Эротические рассказы

Qədim türklər. Лев ГумилевЧитать онлайн книгу.

Qədim türklər - Лев Гумилев

Скачать книгу
tarixçilər bütün bu epoxaları xalqın yaranmasını müəyyənləşdirən (onların fikrincə) vaxtdan başlamağı üstün tuturlar. Məsələn, romalıların ifrat şərti tarixi – Romanın meydana gəlməsini, ərəblər tamamilə real tarixi – Məhəmmədin Məkkədən Mədinəyə hicrətini öz tarixlərinin başlanğıcı sayırlar. Rus salnaməçiləri 862-ci ili seçmiş və rus tarixinin «başlanğıcını» həmin ilə uyğunlaşdırmışlar. Fransız xronikaçıları «başlanğıcı» Xlodvinq Merovinqdən götürürdülər, tarixçilər isə Oqyüsten Tyerinin təşəbbüsü ilə 843-cü ili – Karl imperiyasının parçalanmasını fransız tarixinin ibtidası kimi qəbul etdilər və s. Türkyutlar üçün belə bir tarix 545- ci il idi.

Şimali Çində yeni müharibə başlanmışdı. Şərqi Vey imperiyasının hakimi Qao Xuan Jujan xanı Anaxuan və Toqon hökmdarı Kualyuyla ittifaq bağlayaraq Qərbi Vey imperiyasına hücum etdi və rəqibi Yuyvın Tayı bərk sıxışdırdı. Lakin müttəfiqlər həlledici qələbə qazana bilmədilər. Özünə tərəfdarlar axtaran Qərbi Vey imperatoru Ven-di An Nopanto20 adlı bir nəfəri dostluq əlaqələri yaratmaq üçün türk knyazı Bumının21 yanına göndərdi.

545-ci ildə22 türkyutların düşərgəsinə gələn səfir böyük sevinclə qarşılandı. «Orada hamı biri-birini təbrik edərək deyirdi: indi yanımıza böyük dövlətin elçisi gəlib, tezliklə öz dövlətimiz də yüksələr». Bu ötəri və ilk baxışdan əhəmiyyətsiz görünən faktın özü də göstərir ki, jujanların hakimiyyəti türkyutlar üçün dözülməz idi və azadlıq uğrunda mübarizənin zəruriliyi onları qorxutmurdu.

Xalqın əhvali-ruhiyyəsinə uyğun hərəkət edən Bumın süzereninə – Jujan xanına loyallıq göstərərək Qərbi Vey imperiyasının paytaxtı Çanyana hədiyyələrlə birlikdə cavab elçiliyi göndərdi və bununla da ağası – düşməni ilə ittifaqı möhkəmləndirdi. Lakin, bu jujanlarla əlaqələrin qırılmasına gətirib çıxarmadı, çox güman ki, danışıqlar son dərəcə məxfi şəraitdə aparılırdı. Bu elçilik dörddə bir əsr ərzində Qərbi Vey və onun varisi olan Bey-Çjou imperiyalarının müttəfiqi kimi türkyut dövlətinin şərq siyasətini müəyyənləşdirdi. 550-ci ildən başlayaraq həmin siyasət Bey-Tsi sülaləsinin hakim olduğu Şimal-Şərqi Çinə qarşı yönəldilmişdi. Bumın töycü ödədiyi jujanlarla mübarizə aparmaq üçün həddindən artıq zəif olduğunu yaxşı başa düşürdü. O, müttəfiq və vassal borcunu vicdanla yerinə yetirmək qərarına gəlmişdi. Elə həmin il bu qətiyyəti nümayiş etdirmək üçün müvafiq təsadüf də düşdü.

Qərbi tele tayfaları jujan əsarətinə çətinliklə dözürdülər. Nəhayət səbir kasası daşdı – onlar üsyan qaldırdılar və jujanlara həlledici zərbə endirmək üçün Qərbi Cunqariyadan Xalxaya doğru hərəkət etdilər. Yürüş elə pis təşkil edilmiş və elə namünasib vaxt seçilmişdi ki, burada qabaqcadan düşünülmüş müharibədən daha çox xalq qəzəbinin kortəbii partlayışından danışmaq daha düzgün olardı. Tarix hətta üsyan başçılarının adlarını da qoruyub saxlamayıb. Telelər yolun yarısında olanda Qobi Altayının dərələrindən harın döyüş atları minmiş, çoxqatlı zirehli paltar geymiş və uzun nizələrlə silahlanmış nizamlı türkyut dəstələri çıxdılar. Telelər cinahdan zərbə gözləmirdilər, digər tərəfdən onlar heç vaxt, heç bir pislik görmədikləri türkyutlarla deyil, nifrət bəslədikləri jujanlarla vuruşmaq istəyirdilər. Ona görə də telelər dərhal Bumına tam itaətlərini bildirdilər, türkyut hökmdarı isə bu itaətkarlığı qəbul edərək Jujana münasibətdə ikinci qeyri-loyal addım atdı.

İtaətkarlıq çöldə qarşılıqlı təhəddüd ifadə edən anlayışdır. Təbəəliyində əlli min23 alaçığı yalnız alaçıq sahiblərinin istədiyini eləmək şərtilə saxlamaq olar, əks-təqdirdə hökmdar həm təbəələrini, həm də başını itirə bilər. Telelər yalnız bir şey – jujanların məhvini istəyirdilər. Onları öz ordasına qəbul edəndə Bumın da çox güman ki, bundan xəbərdar idi. Bumının həmtayfaları da eyni niyyətdə olduqlarından müharibə labüd idi. Xan təbəələrinin arzusuna uyğun iş görürdü. Ona görə də hadisələr daha sürətlə inkişaf etməyə başladı.

Jujanın darmadağın edilməsi. Jujanlarla münaqişə yaratmaq, eyni zamanda incikliyin səbəbkarı kimi görünməmək üçün Bumın fitnəkarlığa əl atdı.

O, qızını ona ərə vermək xahişi ilə Jujan xanı Anaxuana müraciət elədi. Çöl adət- ənənələrinə görə bu, türkyut hökmdarını Jujan xanına bərabərləşdirmək deməkdi. Anaxuan nüfuzunu itirmək istəmirdisə, buna razı ola bilməzdi. Qəzəblənmiş xan Bumına kobud cavab verdi: «Sən mənim xidmətçimsən (türkyutlar jujanlar üçün metal əridirdilər), nə hədlə mənə belə təkliflə müraciət edirsən?». Anaxuanın etirazı Bumını təhqir olunmuş adam vəziyyətində qoyurdu. Türkyut hökmdarına da elə bu lazım idi. Barışığa gedən yolu əvvəlcədən kəsmək üçün o, Jujan səfirinin edam olunmasını əmr etdi. Qərbi Vey imperiyası ilə ittifaq bu şəraitdə onun üçün çox sərfəli idi. Bumın dərhal Ven-di ilə danışıqları təzələdi və 551-ci ildə Çin şahzadə qızı Çanle ilə evləndi. Bu izdivac köçərilər arasında onun nüfuzunu qaldırdı. Qəfil hücumun üstünlüklərindən istifadə etməyə çalışan Bumın 552-ci ilin qışında yürüşə çıxıb jujanları tam məğlubiyyətə uğratdı. Anaxuan intihar etdi, oğlu Yanloçen isə müttəfiqləri olan tsistlərin yanına qaçdı.24

Bumın İl-xan titulu qəbul elədi. Lakin 552-ci ilin sonunda o öldü. Taxta Qara İssık-xan (yəni Qara Qızmar xan) titulu qəbul etmiş oğlu çıxdı.

Türkyutların qəfil darmadağın etdikləri jujanlar həlak olmuş xanın əmisi Dınşutszanı başçı seçib mübarizəni davam etdirməyə başladılar. Lakin Layşan dağı yaxınlığındakı döyüşdə onlar yenidən tam məğlubiyyətə uğradılar. Jujanların xoşbəxtliyindən (lakin bu xoşbəxtlik uzun sürmədi) Qara İssık xan sirli şəraitdə öldü, oğlu Şetu hakimiyyətdən uzaqlaşdırıldı, taxta Muğan xan titulu ilə Kara İssık xanın kiçik qardaşı Kuşu çıxdı25.

Yeni xan sərt təbiətli, amansız və ağıllı idi. Onu müharibədən başqa heç nə maraqlandırmırdı. 553-cü il payızın sonlarında Qara İssık-xan jujanları yenidən məğlub etdi. Tsits imperatoru öz uğursuz müttəfiqlərini qəbul etdi və onları türkyutların təqibindən qurtardı. Lakin jujanlar Çində özlərinə yer tapa bilmirdilər. Sürülərini və əmlaklarını itirən, zəhmətə öyrənməyən jujanlar yenidən quldurçuluğa qurşandılar. Artıq 554-cü ilin baharında Tsits hökuməti onlara qarşı qoşun göndərməli oldu. Jujanlar məğlub edildilər. Lakin bu onların əxlaqını dəyişdirmədi. 555-ci ilin yayında Tsits imperatoru jujanları öz torpaqlarından Çölə qovdu, burada isə türkyutlar və kidanlar onlara dərhal divan tutdular.

Dınşutszı sığınacaq tapmaq ümidi ilə ordasının qalıqları ilə Qərbi Veyə üz tutdu, lakin burada Tsi imperiyasına qarşı mübarizədə müttəfiq kimi türkyutlara böyük ehtiyac duyulurdu. Odur ki, üç min nəfər əl-qolu bağlı jujan əsirini türkyut səfirinə verdilər. Səfir bütün yaşlıların boynunu vurmaq əmri verdi, onun yalnız uşaqlara və «knyazları müşayiət edən» xidmətçilərə rəhmi gəldi. Jujanlarla haqq-hesab çürüdüldü,

Скачать книгу

20

Anna Nopanto «Tezyu-Tsyundan (yəni Xesidən) olan yadelli köçəri» adlandırılır (b a x Н. Я. Бичурин. Собрание сведений… т. 1 с 228). Aşinanın ordası 100 il əvvəl həmin yerdən çıxmışdı. İlkin mənbədə onun mənşəyi təsadüfi göstərilmir. Türkyut knyazının yanına türkyut dilini bilən adam göndərilmişdi. Bu isə Aşina ordasının öz ilkin vətənləri ilə əlaqələrini itirmədiyini göstərir.

21

Orxon kitabələrində o, Bumın-xaqan adlandırılır. V. Bartold və P. M. Meleqoranski onu İstemi xanla bir şəxsdə eyniləşdirməyə çalışıblar. Lakin Tomson, Markvart, Aristov və Qrum-Qrjimaylo parlaq surətdə onların Çin mənbələrindəki İl-xan Qumına və Şetemiyə uyğun gələn iki qardaş olduqlarını sübut etmişlər.

22

N. İ .Biçurin bu tarixi 535-ci il kimi göstərir. Lakin bu tarix ehtimala az uyğundur, çünki imperiya yenicə dağılmışdı və qüvvələr düzümü hələ məlum deyildi.

23

Н. Я. Бичурин. Собрание сведений… т. 1 с. 228: Qrum-Qrjimaylo jujanlara qarşı «parpurumların çıxdığına güman edir («Западная Монголия и Урянхайский край, т. 2, Л., с. 220), lakin arabaların sayı Mərkəzi Asiyanın tele tayfalarının sayına uyğun gəlir (B a x: Д. Лозднев. Исторический очерк уйгуров, СРб, 1899, с. 38—89). Odur ki, Bumının həmin vaxta qədər Cunqariyada yaşayan və jujanların məhvindən sonra Baykala və Kerulenə qədər bütün Şərqə yayılmış tele tayfaları Konfederasiyasını itaət altına gətirdiyini düşünmək lazımdır.

24

S. Julyen bu xəbərin verildiyi mənbəni başqa cür tərcümə edir: Anaxuan özü öz əli ilə oğlu Yaploçeni öldürmüş və Tsiyə qaçmışdı. Lakin N. Y. Biçurinin tərcümə etdiyi Çin salnaməsi «Qan-mu» Anaxuanın intiharı haqqında məlumat verir.

25

Bu xanın aşağıdakı adları vardı: vəhşi heyvan adı – Tszuşu (yəni kuşu – quş), nəsil adı Sıqin (yəni nəvə, qardaş oğlu), ləqəbi – yandı (yəni qalib), titulu – Muyuy, yaxud Muğan. Biz elmi ədəbiyyatda daha çox işlədilən sonuncu addan istifadə edirik.

Яндекс.Метрика