Zindan xatirələri . Seyid Cəfər PişəvəriЧитать онлайн книгу.
və dəhşətli fikirlər hücüm etməyə başladı. Daima gəzişir və öz düşüncələrimi müəyyən nöqtədə toplamağa çalışırdım. Bu tərsə quyuda nə vaxtadək qalacağım barədə düşünürdüm. Fikirləşirdim ki, ailəm nə vəziyyətdədir? Görəsən, Ənzabi evimizə xəbər çatdırdımı? Mənimlə dostluq onun üçün gələcəkdə çətinlik törədəcəkmi? İndi bir çox məsələ onun üçün aydın deyildir. Bəlkə də çoxlu yeni şeylər kəşf edibdir. Axı o, çox məğrur idi. Məndən başqa heç kəsin sözünü qəbul etməzdi. Yazıq yəqin ki, indi qüssə edəcəkdir. Bəlkə də korlanıb aradan gedəcək. Bu qış fəslində o, haradan kömür və azuqə tapacaqdır. Beləliklə, fikirlər məni get-gedə bədbinliyə doğru yönəldirdi. Hər an daha qorxulu hadisələr gözümün qarşısında canlanırdı. Çünki Hecazini öldürmüşdülər. Mahmud Qatilin əvəzinə Əkbər Sallaxa işgəncə vermişdilər.
Məni nə üçün altı aydır zindandan buraxmırlar? Axı məndən nə istəyirlər? Yazıq Əli Şərqini nə üçün toqif (həbs) etmişlər? Deyirlər ki, hamı casus olmuşdur. Adamlar, hətta öz arvad-uşaqlarına da etibar etmirlər. Bəlkə bəzi adamların yanında ağzımdan müxtəlif söz qaçırmışam? – deyə düşünürdüm.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.