. Şara bir xətər yetirilsə, səyahətimiz başlamamış sona çatar. Odur ki ehtiyatlı hərəkət etmək lazımdır.
Konsul təklif etdi ki, şar limanın arxasındakı adalardan birinə düşürülsün və dənizçilər tərəfindən qorunsun.
– Əla! – Fergüson səsləndi. – Son hazırlıqlarımızla da elə orada rahatca məşğul olarıq.
Tezliklə “Mətin” Kumbeni adlı kiçik bir adaya yan aldı. Aprelin 16-da şarı meşədəki çəmənliyə düşürdülər. Həmin vaxt bütün sahilboyu keşikçilər düzülmüşdü. “Mətin”in qayıqları isə boğazda növbə çəkirdilər.
İşi belə görən yerli əhali indi öz qəzəblərini yalnız uzaqdan-uzağa qışqırmaqla bildirirdi. Kahinlər camaatın içində gəzişir, onları daha da qızışdırırdı. Bəziləri hətta üzüb adaya getməyə çalışırdı. Ancaq onların qarşısı asanlıqla alınırdı.
Həmin gün axşam saat 6-da bizim səyyahlarla “Mətin”in heyəti son dəfə süfrə arxasında oturdular. Ayrılıq anının yaxınlaşması hamıda kədərli düşüncələr oyatmışdı. Cəsur səyyahlarımızın taleyi necə olacaq? Yenə görüşə biləcəklərmi? Şarı idarə eləmək alınmasa və səyyahlar vəhşi qəbilələrin arasına düşsələr, nələrlə üzləşəcəklər? Bu sual doktorla onun sadiq nökərindən başqa, hər kəsi düşündürürdü.
Səyyahlar səhər tezdən kayutlarını tərk edib Kumbeni adasına getdilər. Şərq küləyi hava şarını yüngülcə yırğalayırdı. Səyyahların yola salınması və təşkil olunan təntənəli mərasimdə iştirak etmək üçün kapitan Pennet də öz zabitləri ilə adaya gəlmişdi.
Bu arada Kennedi doktora yaxınlaşıb dedi:
– Samuel, uçuş qərarında qətisən?
– Elədir, əziz Dik.
– Sənə mane olmaq üçün hər şeyi etdim.
– Doğrudur.
– Onda mənim vicdanım təmizdir. İndi mən də səninlə gedirəm.
– Mən buna inanırdım, – doktor kövrəldiyini gizlətmədi.
Səhər saat 9-da üç aeronavt[18] hava şarında öz yerini tutdu. Doktor
13
14
15
16
17
18