Qatardakı qız. Пола ХокинсЧитать онлайн книгу.
də mötərizə içi deyil.
Axşam
Axşam mindiyim 17:59 qatarı sabahkı qatara nisbətən asta hərəkət edirdi. Bir saat bir dəqiqəlik yolumuz vardı. Yəni əlavə olaraq hansısa stansiyada da-yanmasaydı, səhərkinə nisbətən yeddi dəqiqə daha uzun olacaqdı. Mənimçün elə də fərq etmirdi, çünki səhər Londona getməyə tələsmədiyim kimi axşam da Eşburiyə qayıtmaq üçün can atmırdım. 1960-cı ildə qu-rulan və Bekingemşirin mərkəzində xərçəng kimi şaxə-lənmiş Eşburi nə qədər pis yer olsa da, səbəbi bu deyildi. Buraya bənzəyən, mərkəzi kafelər, mobil telefon mağazaları, “JD Sports” filialları ilə dolub daşan, yaşayış massivi ilə əhatə olunmuş və arxasında çoxmərtə-bəli kinoteatr və qəsəbədənkənar Tesko əyaləti olan onlarla başqa qəsəbədən daha pis, ya da daha yaxşı deyildi. Ticarət mərkəzlərinin qəsəbənin ətəklərinə yayıl-mağa başladığı ərazidə salınan yaxşı(ca) tikilmiş, yeni-
(cə) bir binada yaşayırdım, amma bura mənim evim deyildi. Mənim evim qismən sahibi olduğum, yol kənarında yerləşən yarı viktorian üslublu ev idi. Eşburidə ev sahibi deyildim, hətta kirayənişin belə deyil-1
dim. Bir müddətlik Ketinin sakit və gözəgörünməz dubleksinin ikinci yataq otağında, onun mərhəmətinin və lütfkarlığının göstəricisi olaraq yaşayırdım.
Keti ilə universitetdən bəri dost idik. Yoldaş demək daha düzgün olardı, çünki heç vaxt bir elə yaxın olmamışdıq. Birinci kursda dəhlizin üzbəüz otaqların-da qalırdıq və ikimiz də eyni dərsləri keçdiyimizə gö-rə, gözümüzü qorxudan ilk həftələrdəncə bir-birimizə
yaxınlaşdıq. Sonralar ortaq cəhətimiz olan daha çox insanla tanış olduq. İlk il və istisna hallar olan toyları çıxarsaq, universiteti bitirdikdən sonra bir-birimizlə elə
də görüşməmişdik. Amma mənə lazım olduğu zaman onun evində boş bir otağın olduğunu bildim və orada qalmaq mənə məntiqli gəldi. Cəmi bir neçə ay, maksi-mum, altı ay qalacağıma əmin idim və başqa nə edə
biləcəyimi də təsəvvür etmirdim. Heç vaxt tək yaşa-mamışdım, ailəmdən sonra ev yoldaşları ilə, sonra da Tomla qalırdım. Tək yaşamaq fikri darıxdırıcı gəldiyinə görə onunla yaşamağa razılıq verdim. O vaxtdan demək olar ki, iki il keçib.
Qorxulu deyildi. Keti sözün əsl mənasında yaxşı adam idi. Bu cəhətini dərhal gözə çarpdırırdı. Yaxşı olduğu ortada idi, hətta bu onun ən əsas xüsusiyyəti olduğundan bunun demək olar ki, hər gün gözə görün-məsini istəyirdi. Bu da insanı çox yorurdu. Amma ye-nə də pis deyildi, ev yoldaşında bundan daha pis xü-susiyyətlərin olması mümkündür. Yox, bu yeni həyatımın (üstündən iki il keçməsinə baxmayaraq, hələ də
yeni təsiri bağışlayır) usandırıcı tərəfi Keti, hətta Eşburi də deyildi. Özümə nəzarəti itirməyim idi. Ketinin evində, onun nəzakətli olmasına baxmayaraq, daim 1
özümü qonaq kimi hiss edirdim. Bunu mətbəxdə axşam yeməyi hazırlarkən bir-birimizi itələyəndə hiss edirdim. Divanda onun arxasında oturarkən əlindəki pultdan möhkəm-möhkəm yapışdığında hiss edirdim.
Özümə aid olduğunu hiss etdiyim yeganə yer kiçik yataq otağım idi. İçinə zorla dürtülmüş çarpayı ilə stolun arasından güclə keçirdim. Kifayət qədər rahat olsa da, insanın arzuladığı kimi bir yer deyildi. Bu-na görə də qonaq otağında, ya da mətbəx masasında narahatlıq və yorğun şəkildə qurcalanırdım. Hər şeyə, hətta ağlıma belə nəzarəti itirmişdim.
1
10 iyul 2013, Çərşənbə
Səhər
Hava yavaş-yavaş isinirdi. Saat təxminən 9-un yarısı olmuş və gün çoxdan darıxdırıcı hal almış, hava nəmdən ağırlaşmışdı. Fırtına olmasını arzulasam da səma israrla boş, solğun və açıq mavi rəngə çalırdı. Üst dodağımdakı təri sildim. Su götürməyi unutduğuma görə peşman olmuşdum.
Həmin səhər Ceyson ilə Cessini görmədiyimə görə
çox təəssüflənirdim. Bunun axmaqlıq olduğunu bilirdim. Evi diqqətlə gözdən keçirməyimə baxmayaraq, heç kim görünmürdü. Aşağı mərtəbənin qapısı açıq ol-sa da, iki qanadlı digər qapı bağlı idi və günəş şüaları pəncərədə əks olunurdu. Yuxarıdakı siyirmə pəncərə
isə qapalıydı. Yəqin Ceyson işə getmişdi. Mənə elə gəlirdi ki, həkimdi və çox güman, xarici şirkətlərdən birində işləyirdi. Daim işə hazır vəziyyətdə olurdu, qarderobun üstündə hazır gözləyən bir çantası da vardı; İranda zəlzələ, yaxud Asiyada sunami olan kimi hər şeyi atıb çantasını alaraq həyat xilas etmək üçün göz açıb-yumunca Hitrovda olurdu.
Cəlbedici naxışlı paltarı, konvers ayaqqabıları olan, gözəl və cazibəli Cess isə moda sahəsində çalışırdı. Ya da ola bilsin ki, musiqi, ya da reklam sahəsində.
Stilist, yaxud fotoqraf da ola bilərdi. Eyni zamanda olduqca istedadlı, bacarıqlı bir rəssam idi. İndi onu yuxarı mərtəbədəki açıq pəncərəsindən musiqi sədaları yayılan otaqda, əlində fırça divara söykənmiş kətan lövhəyə şəkil çəkən vəziyyətdə görə bilirdim. Axşam üs-1
tünə qədər orda olacaqdı, Ceyson bilirdi ki, işləyəndə
onu narahat etmək olmaz.
Əlbəttə, əslində, onu görə bilmirdim. Rəsm çəkib -
çəkmədiyini, ya da Ceysonun mükəmməl gülüşü olub-olmadığını, Cessin yanaqlarının gözəl görünüb-görün-mədiyini də dəqiq bilmirdim. Burdan onun bədən qu-ruluşunu da ayırd etmək olmurdu və Ceysonun səsini də heç vaxt eşitməmişdim. Onları heç vaxt yaxından görməmişdim, mən yolun o tərəfində yaşayanda onlar bu evdə qalmırdılar. Mən iki il qabaq ordan köçəndən qısa müddət sonra isə onlar həmin evə köçmüşdülər.
Dəqiq hansı gün olduğunu bilmirdim, amma deyəsən, onları ilk dəfə təxminən bir il əvvəl görmüşdüm və
aylar keçib-getdikcə mənim üçün önəm kəsb etməyə
başlamışdılar.
Adlarını da bilmədiyimə görə, onları özüm adlan-dırmalı olmuşdum. Kişiyə Ceyson adını qoymuşdum, çünki ingilis aktyorları kimi yaraşıqlı idi. Conni Depə, ya da Bred Pitə yox, daha çox Kolin Fortə, yaxud Ceyson Ayzeksə oxşayırdı. Cess də Ceyson adı ilə uyğun olduğundan, bir də ona yaraşdığından ağlıma gəlmişdi. Qızın gözəl, qayğısız görünüşü ilə uyuşurdu. Onlar cütlük idi, komanda idi. Elə düşünürdüm ki, xoşbəxt-dirlər. Mənim keçmişdə olduğum kimi… Beş il əvvəlki Tomla mənə bənzəyirdilər. Mənim itirdiklərim onlarda idi, mən istəyən hər şeyə sahib idilər.
1
Axşam
Düymələri sinəmi sıxan, narahat, dar köynəyimin qoltuqlarının altında nəm ləkələr əmələ gəlmişdi. Gözlərim və boğazım ağrıyırdı. Bu axşam yolun uzanması-nı heç istəmirdim, evə tez çatmaq, soyunub duşa girmək, məni heç kimin görmədiyi bir yerdə olmaq arzu-sundaydım.
Üzbəüz oturacaqda oturan kişiyə baxdım. Təxminən mənimlə yaşıd olardı; otuzuncu onilliyinin ya əv-vəlini, ya da ortalarını