İbn Sina. Вера Смирнова-РакитинаЧитать онлайн книгу.
xəstələrin sayı durmadan artırdı. İş o yerə çatmışdı ki, səhhətindən heç bir şikayəti olmayanlar da onun qapısını döyürdülər. Belələrinin niyyəti İbn Sinanın şagirdi ola bilmək idi. Müxtəlif yaş qruplarına məxsus olan bu adamları tibbə həvəsləndirən nə idi? Bu suala cavab olaraq müxtəlif səbəblər göstərmək olar: kimini elmə hədsiz marağı, kimini loğmanlıq öyrənib pul qazanmaq həvəsi, kimini də sadəcə İbn Sinaya yardımçı olmaq arzusu onun qapısına gətirirdi.
Hüseyn insanların niyyətlərini sorğu-sual eləmədən şövqlə öyrədirdi: onlara xəstələri müayinə və müalicə zamanı kənardan müşahidə aparmağa icazə verir, boş vaxtlarında isə bu adamlara mühazirələr oxuyurdu. Bax beləcə, günlərin bir günü İbn Sina özündə müəllimlik qabiliyyəti kəşf etdi! Bir müddət sonra onun şagirdlərindən bəzilərinin yaxşı sorağı gəlməyə başladı. Bu, İbn Sinanı daha da həvəsləndirdi. O, gecələr tibbə dair dərs vəsaitləri, tibbi mövzularda traktatlar23 yazır, şagirdlərinin işini asanlaşdırmaq, biliklərini dərinləşdirmək məqsədi ilə müxtəlif xəstəliklərə dair əlamətlərin təsvirindən tutmuş, ayrı-ayrı dərmanların təyin edilməsinə və qəbulunadək vacib məlumatlardan ibarət kitablar hazırlayırdı.
İş o yerə çatdı ki, Ürgəncin elmə, bilgiyə həvəs göstərən gənclərinin çoxu İbn Sinanın yanına axışmağa başladı. İndi onları yalnız tibb yox, fəlsəfə, riyaziyyat, tarix, coğrafiya və başqa elmlər də maraqlandırırdı. Bu gənclər Hüseynin ayrı-ayrı elmlərə dair dərin biliklərə sahib olduğunu bilir, ondan öyrənməyə çalışırdılar. «Kaş Ürgəncdə də, heç olmasa, Buxaradakı Fərcək mədrəsəsi kimi bir məktəb olaydı» – vəziyyəti belə görən İbn Sina ürəyində tez-tez belə deyirdi. Mühazirələrinə gələnlərin sayı artdıqca onun məktəb açmaq arzusu bir az da alovlanırdı. Lakin başa düşürdü ki, bu arzusunu təkbaşına gerçəkləşdirə bilməz. Mədrəsə tipli məktəb üçün ayrı-ayrı otaqları – hücrələri olan böyük bina lazım idi. Bundan başqa, məktəbin xərclərini ödəmək üçün yüksək məbləğdə maddi vəsait tələb olunurdu. Düzdür, İbn Sina bir neçə dəfə istəmişdi ki, Xarəzm hökmdarından kömək istəsin. Lakin dərhal da bu fikrindən daşınmışdı. O qorxurdu ki, hökmdar sözünü yerə salar və qəlbi qırılar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.