Эротические рассказы

Hekayələr. İsi MəlikzadəЧитать онлайн книгу.

Hekayələr - İsi Məlikzadə


Скачать книгу
deyirsən! Nə ağsaqqal saya salırsan, nə qarasaqqal! Dur, çıx burdan! Tez!

      Elə bil bayaqdan Sabit Mirzənin ürəyinə bir tikan sancılmışdı və Qasım kişi indicə o tikanı ehmalca çıxartdı ordan. Qasım kişinin gözləri böyü müşdü, amma Dadaşovun bir tükü də tərpənmirdi.

      Dadaşov, heç nə olmayıbmış kimi, gülümsəyə-gülümsəyə, sakit-sakit dedi:

      – Özündən çıxma, əşi, peşman olarsan.

      Qasım kişi səsini bir az da qaldırdı:

      – Neynəyəcəksən mənə?!

      Dadaşov mənalı bir ahənglə:

      – İstəsəm, pislik eləyərəm, – dedi. – Şoferin də işində əngəl tapmaq olar. Barmağımın bircə işarəsi kifayətdi ki, səni çəksinlər ortalığa.

      Qasım kişi səsini bir az saldı aşağı:

      – Neynəmişəm axı mən?

      Dadaşov bayaqkı təmkinlə:

      – Lazım gəlsə, sübut eləyərəm, – dedi. – Dilləşmə mənnən…

      Qasım kişi birdən-birə sustaldı. Sanki özünü yox, Dadaşovu sakitləşdirmək üçün səsinin səbbini alıb dedi:

      – Böyük adam olanda nə olar ey? Biz də özümüzə görə bir kişiyik də. – Asta-asta qalxdı. Bu söz-söhbətdən peşman olubmuş kimi başını buladı. – Gedirəm şampanski gətirməyə, – dedi, – amma elə bilməyin ki, qorxumdan gedirəm.

      Qasım kişi çıxandan sonra Sabit Mirzənin əlinə fürsət düşdü. Kinli-kinli Dadaşova baxdı.

      – Bəlkə məni də bir işə buyurasan… – İstədi “ay zırrama” desin, amma sözü dilinin ucunda saxladı, çünki Dadaşovun iri gözlərində bircə dəfə gördüyü ilıq, mülayim, tanış təbəssümü yenə gördü.

      Dadaşovun üzündən nur yağırdı, elə bil bircə anın içində dəyişib tamam başqa adam olmuşdu.

      – Bilirəm, mənnən zəhlən gedir, – dedi. – Hamınızı dilxor eləmişəm. Özümü yekəxana aparıram, heç kim ürək eləyib soruşmur ki, “axı sən kimsən, ay Dadaşov?”

      Sabit Mirzə acığını güclə boğub soruşdu:

      – Axı sən kimsən?

      Dadaşov gülümsəyə-gülümsəyə:

      – Mən çəkməçiyəm, – dedi. – Yırtıq ayaqqabı lara yamaq vururam. Vaqona minəndən sonra ürəyimdən keçdi ki, özümü böyük adam kimi aparım. O kişi var ha, – Fətulla – o elədi. Boy-buxunuma, bazburuduma baxıb, familiyamı soruşdu. Adımı yox ha, familiyamı… Başa düşdüm ki, məni vəzifəli, ixtiyarlı adam hesab eləyir. Soruşub öyrəndim ki, Bakıda ticarət işində qulluqdadı. Yerevandan gəlir, mal dalınca gedibmiş. Başa düşdüm ki, bu kişi böyük adamlara qulluq göstərmək üçün əldən-ayaqdan gedir. Başladım onu buyurmağa… Gələk o birisinə… uzunsaç oğlana… Bizim rayona gəlib gedir, o məni tanımır, mən onu tanıyıram. Bilirəm ki, rayonda neçə adama kafel, parket-filan satıb… Bir balaca işarə vurdum, səsi batdı, çünki gözükölgəlidi. Qorxdu ki, mən doğrudan da böyük adam olaram, işin içindən iş çıxardaram… Qaldı bu şofer – Qasım kişi… Xoşuma gəlir, amma onun da dilini gödək eləyən şeylər var. Tikintidə şoferdi, ikimər təbəli ev tikdirib, dəmir darvaza-filan. Elə bilirsən maşınında ona-buna daş, sement, nə bilim nə, daşımayıb? Elə bilirsən satmayıb? Vallah daşıyıb, vallah satıb! Sabit qardaş, satışda darvaza dəmiri olmur. Bəs hardan alıb dəmiri o?.. Qatar rəisi, konduktor… elə bilirsən haram tikə yeməyiblər? Gördün ki, günah özlərindədi? Kimin ki özünə inamı yoxdu, kim ki özündən şübhəlidi, ona xox gəl, dili topuq çalacaq. Xain xoflu olar, deyiblər. Canları çıxsın, təmiz yaşasınlar. Bax belə… Amma familiyam doğrudan da Dadaşovdu.

      Sabit Mirzə çaş-baş qalmışdı.

      – Axı, özünüzü belə aparmağın nə mənası var? – dedi.

      Dadaşovun dodaqları qaçdı, ağappaq, sapsağlam dişləri göründü.

      – Eh, Sabit müəllim, – dedi. – Ömründə bircə dəfə rola girmişəm, onu da mənə çox görürsən. Amma sən hər gecə səhnədə rola girirsən… Özü də min adamın cildinə girirsən.

      Qasım kişi hər əlində bir şampan butulkası içəri girdi. Stolun üstündə yer yox idi, butulkaları oturacağa qoydu.

      Dadaşov qalxdı. Cibindən bir onluq çıxardıb Qasım kişiyə verdi.

      – Al, əşi, – dedi, – şampanskilərin puludu. İçmirəm. Sağ olun. Gecəniz xeyrə qalsın!

      Dadaşov getdi. Qasım kişi mat-mat Sabit Mirzənin üzünə baxdı.

      – Qəribə adamdı bu, – dedi. – Kimdi bu, nəçidi?

      Sabit Mirzə bərkdən dedi:

      – Çəkməçi! Pinəçi!

      Qasım kişi kupenin qapısını tələsik çəkib örtdü.

      – Yavaş, sən Allah, birdən eşidər, – dedi. Sonra Sabit Mirzəylə üzbəüz oturdu, özü gətirdiyi şampan butulkalarına baxdı. Dadaşovun eşidə biləcəyindən ehtiyat edirmiş kimi astadan dedi: – Yəqin mənim bozarmağımdan inciyib getdi, hə?

      Sabit Mirzə cavab vermədi. Başını pəncərənin qırağına söykəyib, təkərlərin taqqıltısına qulaq asa-asa ürəyində: “Allah sənə rəhmət eləsin, Məmməd Qaya!” – dedi.

1980

      Oğul

      – Görəsən bu uşaq harada qaldı?

      Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:

      – Əminə, sən də bilmirsən Tahir bu vaxtacan haralarda gəzir?

      Əminə yorğanın altında büzüşüb böyrü üstə çevrildi.

      – Bilmirəm, kişi, bilmirəm.

      – Bəs niyə xəbər almırsan?

      – Deyir, yoldaşlarımnan imtahana hazırlaşıram.

      Fərrux başını buladı. Otağa süzülən ayın solğun işığı onun qansız sifətinə bir sarılıq da yaymışdı. O, əllərini çarpayıya dayayıb qalxdı. Sol ayağını döşəmədə sürüyə-sürüyə pəncərəyə tərəf getdi. Alnını şüşəyə dirəyib boş, sakit küçəyə baxdı. “Naxoş olmasaydım gedib Tahiri axtarardım, – deyə düşündü. – Axı bu iflic məni haradan tapdı? Bəlkə mən xəstə olduğum üçün Tahir istədiyini eləyir, məni gücsüz görüb daha qorxmur, çəkinmir?..”.

      O, özünü doğrudan da gərəksiz bir adam zənn etdi. Bu fikirdən Fərruxun qəlbində özünə qarşı acıq dolu bir narazılıq yarandı. O, bütün bəlaların səbəbini sürünən sol qıçında gördü və əsəbiləşdi. Həkimin sözlərini xatırladı: “Sizə əsəbiləşmək olmaz, qətiyyən olmaz”.

      Fərrux ürəyini toxtatmağa çalışdı: “Tahir belə özbaşınalıq eləməzdi. Evə gec gəlməzdi. İcazəsiz bir yerə getməzdi. Bəs indi nə oldu? Bir aydır, evə vaxtlı-vaxtında qayıtmır. Bilmir ki, bəyəm, mən xəstəyəm, narahatam?..”.

      Fərrux


Скачать книгу
Яндекс.Метрика