Эротические рассказы

Xatiratım. Cəlil MəmmədquluzadəЧитать онлайн книгу.

Xatiratım - Cəlil Məmmədquluzadə

Скачать книгу
memuarından sitat gətirilən bu qiymətli sətirlər sonrakı dövrlərdə də Cəlil Məmmədquluzadə – Əli bəy Hüseynzadə münasibətlərini aydınlaşdırmaq, “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları arasında yaradılmış süni mif qırmaq üçün həmişə lazımlı və faydalı olub.

“Məlumdur ki, o vaxtlar müstəbid Rusiya hökumətinin mənəm-mənəm dövründə türk dilində bir müstəqil intişarına yol vermək Peterburq hökumətindən heç gözləmək olmazdı… Bununla bərabər Məhəmməd ağa qəzetinin icazəsini aldı… Ancaq mənə, Məhəmməd ağanın vətəninin övladına bu, məlumdur ki, o vaxtlar ədibimiz qəzet eşqinə düşəndə mən eşitdim ki, Məhəmməd ağa atadanqalma mülkünün öz hissəsini satıb on səkkiz min manata və bu pulu alıb, gedib Tifisdə qəzet nəşr etsin. “Şərqi-Rus” qəzeti dəxi öz mətbəəsində çap olunmağa başladı.

Möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil e tdi”.[3]

“Xatiratım” memuarının dili və üslubu da “Danabaş kəndinin əhvalatları”nın təhkiyəsi ilə eynidir. Bu əsər qiymətli memuar ədəbiyyat nümunəsi olmaqdan başqa həm də cəlbedici, düşündürücü, ibrətamiz, oxunaqlı, orijinal nəsr əsəri təəssüratı yaradır. Heç tərəddüd etmədən “Xatiratım” memuarını Azərbaycan sənədli nəsrinin ən mükəmməl nümunələrindən biri kimi qəbul etmək olar. “Xatiratım” meydanda olmasaydı, Cəlil Məmmədquluzadənin mühitini və yaradıcılığını incəliklərinə qədər, bu qədər aydın təsəvvür etməkdə çətinliklər olardı… Azərbaycan mirzəcəlilşünaslığının uzun zaman Cəlil Məmmədquluzadənin “Xatiratım” memuarından və Həmidə xanım Məmmədquluzadənin “Mirzə Cəlil haqqında xatirələrim” əsərindən uzağa və ya dərinə getməkdə çətinlik çəkməsi təbiidir.

“Xatiratım”a bir də qayıtmaq yeni tarixi mərhələdə Mirzə Cəlil Məmmədquluzadə kimi müqəddəs söz sahibinin zəngin yaradıcılığına və ideallarına yenidən dönüş deməkdir. Hər dəfə Cəlil Məmmədquluzadəni dərindən oxumaq, yaşadığımız tarixi dövrləri və günləri daha dərindən başa düşmək, nəticələr çıxarmaq, sabahlara aydın nəzərlərlə baxmaq üçün etibarlı bələdçi ilə yola çıxmaq qədər əhəmiyyətlidir.

Mirzə Cəlil Məmmədquluzadə başımızın üstündə, yol qarşımızdadır.

Cəlil Məmmədquluzadə ölməz əsərləri ilə Azərbaycan dövlət müstəqilliyi yollarında əbədi olaraq ədəbi mübarizəsini davam etdirməkdədir.

İsa HƏBİBBƏYLİAMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik

Xatiratım

Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: “Allahu əkbər! Allahu əkbər!”[4] Həmin səda qonşuluqda müəzzinin[5] azanıdır. Və sonralar adət eləmişdim ki, bu iki kəlmədən sonra azançımız Molla Kərim bu sözləri də deyir: “Əşhədu-ən-lailahə-illəllah”.

Və bundan sonra dəxi böyüdükcə hər gün, hər saat sağ və soldan eşitdiyim sözlərin içində labüd gərək “Allahu əkbər” olaydı.

Hər sübh vaxtı məni şirin yuxudan oyadan atamın “Allahu əkbər” səsi olardı. Burada başa düşərdim ki, atam namaz qılır. Haman sözləri anamdan da eşidərdim. O da habelə namaz qılardı. Və bunlar hər ikisi namaz vaxtı da namazın qeyri-ibarələrinin içində namazı qılıb qurtarınca bir neçə dəfə ucadan və naqafl “Allahu əkbər” çağırardılar. Bu da həmin vaxt itifaq düşərdi ki, evdə bir kəs olmaya və pişik gəlib başlaya südü yalamağa, ya əmcək uşağı iməkləyə-iməkləyə oda yavıq gedə. Demək, çünki namaz üstə danışmaq namazı batil eləyənlərdəndir, onun üçün Allahı çağırmaqdan başqa nə pişiyə, nə də uşağa bir söz demək olardı.

Atamın anama acığı tutanda “Allahu əkbər” deyərdi. Anamın da bizə acığı tutanda həmçinin “Allahu əkbər” çağırardı.

Elə yadıma gəlir ki, o zaman ağızlarda danışılan kəlmələrin üçü adi danışıq olsaydı, bir kəlmə “Allah” ləfzi idi.

– Sən allah, ata, mənə bu gün üzüm al, gətir.

– Oğlum, vallah, bazara dəxi üzüm gəlmir.

– Sən allah, al.

– Mən allah, gəlmir.

– Ay bacı, Allah atana rəhmət eləsin, o uşağı küçədən çağır, gəlsin.

Bundan anlaşılan budur ki, xah mənim valideynim, xah qeyri-vətəndaşlarım hər bir saat, hər dəqiqə və hər saniyə Allahın adını zikr eləməkdə idi. Allahı hər dəqiqə çağırmaqda idilər, ona yavıq olmaqda idilər. Və bu Allah məhəbbəti, yaxud Allah qorxusu ondan ötrü idi ki, xah mənim valideynim, xah sair vətəndaşlarım o zaman bu əqidədə idilər ki, Allahın bir cənnəti var, bir cəhənnəmi və hər bəndəsini Allah-Təala istəsə, cəhənnəmə də vasil elər, istəsə, behiştə də daxil elər. O baxır sənin əməlinə. Əməlisalehlər cənnətə və bədəməllər cəhənnəmə daxil olacaq. Və sonra yaxşı yadımdadır ki, qonşu mollamız Molla Əli ki, mənə və qardaşlarıma sonralar dərs də deyərdi, hər gün bu barədə ərəb ibarəsi ilə belə zikr elərdi. “Fəmən yəmələ misqalə zərrətün”. Uşaqlıqda bu ibarə molla gedəndən sonra o saat yadımdan çıxardı. Ancaq böyüyüb savadımı artırandan sonra bildim ki, həmin ibarə Quran ayəsidir. “Fəmən yəmələ misqalə zərrətün xeyrən yərəhu vəmin yəməl…” və ilaxır. Məlum şeydir ki, o vaxt Molla Əlilər atamı və anamı öz moizəsində inandırmışdı ki, əməli-xeyir ibarətdir sövmü-səlatdan[6] və əməli-şər ibarətdir orucu yeməkdən və bığlarının ucunu uzatmaqdan və müsəlman olmayan insanın yağını yeməkdən və ilaxır. Əlbətə, oğurluq və adam öldürməyi də Molla Əlilər qəbih[7] əməl qəbiləsinə yazırdılar. Ancaq dünya məişətinə dair olan oğurluq və adam öldürmək söhbətləri molla moizəsində ya heç zikr olunmazdı, ya da müxtəsər keçərdi.

Pəs hər kəs ki, bu dünyada xeyir əməl sahibi oldu, axirətdə də onun əvəzini görəcək, həmin xeyir əməlin mükafatını öləndən sonra alacaq. Nədir o mükafat? Nədən ibarət olacaq? Və Molla Əlilər atamı, anamı və qonşularımızı inandırmışdılar ki, xeyir əməl sahibləri öləndən sonra puli-siratdan keçib daxil olacaqlar cənnətə. O cənnətə ki, orada Molla Əlinin rəvayətində “tücri min təhtihəl ənhar”: oranın bağlarının altından nəhrlər cari olacaq. Və orada ləziz meyvələr bitir və orada cənnət əhalisi üçün pakizə övrətlər mühəyyadır. Və Molla Əli bunu Quran ibarəsi ilə belə rəvayət edərdi: “Vələhüm fha əzvaci mütəhhirətin” və hamısından əfzəl bu idi ki, belə-belə pak qadınların məclisində yaşamaq iman əhli üçün həmişəlik baqiəbədi olacaq (“vəhüm fha xalidun”), həmişəlik olacaq – nə azar tapacaqlar, nə mövtСкачать книгу

3

Cəlil Мəmmədquluzadə. Əsərləri, 4 cilddə, IV cild, (tərtib еdəni və izahların müəllif İ.Həbibbəyli), Bakı, “Öndər” səh. 54–56

4

Allahu-əkbər – Allah böyükdür.

5

Müəzzin – azan verən

6

Sövmü-səlat – oruc-namaz

7

Qəbih (arxaizm) – qəbahətli, nalayiq, yaraşmayan, ləyaqətsiz, pis

Яндекс.Метрика