Amerika faciəsi . Теодор ДрайзерЧитать онлайн книгу.
dayan, səbir elə! Klayd özü onunla danışmağa cə-sarət etsə əmisi onun haqqında nə düşünə bilər? Bu klubda vəzifəsi yalnız şey daşımaqdan ibarət olan qardaşıoğluna o nə cür yanaşar? Ümumiyyətlə, görəsən, əmisi, şeydaşıyan xidmətçi gənclərə, xüsusilə Klayd yaşlı bir gəncin belə bir vəzifədə işləməsinə, nə cür baxacaqdır? Axı Klayd artıq iyir-mi bir yaşına girmişdir. Əlbəttə, adam bütün ömrünü belə bir işdə keçirmək istəmirsə, “şeydaşıyan oğlan üçün” bu qədər yaş çox deyilmi? Semyuel Qrifits kimi zəngin və yük-sək mənsəbli bir adam oteldə şeydaşıyan vəzifəsini, xüsusilə öz qohumunun bu vəzifədə işləməsini özü üçün bir əskiklik saya bilərdi. Çox ehtimal ki, o belə bir qohumdan geri qaça-caqdır, hətta onunla danışmaq belə istəməyəcəkdir… Klayd bütün gününü bu cür şübhələr içərisində keçirdi…
Lakin ertəsi gün Klayd artıq əmisini azı altı dəfə görmə-yə müvəffəq olmuş və əmisi ona çox xoş bir təsir bağışla-mışdı: canlı, çevik, işgüzar əmisi öz qardaşına – Klaydın ata-sına heç oxşamırdı. O nə qədər zəngin idi, hamı ona nə qə-dər hörmət və ehtiram göstərirdi!… Klayd isə bir qorxu içəri-sində öz-özünə sual edirdi ki, görəsən o indi belə bir fürsə-tidəmi əlindən qaçıracaqdır? Axı əmisi ona heç də bədxah bir adam təsiri bağışlamırdı, əksinə çox mehriban və iltifatlı bir görkəmi vardı, bir dəfə Klayd Retererin məsləhəti ilə, yo-la salınacaq bir məktubu götürmək üçün əmisinin otağına girdikdə, əmisi demək olar ki, heç onun üzünə belə baxma-dı, lakin məktubla bərabər ona yarım dollar pul verdi.
– Göz-qulaq olun ki, məktubu göndərsinlər, pulları isə özünüzə götürün – deyə əmisi ona tapşırıq verdi.
Bu dəqiqə Klayd elə böyük bir həyəcan içərisində idi ki, əmisinin nə üçün öz qardaşı oğlunu tanıya bilmədiyinə heyrət etdi… Lakin mister Qrifits, doğrudan da heç bir şey sezmir və anlamırdı. Buna görə Klayd əmisinin yanından bir qədər məyus olaraq çıxıb getdi.
Bir müddət sonra Semyuel Qrifitsin adına bir neçə mək-tub gəldi və Reterer Klaydın diqqətini bu məktublara cəlb et-di.
– Əgər istəyirsənsə, budur əminin yanına getmək üçün yenə bəhanə var, – deyə Reterer məktubları Klayda göstərdi. – Bu məktubları aparıb ona ver. Məncə bu saat o öz otağın-dadır.
Klayd bir qədər tərəddüddən sonra məktubları götü-rüb əmisinin otağına getdi. Mister Semyuel stol arxasında oturub, nə isə yazırdı, Klayd qapını döyərkən içəridən qış-qırdı:
– Buyurun! Klayd içəri girdi və müəmmalı bir təbəs-sümlə dedi:
– Sizə məktub var, mister Qrifits.
– Çox sağ olun, oğlum, – deyə əmisi cavab verdi və Klayda pul vermək üçün əlini jaketinin cibinə saldı. Lakin Klayd fürsətdən istifadə edərək dedi:
– Yox, yox, mənə heç bir şey lazım deyil! – əmisi ona pul vermək üçün əlini irəli uzadıb qalmışdı, lakin o bir söz deməyə macal tapmamış, Klayd əlavə etdi: – deyəsən, mən sizin qohumunuzam, mister Qrifits. Siz Likurq şəhərindəki yaxalıq fabrikinin sahibi Semyuel Qrifts deyilsinizmi?
– Bəli, deyəsən, mənim o fabrikə bir qədər dəxlim var. Bəs siz kimsiniz? – deyə əmisi Klaydı diqqətlə gözdən keçi-rərək soruşdu.
– Mənim adım Klayd Qrifitsdir, mən Eysa Qrifitsin oğ-luyam. O, deyəsən, axı sizin qardaşınızdır?
Ailədə ən zavallı və bəxti qara hesab olunan bu qarda-şın adı çəkilərkən Semyuel Qrifitsin üzü bir qədər tutuldu. O, uzun illərdən bəri qardaşı Eysanı görməmişdi və indi heç bir sevinc hissi duymadan kiçik qardaşının qısaboylu za-vallı görkəmini xəyalına gətirdi; o, qardaşı təqribən Klayd yaşında olarkən onu son dəfə Vermond ştatında Bertuika ya-nında öz ataları evində görmüşdü. Lakin ata ilə oğul arasın-da nə qədər böyük fərq vardı! Klaydın atası o zaman şişman, yöndəmsiz, həm cismən, həm də zehni cəhətdən süst, ölü-vay bir gənc idi, onun sulu göy gözləri, qıvrım saçları var idi. Qardaşıoğlu isə, əksinə çox səliqəli, canlı, nəzakət gözlə-yən yaraşıqlı bir gənc idi və görünür ağılsız deyildi. (mister Qrifits otellərdə işləyən gənc oğlanların ümumiyyətlə çox fərasətli olduqlarına fikir vermişdi). Beləliklə, qardaşıoğlu onun xoşuna gəldi.
Atası kiçik oğlunu sevmədiyinə görə öz böyük qardaşı Allen ilə bərabər atasının bütün varidatına sahib çıxan Sem-yuel Qrifits, kiçik qardaşı Eysanın ədalətsizliyə qurban get-diyini həmişə hiss edirdi. Atası, Eysanın bir qədər fərasətsiz və əməli fəaliyyət sahəsində bacarıqsız olduğunu gördük-dən sonra əvvəlcə Eysanı işləməyə məcbur etmək istəmiş, sonra isə sadəcə kiçik oğlundan əlini üzmüş və nəhayət, Ey-sa Klayd yaşında ikən onu evdən qovmuşdur; sonralar isə ata bütün varidatını, yəni otuz min dollara yaxın bir məbləği iki böyük oğlu arasında tən bölmüş, Eysaya isə min dollar miqdarında vecsiz bir pay ayırmışdı.
İndi bütün bu xatirələr, Semyuel Qrifitsi böyük bir ma-raq ilə Klaydı gözdən keçirməyə məcbur edirdi. O, qardaşı-oğlunun illərlə bundan əvvəl ata evindən qovulmuş kiçik qardaşına oxşamadığını görürdü. Klayd onun öz oğlu Qil-bertə daha çox oxşayırdı, indi o bu oxşayışı açıq-aydın gö-rürdü. Bundan başqa Klaydın keçirdiyi qorxulara baxmaya-raq, onun belə zinətli bir klubda şeydaşıyan vəzifəsində çalışması belə, Semyuel Qrifitsə yaxşı təsir bağışlamışdı. Fəaliyyət sahəsi yalnız Likurq şəhəri və Likurq cəmiyyəti ilə məhdudlaşan Semyuel Qrifitsə, xüsusi mövqe və xarakteri olan bu klub ehtiram hissi təlqin edirdi. Belə müəssisələrdə xidmət edən gənclər adətən çox zirək və təvazökar olurlar. Buna görə də o, xeyirxah bir ifadə ilə qardaşıoğluna xeyli baxdı, Klayd isə öz qara iş kostyumunda, səliqəli və şax bir görkəmlə, son dərəcə yaxşı tərbiyə almış bir gənc təvazökar-lığı ilə əmisinin qarşısında dayanmışdı.
– Nə danışırsınız! – deyə əmisi səsləndi. Demək siz Ey-sanın oğlusunuz? Qəribə işdir! Çox qəribə təsadüfdür! Axı mən sizin atanızı azı iyirmi beş ildir ki, görməmişəm və onun haqqında heç bir şey eşitməmişəm. Axırıncı dəfə on-dan xəbər tutanda, səhv etmirəmsə, o Miçiqan ştatında, Qrend Repidsdə yaşayırdı. İndi o hardadır? Burada Çikaqo-da olurmu?
– Xeyr, ser, – deyə Klayd cavab verdi, o əmisinin bu sualına mənfi cavab verə bildiyi üçün şad idi. – Mənim ailəm Denver şəhərində yaşayır. Mən burada təkəm.
– Ümidvaram ki, atan və anan sağdırlar?
– Bəli, ser, ikisi də sağdır.
– Atan isə əvvəlki kimi… yenə vaizlik edirmi?
– Bəli, ser, – deyə Klayd bir az duruxaraq cavab verdi. O hələdə bu əqidədə idi ki,bütün mümkün olan fəaliyyət növləri içərisində atasının məşğuliyyəti cəmiyyətin gözündə ən miskin və ən faydasız bir məşğuliyyətdir. – Ancaq indi – deyə, Klayd sözünə davam edirdi, – atamın missiyası, me-belli otaqlarla əlaqədardır, missiya yerləşən