Эротические рассказы

Hekayələr. Иван БунинЧитать онлайн книгу.

Hekayələr - Иван Бунин


Скачать книгу
əyri faytona yığdı, nəhayət, onların yanında narahat əyləşdi, yola düşüb dərhal da səfərə yollananda adamın fikrinə hakim kəsilən xüsusi təsiri duydu, – həyatın müəyyən müddəti qurtardı (özü də həmişəlik!), – eyni zamanda qəflətən yüngüllük hiss etdi, nəsə yeni bir şeyin başlanmasına ümid yarandı. Mitya bir az sakitləşdi, ətrafa, bir növ, yeni nəzərlə, gümrahlıqla baxmağa başladı. Qurtardı, əlvida, Moskva, əlvida, burada keçirmiş olduğum həyəcan və duyğular! Çiskinləyirdi, hava tutulurdu, döngələr bomboş idi, tutqun çaylaq daşı dəmir kimi parlayırdı, evlər cansıxıcı, çirkli idi. Sürücü faytonu iztirablı dərəcədə yavaş sürür, Mityanı üzünü tez-tez yana çevirməyə və nəfəsini saxlamağa vadar edirdi. Kremlin yanından, sonra da Pokrovkadan ötdülər, sonra yenə döngələrə buruldular, bağlarda yağış yağacağını və axşamın yaxınlaşdığını xəbər verən qarğa boğuq səslə qarıldayırdı, amma hər halda, bahar idi, havada bahar qoxusu duyulurdu. Nəhayət, gəlib çatdılar; Mitya qələbəlik olan vağzalda yükçü çağırmaq üçün perrona yüyürdü, sonra artıq uzun və ağır Kursk qatarının hazır dayandığı üçüncü yola qaçdı. Elə bu dəm qatara tərəf cuman bütün nəhəng və eybəcər izdihamın içərisindən, şey-şüy yüklənmiş əl arabalarını gurultu və xəbərdaredici qışqırıqlarla çəkib aparan bütün yükçülərin arxasından Mitya “öz gözəlliyi ilə parlayan” məxluqu ani olaraq seçə bildi: sevgilisi uzaqda təkcə dayanmışdı, özü də elə bil ki nəinki yalnız bu izdiham içərisində, hətta bütün dünyada tamamilə xüsusi bir məxluq idi. Birinci zəng çalındı, bu dəfə Katya deyil, o gecikmişdi. Katya şəfqət göstərib ondan qabaq gəlmişdi, onu gözləyirdi, özü də Mityanın arvadı, yaxud da nişanlısı kimi yenə qayğıkeşliklə cəld ona yanaşdı:

      − Mənim əzizim, cəld özünə yer tut! Bu saat ikinci zəng çalınacaq!

      İkinci zəngdən sonra isə Katya platformada daha artıq şəfqətlə dayanmışdı, aşağıdan, artıq ağzına kimi dolmuş və üfunət saçan üçüncüdərəcəli vaqonun qapısında dayanmış Mityaya baxırdı. Onun hər şeyi yaraşıqlı idi, – məlahətli, gözəl çöhrəsi, kiçik fıqurası, təravətli görkəmi, gəncliyi, qadın incəliyinin hələ uşaqlıqla qarışdığı gəncliyi, yuxarı qaldırdığı işıqlı gözləri, büküklərində müəyyən zərif qürurluluq duyulan mavi rəngli sadə şlyapası, hətta onun tünd-boz rəngli kostyumu olduqca gözəl idi. Mitya onun kostyumunun hətta parçasını və ipək astarını da məftunluqla hiss edirdi. Qapıda dayanmış, arıq, pərişan Mitya yola uzunboğaz kobud çəkmələr və köhnə gödəkcə geymişdi, gödəkcənin düymələri sürtülmüşdü, misi parlayırdı. Buna baxmayaraq Katya ona səmimi olaraq sevən və qəmgin nəzərlərlə baxırdı. Üçüncü zəng Mityanın qəlbinə elə gözlənilməz və kəskin zərbə endirdi ki, o, vaqonun meydançasından dəli kimi yerə atıldı. Katya da elə bu cür çılğınlıqla, dəhşətlə onun qarşısına yüyürdü. Mitya dodaqlarını onun əlcəyinə dayadı, geri çəkilərək vaqona atıldı, gözləri yaşarmış halda papağını coşqunluqla, məftuncasına yellətməyə başladı. Katya isə yubkasını əli ilə tutub platforma ilə birlikdə geri hərəkət edə-edə hələ də gözünü ondan çəkmirdi. Katya getdikcə daha sürətlə uzaqlaşırdı, külək pəncərədən boylanan Mityanın saçlarını getdikcə daha çox pırtlaşdırırdı, parovoz isə sürətini artırdıqca artırır, amansızcasına irəli şütüyürdü, həyasızcasına, təhdidlə hayqıra-hayqıra yol tələb edirdi, – qəflətən elə bil Katya da yox oldu, platformanın qurtaracağı da…

VII

      Qara buludların qatılaşan uzun bahar toranlığı çoxdan çökmüşdü, ağır vaqonun gurultusu boş və sərin çölə yayılmışdı, – tarlalarda hələ erkən bahar idi, – vaqonun koridorunda konduktorlar gəzişir, biletləri yoxlayır və fənərlərə şam qoyurdular. Mitya isə hələ də cingildəyən pəncərənin yanında dayanmışdı, hələ də dodaqlarında Katyanın əlcəyinin ətrini duyurdu, hələ də son ayrılıq ləhzəsinin kəskin alovunda alışıb-yanırdı. Həm də Moskvanın uzunsürən, xoşbəxt və iztirablı qış mövsümü, onun bütün həyatını dəyişdirmiş bu mövsüm, indi Mityanın qarşısında bütünlüklə və artıq nəsə tamam yeni tərzdə təcəssüm edirdi. İndi Katya da onun gözləri qarşısında yeni biçimdə, yeni baxımdan canlanırdı… Hə, hə, o kimdir, nəkarədir? Bəs sevgi, ehtiras, ruh, qəlb nədir? Bu nə deməkdir? Heç belə bir şey yoxdur, – nəsə başqa bir şey, tamam başqa şey mövcuddur! Bax elə bu əlcək ətri – məgər bu da mı Katya deyil, sevgi, ruh, can deyil? Vaqondakı mujiklər də, fəhlələr də, öz eybəcər uşağını ayaqyoluna aparan arvad, cingildəyən fənərlərdəki zəif işıqlı şamlar, boş bahar zəmilərindəki toranlıq – hamısı sevgidir, hamısı ruh və hamısı işgəncədir, hamısı da misilsiz bir sevincdir.

      Səhər Oryola çatdı, qatarı dəyişmək lazım idi, əyalət qatarı uzaq platformanın yanında dayanmışdı. Mitya düşündü: artıq haradasa dünyanın o başında qalmış Moskva mühitinə, mərkəzini indi sanki tək-tənha qalmış, zavallı, lakin mehribanlıqla sevilən Katyanın təşkil etdiyi mühitə nisbətən bu necə də sadə, sakit və doğma mühitdir! Hətta bəzi yerini yağışlı buludların seyrək maviliyi bürüyən səma da, külək də burada sadə və sakitdir… Oryoldan qatar yavaş gedirdi, demək olar, baş vaqonda əyləşmiş Mitya Tulada hazırlanan naxışlı pryanikdən aram-aram yeyirdi. Sonra qatar sürətini artırdı, onu mürgülədib yatırtdı.

      Mitya ancaq Verxovyedə oyandı. Qatar dayanmışdı, camaat çox və qələbəlik idi, lakin bura da, bir növ, ucqarlıq kimi idi. Stansiya mətbəxinin xoş qoxusu yayılmışdı. Mitya məmnuniyyətlə bir nimçə kələm şorbası yedi və bir butulka pivə içdi, sonra yenə mürgüləməyə başladı. Yenə oyananda gördü ki, qatar sürətlə, bahar libası geymiş tozağacı meşəsi ilə gedir, son stansiya qarşısındakı bu yerlər ona artıq tanış idi. Yenə də bahar fəslinin toranlığı qatılaşırdı, açıq pəncərədən yağışın və sanki göbələklərin qoxusu gəlirdi. Meşə hələ tamam çılpaq idi, buna baxmayaraq qatarın gurultusu orada tarlaya nisbətən daha aydın əks olunurdu, uzaqda isə stansiyanın bahar fəslinə xas olan hüzn doğuran işıqları sayrışırdı. Bu dəm semaforun yaşıl uca işığı göründü, – belə toranlıqda çılpaq tozağacı meşəsində semaforun işığı xüsusilə gözəl olur, – qatar taqqataqla başqa yola keçdi… Aman Allah, platformada ağazadəni gözləyən işçi necə də kəndlisayağı zavallı və mehribandır!

      Stansiyadan böyük kəndin içi ilə getdikləri vaxt toranlıqla qara buludlar daha da qatılaşırdı, kənd də baharsayağı hələ zığ-palçıqlı idi. Hər şey bu qeyri-adi mülayim toranlıqda, torpağın aşağı çökmüş qeyri-müəyyənliyində yağışlı qara buludlarla birləşmiş isti gecənin dərin sükutuna qərq olurdu. Mitya yenə heyrət edir və sevinirdi: kənd çoxdan yuxuya getmiş, bu iyli, bacasız daxmalar necə də sakit, sadə, yoxsuldur, – mehriban insanlar Blaqoveşşeniyedən3 bəri işıq yandırmırlar, – bu qaranlıq və isti bozqır mühiti necə də könülaçandır! Minik arabası çala-çuxura düşür, palçığa batırdı, varlı mujikin həyəti arxasında hələ də tamam çılpaq olan, nəzərləri oxşamayan palıd ağacları ucalırdı, ağaclarda zağca yuvaları qaralırdı. Sanki qədim əyyamlardan qalma əcaib bir mujik daxmanın yanında dayanıb diqqətlə qaranlığa baxırdı. Mujik ayaqyalın idi, cırıq armyak geymiş, uzunsaçlı başına papaq qoymuşdu… Bu dəm isti, ləzzətli, ətirli yağış yağmağa başladı. Mitya bu daxmalarda


Скачать книгу

<p>3</p>

Blaqoveşşeniye – xristian bayramlarından biri

Яндекс.Метрика