Эротические рассказы

Yarpaq tökümü. Решад Нури ГюнтекинЧитать онлайн книгу.

Yarpaq tökümü - Решад Нури Гюнтекин


Скачать книгу
əlini öpmüşdü. Ləmanın beş il əvvəl atası rəhmətə getmişdi. İndi anası ilə bərabər Fındıqlıda yaşayır. Dolanmaq üçün çox əziyyət çəkiblər. Gənc qızın açıq şəkildə vəziyyətindən danışığı Əlirza bəyə pis təsir etmişdi. Əslində atası ilə o qədər də səmimi dostluqları yoxdu, amma Ləmanın öz uşaqları yaşında kimsəsiz bir qız olmağı yaşlı adamda böyük bir yardım istəyi oyandırdı. Ləman tam təhsil almamışdı, amma oxuyub-yazırdı. Bir də makinada yazınaq öyrənmişdi. Əlirza bəy əlləşdi-vuruşdu onu 45 lirə maaşla şirkətə işə aldırdı. Yaşlı adamın bu gənc qıza eləmək istədiyi yaxşılıqlar təkcə bu deyildi. Ləmana atalıq etmək, onu təhlükələrdən qorumaq istəyirdi. Bu gün bu qızcığazın başına gələn hadisə, sabah öz uşaqlarının da başına gələ bilərdi.

      Əlirza bəy, bu atalıq və himayəçilik vəzifəsinə böyük bir həvəslə başlamışdı. Ancaq bir neçə həftə sonra təəssüflə gördü ki, bu işdə xeyli gecikib. Ləman bəlkə təmiz bir qızdı; ancaq çox yüngül və avamdı. Özünü apara bilmir, şirkətdəki işçilərlə yersiz zarafatlar edirdi. Əlirza bəy, bir neçə dəfə ona nəsihət verdi. Gənc qız ona qulaq asıb haqq verir, elədikləri hərəkətlərdən utanırmış kimi görünürdü. Ancaq yarım saat keçməmiş yenə də əvvəlki yersiz zarafatlara başlayırdı.

      Əlirza bəy bir gün dözə bilməyib ona təpindi. Gənc qız acıqlandı və gördü ki, kiminsə onun işinə qarışmağına dözə bilməyəcək. Əlirza bəy, onu şirkətə işə düzəltmişdi, Allah razı olsun, çox böyük yaxşılıq eləmişdi, ancaq, bu yaxşılığı hər dəqiqə başına qalxmağı, hər işinə qarışması da doğru deyildi. Yaşlı adam başını aşağı əyərək hirsli-hirsli gülümsədi:

      – Özün bilərsən, ay bala, küsmə, – demişdi.

      Əlirza bəy o gündən bəri Ləmanın nə üzünə baxır, nə də adını anırdı. Ancaq onun bəzən biabırçı, yüngül hərəkətlərini gördükcə:

      – Görəsən, mən nə dedim ki, o buraya mənim vasitəmlə işə düzəldi? – deyib, öz-özünə acıqlanırdı.

      Ləman səkkiz-on gündən bəri işdə görünmürdü. Deyəsən, xəstə idi. Ancaq nədənsə onu itirib-axtarmaq istəmirdi. Ləmanın anası, indiyə qədər heç üzünü də görmədiyi qadın, görəsən, ondan nə istəməyə gələ bilər?

      Əlirza bəy koridorda köhnə qara çadralı, qısa boylu bir qadın gördü. Əvvəla üzünə baxmağa çəkinərək:

      – Xoş gəlmişsiniz, bacı, bir əmriniz var? – deyə soruşdu.

      Qadın birdən-birə cavab vermədi. Bədəni, əlləri qızdırmalı xəstə kimi titrəyirdi. Əlirza bəy təəccüblə başını qaldırdı. Ağlamaqdan gözləri şişmiş, solğun bir üz gördü. Ağlından bir pis fikir keçdi. Ləmana olan bütün kinini unudaraq:

      – Uşaq necədir? – dedi.

      Qadın, ağlayaraq cavab verdi:

      – Ləman yaxşıdır, amma kaş ölsəydi…

      Əlirza bəy bir azdan həqiqəti öyrənəndən sonra yaşlı anaya haqq verdi. Doğrudur, Ləman bu fəlakəti yaşamaqdansa kaş ki namusu ilə öləydi. Əhvalat belə olub. Müdir Müzəffər bəy onu aldadıb… Ləman on gün əvvəl "Adada (İstanbuldakı ada nəzərdə tutulur) bir rəfiqəmin toyuna dəvətliyəm, üç-dörd gün gəlməyəcəyəm" deyib anasından icazə alıb… Bir xəstəxanada uşaq salıb! Dünən bir dəri-bir sümük halında evə gətiriblər… Anasına hər şeyi olduğu kimi danışıb… Əlirza bəy elə bil iflic oldu. Durduğu yerdə əlləri, ayaqları keyləşdi, qızı aldadan özü imiş kimi dəhşətli bir qorxu və xəcalətlə üzünü tutub: "vay, vay, vay…" deyə çırpındı. Yaşlı qadın çarəsiz yalvarışlarla:

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Osmanlı dövründə, şəhərlərlə rayonlar arasında olan inzibati idarələrin müdiri

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQH/2wBDAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQH/wgARCAQAAqQDASIAAhEBAxEB/8QAHgAAAQMFAQEAAAAAAAAAAAAAAAECAwQGBwgJBQr/xAAdAQACAQUBAQAAAAAAAAAAAAAAAQUCAwQGBwgJ/9oADAMBAAIQAxAAAAHSsDjf1IAAAAAUEFUGjgGjhjRQAFAAYArERytsVxUNHDbVUBBQABsAAAbAVJByoYPcKIlVKEnUUCygo1cDQAFVqBIjAHjVbBVYxJVZCTrU4FmGoVmcKBZlCFZlFCTqKBZhKJZBEavENVVEgoHkCLYuAKxBRto8YweMaOG0FARQbAAAGwBAKqTR6ijJVShJ1FAsoKMkQGqqDVWiHowY8arBHK2wkGREy1OBZxkKzKKFZlFAs6igWZRQLOIhWUSjV4hqqrTVVQaOAaPGMJBjB4xo4bQUYANgAAAvHAsXgAAVaRo9RRkolETqKnWdBRLIg2qqAqtQTxgN40BQWptHq3ETKyAqCohWZRQk4KFZlFCsyigWcRCsoKJzxDFcomqqg0coMHjGEgxg8Y0cNtVRiKDYAAAIAYAAAOkAAFBIOGmjxphIAweN+QqGBecsYh4xW1ERpRBpUVzbCVzqhWZaiFZlFCsyihWZQgJ1FAswlEsghiuARVBIOAaPGMJBkavGMVw21VGIoNgAgaFLgHUACAQFEHSooCCq00comD1ZGr1CNXg2K9WRrI4UJOrKdagFTrUjKdagFCswERMBbxOYmTCsyihZVRI2WyLgfsds/nLnFU94dDpPnOjT/T3qx57mdqh9WuszsfO1PR1unetEHLTeYSDI1eMYrhjVUbRQAAbAAABADAAQA0CgIKrpaOUGZGx5dN6L2yjyN2T2nyt862uX1LfOrH9BwwJNBd6i3j0d2lkOe3lV9n+Gc1xbWLyfRp9Y9RUy1Dlk0y1AEKzAollBRkiojWQFGksVVpHdPuc+bp9tqphbqigwAqAUaQcM8Uesdkxq8YweDo+qvK7qfOcW628Ue13EjZ/N/PJaih0P259Sl543qemfOX5vrMjl5p9HhG3ssmyE6K5Ak+bcq39G9H8eesUY7C3ZW129eXq2gi9U7NzNR5wl2WtGdOYSR05CLtfiDL1jGIS4u0RJ7O7uVquhBvl6GTrPPx3SG2w0EfmLDGFvMyzOty0DKppTkn6Tvms6x7X5J3/whj3bGc4f8tXl9zuFule2Z/J9ry8DoH0d/N99Fnzt7F52ri8tu4fsuiL96bLuReprVzhibfgw3tx9l6lqom2V8lGihvlc1eHzofvFpha2TzKmk3QF0R42bL1MzxHRR3oUsB6UiJlpuQLMqIFnAhJgLfAw8wAYACh6ncsup0zxnrXxG7c8VNm8084uhPRbafB3WxuGU2o2HukkjzXPR9P9EvATZOc4hZmvEc8Z0nbztn8wvZ3YfP3PvWb6FPnfwN77x6g9lPnkmuMa79IeaV6a36MzzrLcXh2NljoPR2Ub7RagZv2a3jwv8ulfW0mhe+KPdHTbavN0nvx83H0jfLJP+f7z2t0ao9e9FfUhyNyh0U23yN8wlTRVuke6hj2l/InVflV1Z2LzRx6+jX5odgMfYfow5WdNvb2fy58q9LvnoNpHuP6KPng+h/55ZfkknRrnbvjh7z2i+WT6gfl6k+WVtN6dDrXqHtdxh688cZ3gjPqc+V/6isjVOUeoexPP7D3b6ctB9ltU5vh/K/I+P7o1X199OPBzvH8/2zeUdaJmu0/2qAU1gqtNHqyMlGW4r3YuTEsrggKgZRdTOXHUiX431o4j9t+J+yebsA/RP8pfZyM6btd84/1Vcp8rVuVkSJp/sXbD3ewGrm2eS9J3631UR1zYDefkf0xkee9E/lg+nj5k3a+gbaH5ctr7mF1W1tsfpJnaH85tn9m+L2r+qG9beXnbjO0fhv8ATtxK6hSXMeefPP6MfnIi+r1W1Wq+1eJu/fL5Z/qY+Wyb4TTw1dPrPq/eLt5xt627l4c+anwab0NP9pwtqo6JK/8Aqxyq6sbD5r4sOdWQHo7c3uL8r/U7Y/MXUH58/ofsqU49iP55vpT+bCJ7fVb3aK7zR3RexXy/fUn8t8nyz06Kupda9O9f+PHYjj5NcRovqG+Xz6g8zTOUHp466CXtfxrx27YcOMLotXcfgXHFdh+mr5//AKAOAWzeT9bXvl1f2XCTq1TrONQrMCiJgLdJCNzmDwGD2soeqmrPWjY/N+zXGzslp5O8I4JXZm7WvSvbv07XNxw7O7v4a+cnAX0n8M9b9K9Ufd5D99Zjj/zH+h0d1M1z0jgjvRqZvFM8YwDxnve1InsO4Gnf0OckMzTtSurGo3X65FYV4pZ/t/E3DarEvU3izm6ZWZl1KvqO6T9L3APuTrxs3ljgxtlr/uRrfqHtL8tP1L8U5zgGiFHvluPD9syNrZWcnZDnlNUqus+o2xy5FuYc3V7G+6G1eR/m+r9yNOdc9RtpPTjtTnazeT5eO+m1eNM8/Lr9S/y3Yu21W5+nNyxHc/ph+Xn6QcNbL5P4LUnTHM8L3lnHLpHzmT8j6hfn8+hyS5fxX1s6N8qcHffpu4n7E9AZjiXzR3bkDKGu+ne6nAnvtyZ2HzRzhllTU/ajFepVGSqKFZRKImAtgetmSjV6tRpMJZNq8UF7XMlejiULGRcZ1DrU6zM+Gkrw8wW5Ya149H7NGlmW22ufSBuZo+w+uNS/H2WJsy2ZvIG8nNi/ZTl/Urkt3Q5lyXLNP8j2GsB6Wyz41gLdjIb9slbUrk2txIX4G5bgx0tOflD2cLLVG5jxPTOpy6GeodRNQFQOqnuLxUMfLnnYzW9r2WcP1D7UtGSKs+kuHyUWNtvp5WLciWQ1S2p2XaHVll3W90cDYofcj6CpqTE3DIU2N0yNfyvjKldTk1GTMWDpvj2cXqW8keniR1eO1s64+wwLMpVAsyihWZQhJxlqKpiSqKAAAAAA24
Скачать книгу
Яндекс.Метрика