Эротические рассказы

Napoleon. Евгений Викторович ТарлеЧитать онлайн книгу.

Napoleon - Евгений Викторович Тарле


Скачать книгу
əvvəlləri idi və bu vaxtlar həmin yerlərdə dözülməz istilər olurdu. Onu da qeyd edək ki, Suriyadan Misirə qayıdarkən Bonapart bu yürüşün bütün məhrumiyyətini əsgərləri ilə birgə yaşamışdı. Baş komandan olduğu üçün ona ayrılan ekipajdan belə imtina etmişdi. Bütün arabalar, ekipajlar sadəcə yaralıları daşımaq üçün ayrılmışdı.

      1799-cu il iyunun 14-də Bonapartın ordusu Qahirəyə qayıtdı. Bu vaxt heç kimin gözləmədiyi bir hadisə baş verdi. Uzun aylardır Avropadan məlumatı olmayan Napoleon təsadüfən əlinə düşən qəzetdən xəbər tutdu ki, Avstriya, İngiltərə, Rusiya və Neapol krallığı Fransaya qarşı müharibəyə başlayıb. Hətta rus generalı Suvorov İtaliyada fransızları darmadağın edib. Fransanın özündə isə qarışıqlıq idi, Direktoriyaya qarşı narazılıq artmışdı. “Yaramazlar! İtaliya itirilib! Zəhmətim hədər gedib! Mən dərhal yola düşməliyəm!” – Napoleon qəzeti oxuyan kimi belə demişdi.

      Ordunun komandanlığını general Kleberə həvalə edən Bonapart dörd gəmini səfər üçün hazırlamağı əmr etdi. Sonra isə 500 seçmə əsgər və zabiti özü ilə götürərək 1799-cu il avqustun 23-də Fransaya yola düşdü.

      On səkkiz brümer

      Napoleonun Misirdən Fransaya yola düşməsinin bircə səbəbi vardı: Direktoriyanı devirib dövlətin başına keçmək!

      1799-cu il oktyabrın 8-də onun gəmiləri Frejüs burnuna tərəf yan aldı. Həmin gündən Napoleonun Fransa hökmdarı olacağı 9 noyabra kimi ölkədə hansı vəziyyət hökm sürürdü?

      Direktoriya artıq öz dayaqlarını itirmişdi. İri burjuaziya diktatorun – ticarəti bərpa, sənayeni inkişaf etdirəcək, Fransaya ləyaqətli sülh və daxili “qayda-qanun” gətirəcək adamın arzusunda idi. Xırda və orta burjuaziya da (xüsusilə, torpaq sahibi olmuş varlı kəndlilər) – eyni şeyi istəyirdi.

      Kütləvi şəkildə tərk-silah olunduqdan və terrora məruz qaldıqdan sonra Paris fəhlələri də iri burjuaziyanın, möhtəkirlərin, dövlət malını talayanların mənafelərini qoruyan Direktoriyanı müdafiə etməyə əsla meyilli deyildilər.

      Ordu haqqında isə ümumiyyətlə danışmağa dəyməzdi. Əsgərlər xeyli vaxtdır Misirdə olan Bonapartın xiffətini eləyir, talançıların ucbatından aclıq çəkdiklərinə, nahaq yerə ölümə göndərildiklərinə görə şikayətlənirdilər.

      Bu arada Vandeyada monarxiyaçılar hərəkatı qəfil alovlanmışdı. Həmin hərəkatın nümayəndələri o qədər cəsarətlənmişdilər ki, hətta küçələrdə “Rədd olsun respublika!” deyə qışqırırdılar. General Massenanın 1799-cu ildə İsveçrədə Korsakovun qoşununu darmadağın etməsi, rus çarı I Pavelin (1796-1801) Suvorovu geri çağırması da Direktoriyanın nüfuzunu bərpa edə bilməmişdi. İndi Direktoriya əsgərlərin gözündə ordunu çörəksiz və çəkməsiz qoyan, bir vaxtlar Bonapartın qazandığı uğurları düşmənə peşkəş edən bir ovuc xəyanətkardan ibarət idi. Artıq diktatura qurmaq üçün əla zəmin yaranmışdı.

      Oktyabrın 13-də Direktoriya Konventin aşağı palatasına – Beşyüzlər Şurasına general Bonapartın Fransaya qayıtdığı barədə məlumat verdi. Deputatlar ayağa qalxıb bu xəbəri alqışlarla qarşıladılar. İclas yarımçıq kəsildi. Şahidlərin sözlərinə görə, deputatlar küçəyə çıxıb aldıqları xəbəri yayan kimi paytaxtı sevinc sədaları bürüdü: hər yerdə Banapartın adı dolaşırdı. Parisə gələrkən generalın yolboyu kəndlərdə, şəhərlərdə necə hərarətlə qarşılandığından indi paytaxt hər kəs xəbərdar idi. Nəinki Napoleon özü, ümumiyyətlə, heç kim bu cür təntənəli qarşılanma gözləmirdi. Paytaxt qarnizonu Bonapartın gəldiyini eşidəndə musiqi sədaları altında küçələrdən keçməyə başladı. Onlara bu əmri kimin verdiyi isə məlum deyildi. Bəlkə də, heç bu barədə əmr verilməmişdi…

      General Bonapart oktyabrın 16-da Parisə çatdı. Direktoriyanın mövcudluğuna son qoyulmasına hələ üç həftə qalırdı. Di gəl, siyasi məhvini gözləyən Barras da, Bonapartın mövcud rejimi dəfn etməsinə yardım əli uzadanlar da hərbi diktaturanın qurulmasına sayılı günlərin qaldığından xəbərsizdilər.

      Bir andaca aydınlaşdı ki, əgər Napoleon dərhal çevriliş etmək istəsə, Direktoriyada ona mane olacaq kimsə yoxdur. Yalnız iki direktorla – Barras və Siyeslə hesablaşmaq lazım gələcəkdi. Siyes Fransa iri burjuaziyasının nümayəndəsi və ideoloqu idi. O, Bonapartın gəlişinə ümidlə baxır, ancaq generalla bağlı düşüncəsində səhvə yol verirdi. “Bizə qılınc lazımdır”, – deyən Siyes elə bilirdi ki, Bonapart yalnız döyüş meydanında qələbə qazana bilər, yeni rejimin siyasi qurucusu isə o özü olacaq.

      Barrasa gəlincə, o, Siyesdən daha ağıllı idi. Həyatını təhlükəyə atmaqdan qorxmur, düşmənin üstünə getməyi bacarırdı. Bilirdi ki, monarxiyaçılar da, yakobinlər də ona nifrət edir və qalib gəlsələr, onlardan rəhm gözləməyə dəyməz. Bununla belə, yenə də onlara aman vermirdi.

      Əslində Barras kimilər Napoleona lazım deyildi. Həyasızcasına edilən oğurluqlar, açıq-aşkar rüşvətxorluq, fırıldaqçılıq, ac kütlələrin gözü qarşısında qurulan kef məclisləri – bütün bunlar Barrası çürüməkdə olan Direktoriya rejiminin simvoluna çevirmişdi. Siyes isə öz adını ləkələməmişdi və Bonapartın tərəfinə keçməklə baş verənlərə “qanuni don” geyindirə bilərdi.

      Həmin günlərdə generalın yanına öz adlarını onun karyerası ilə bağlamağa nail olacaq daha iki nəfər – Taleyranla Fuşe26 də gəldilər.

      Bonapart Taleyranı çoxdan tanıyırdı. Tamahkar, rüşvətxor, eyni zamanda ağıllı və mənsəbpərəst adam olduğunu bilirdi. Onun lazım gəlsə hamını sata biləcəyinə şübhəsi yox idi. Lakin əmin idi ki, Taleyran indi onu Direktoriyaya satmaz, əksinə, Xarici İşlər naziri kimi sonacan xidmət etdiyi Direktoriyanı fikirləşmədən sata bilər. Taleyran ona son dərəcə qiymətli məsləhətlər verib işi tələsdirir, Bonaparta qulluq edəcəyini isə heç kimdən gizlətmirdi.

      Fuşe də eyni yolla getdi. O, Direktoriya dövründə polis naziri idi, Bonapartın dövründə də həmin vəzifədə qalmaq istəyirdi. Odur ki keçmiş yakobin və terrorist olan, XVI Lüdovikin ölüm hökmünü səsə qoymuş bu adam yeni hökmdara heç vaxt xəyanət etməzdi.

      Bonaparta qeyri-məhdud səlahiyyətlər verən dövlət çevrilişi, adətən, qısaca 18 brümer (9 noyabr) çevrilişi adlanır. Əslində isə hadisə 18 brümerdə başlayıb, 19 brümerdə (10 noyabr) sona çatmışdı.

      Beləliklə, noyabrın 9-u səhər saat 6-da Bonapartın evi ilə ona yaxın küçələr general və zabitlərlə dolub-daşmağa başladı. Paris qarnizonunun əsgərləri hazır vəziyyətə gətirilmişdi. Səhər tezdən Bonapart etibar etdiyi generalları (bacısı ilə evlənmiş Murat, ondan başqa, Lekler, Bernadott və Makdonald), zabitləri ətrafına topladı. Napoleon onlara dedi ki, respublikanı xilas etməyin vaxtı çatıb. Gələcək hökmdar tələm-tələsik çağırılmış Ağsaqqallar Şurasından çıxacaq dekreti gözləyirdi.

      Ağsaqqallar Şurası, əsasən, orta və iri burjuaziyanı təmsil edirdi. Şurada Bonaparta sadiq olan Korne söz alıb “terroristlərin dəhşətli qəsdindən” – respublikanı məhv etmək istəyindən danışdı. Təklif olundu ki, “dəhşətli qəsdin” yatırılması Bonaparta tapşırılsın, o, Parisdə və paytaxt ətrafında yerləşən bütün silahlı qüvvələrin komandanı


Скачать книгу

<p>26</p>

Fransız siyasətçisi və dövlət xadimi Jozef Fuşe (1759-1820)

Яндекс.Метрика