Эротические рассказы

Qiyamət günü açarı. Джеймс РоллинсЧитать онлайн книгу.

Qiyamət günü açarı - Джеймс Роллинс


Скачать книгу
keçib kilsənin əsas qapılarına yönələn Reyçel hiss etdi ki, addımını ye-yinlədib. Başı üzərində, gecə səmasının fonunda Mikelancelonun əsəri olan geniş günbəz parlayırdı.

      Kilsəyə girişi qoruyan müqəddəs Pyotr və müqəddəs Pavelin əzəmətli heykəllərinin arasından keçən Reyçel qılıncla silahlanmış apostol Pavelin dibindəki yazıya baxdı. İvrit dilindəki yazıda deyilirdi: “İçimdə möhkəmlənən İsa Məsihdə

      hər şeyi bacarıram”. Reyçel ivritcə bilmirdi, amma bu sözləri ona hələ uşaqlıqda əmisi Viqor öyrətmişdi. Cavan qadın həm bu sözlərdən, həm də əmisinin xatirəsindən güc topladı.

      Reyçel qətiyyətlənərək, pillələrlə kilsənin girişinə qalxdı.

      Qapılar bağlı deyildi. O, giriş dəhlizindən keçərək, iki yüz metrədək irəli uzanan nefə girdi. İçəridəki zülmət yalnız xeyrat şamlarının titrək işığı ilə işıqlanırdı, nefin axırında isə

      daşına bilən natriumlu lampaların işığında papanın mehrabı parlayırdı. Hətta durduğu yerdən Reyçel sarı polis lentini gördü.

      1 Bağışlayın (it.).

      2 Eybi yoxdur (it.).

      47

      Partlayış apsidada, əsas mehrabın arxasındakı məkanda baş vermişdi. Reyçel incəsənət, arxitektura və tarixi xəzinələrə

      fikir vermədən mərkəzi keçiddən keçdi. Onun diqqəti irəlidə

      onu nə gözlədiyinə yönəlmişdi.

      Əsas mehraba çatan cavan qadın cinayət yerini ayıran lentə yaxınlaşdı. Belə gec vaxtda burada heç kim yox idi. İki gün ərzində ekspertlər və kriminalistlər fırçalarla, bərnilərlə, reaktivli sınaq boruları ilə dəlil toplayaraq ətrafda hər yeri yoxlayırdılar. Artıq müəyyən edilmişdi ki, apsidada yeni nəslin xüsusi güclü partlayıcısı – bərk heptanitrokuban maddəsi partlamışdı.

      Qarşısında hislə örtülmüş mərməri görəndə Reyçeli əsmə

      tutdu. Yalnız bu mənzərə partlayışı xatırladırdı. Çünki artıq qanı da yumuşdular. Lakin döşəmənin lentlə əhatə olunan hissəsində əvvəlkitək partlayış dalğasının yayılma trayektoriyasını müəyyənləşdirməyə imkan verən qara izlər bilinirdi. Apsidanın bir küncündə Marko Covanni atanın cəsədinin olduğu yeri təbaşirlə çəkilmiş kontur göstərirdi. Həlak olmuş keşiş Müqəddəs Pyotr kafedrasının dibində, Müqəddəs Ruhu təcəssüm etdirən göyərçin təsvirli pəncərənin altında tapılmışdı.

      Reyçel artıq cavan keşişin cinayət işi ilə tanış olmuşdu.

      Marko Covanni onun əmisinin şagirdi, arxeoloq-həmkarı idi.

      Son on ili o İrlandiyada keçirmişdi. Orada keltlərdən xristianlığın köklərini, katolik etiqadıyla bütpərəstlik ayi-nlərinin qəribə uyğunlaşmasını tədqiq edib öyrənməklə məşğul idi. İlk növbədə onu Qara Madonna ilə bağlı əsatirlər maraqlandırırdı; çoxları bunda bütpərəst Ana-Torpağın və Müqəddəs ananın simbiozunu görürdülər.

      Bu suallarla məşğul olan arxeoloq nədən ötrü qurban olmalı idi? Yoxsa bu təsadüfən baş vermişdi? Doğrudanmı 48

      Viqor əmi və onun şagirdi lazım olmayan saatda və yerdə

      olmuşdular?

      Elə bil ki, baş verən hadisənin heç bir mənası yox idi.

      Reyçel udqunaraq geri döndü. Viqor əmini papa mehrabının yanında döşəmədə sərələnmiş tapmışdılar; onu ora partlayışın dalğası atmışdı. Prelatın huşu özündəydi.

      Cinayət yerini çirkləndirməmək üçün Reyçel sarı lentdən kənarda qalıb əhatə olunmuş yeri perimetr boyu dolandı.

      Sonra iki pillə qalxıb apsidanın sol tərəfinə çıxdı. Oradakı məkan darısqal idi. Reyçel papa III Pavelin monumentinin və

      onun yanında olan Ədalət və Mərhəmət məziyyətlərini təcəssüm etdirən abidələrin yanından keçdi. Onların papanın bacısına və anasına oxşarlığı vardı.

      O addımını yavaşıtdı.

      “Mən burda nə edirəm?”

      Birdən Reyçel kilsədə hökm sürən sakitliyi, yanlarda və

      irəlidə sıralanan sərdabələrdən əsrlərin və ölümün cansıxıcı ağırlığını çox kəskin hiss etdi. Hissi gücləndirən düz üzbəüz, apsidanın əks qurtaracağında cinayət yerinin uzaq hüdu-dunda ucalan papa VIII Urbanın sərdabəsi idi. Monumenti papanın əlini qaldırıb xeyir-dua verən bürünc heykəli tamamlayırdı. Lakin onun ayaqları altında başdaşı vardı və bu başdaşından bürünc skelet qalxırdı. Ölən papanın adını indicə

      bükülü kağıza yazan sümüklü əl göyə qalxaraq donmuşdu.

      Reyçel bu mənzərədən sıxıldı.

      Adətən cavan qadın xüsusi bir mövhumatçılıqla fərqlənmirdi, amma indi, Viqor əmi ölüm yatağında olarkən…

      Əgər o, əmisini itirsə necə olar?

      Reyçel dönmək istəyirdi, amma onun nəzəri istər-istəməz ölüm simvolu olan qorxunc heykələ ilişib qalmışdı. Onu soyuq titrətmə tutdu və qolundakı tükləri biz-biz oldu.

      49

      

      Ölüm.

      Reyçel əmisinin sayıqladığı yeganə sözü bərkdən pıçıldadı.

      − Morte.

      O, mərmər başdaşının üstündə çöməlib donmuş bürünc heykəli diqqətlə süzdü. Bəs əgər əmisi nəsə izah etmək, çatdırmaq istəmişdisə?

      Reyçel sarı lent boyunca aspidanın əks tərəfdəki qurtaracağına tələsdi. Barmaqlarının ucunda duraraq, daha diqqətlə baxdı. Lakin abidəni diqqətlə nəzərdən keçirdiyinə

      baxmayaraq, bu kiçik detal az qala gözündən qaçmışdı. Qəhvəyi dəri kəmərcik zaman ötdükcə tündləşmiş bürünc rənğındə idi.

      Reyçel lateks əlcəkləri geyib qaytana çatmaq üçün başdaşının kənarına dırmaşdı. Onu tutaraq Ölümün sümüklü əlində olan balaca kisəciyi çıxartdı. Reyçel qəniməti əlində sıxaraq aşağı atıldı. Görəsən onun tapıntısının bir mənası varmı? Yoxsa bu, hansısa inamlının və ya turistin qoyduğu mənasız bəzəkdir?

      Reyçel o dəqiqə dəridə yandırılmış damğanı gördü. Elə

      görünürdü ki, onun heç bir mənası yoxdur. Bu, sehrli talis-mana bənzəyən kobud spiral idi.

      Məyus olmuş gənc qadın kiçik dəri kisəciyi çevirdi. O biri üzdəki yandırılmış damğanı görəndə onun nəfəsi tutuldu.

      Xaçla bölünmüş dairə.

      50

      

      Reyçel artıq bu damğanı Marko Covanni atanın cəsədinə

      baxışın kriminalist hesabatında görmüşdü.

      Bu cür damğa ölü keşişin alnına vurulmuşdu. Söz yox ki, bunda hansısa bir məna vardı, amma hansı?

      Reyçel


Скачать книгу
Яндекс.Метрика