Səfillər. Виктор Мари ГюгоЧитать онлайн книгу.
oradan nə cavab verdilər?
– Yazdılar ki, mən dəli olmuşam. Əsl Jan Valjan tapılmışdır.
Madlen başını qaldırıb diqqətlə Javerin üzünə baxdı. Anlaşılmaz bir ifadə ilə dedi:
– Necə?
– Bizim mahalda Şanmatye adlı bir səfil adam varmış. Alma oğurluğu üstündə keçən payız tutulur. Onu Arras həbsxanasına aparırlar. Orada qoca bir katorqalı onu tanıyır. Məlum olur ki, Jan Valjanın adı Jan, anasının soyadı isə Matye imiş. Odur ki Jan dəyişib Şan olur və anasının soyadı ilə “Şanmatye” kimi tanınır. Jan Valjanı iki başqa katorqalı da tanıyıb. Mən isə burada güman edirdim ki, Jan Valjan əlimdədir. Məni çağırtdırıb Şanmatyeni göstərdilər. Bu adam, şübhəsiz, Jan Valjandır. Mən özüm onu tanıdım.
Mer yavaşdan:
– Siz buna əminsinizmi? – deyə soruşdu.
– Əlbəttə, əminəm! Onun işi şuluqdur. O, təkrar cinayət törədib. İşə Arras məhkəməsi baxacaq. Məni də bir şahid kimi çağırıblar. Sabah bu işə baxılacaq.
Javer baş əydi və qapıya tərəf döndü. Qapının ağzında dönüb gözlərini qaldırmadan dedi:
– Cənab mer, yerimə adam təyin olunana qədər vəzi-fəmə davam edəcəyəm.
ŞANMATYENİN İŞİ
Arrasda məhkəmə başlanmışdı. Madlen də məhkəmə salonunda idi. Hamının gözü bir nöqtəyə – müttəhimlər kürsüsündəki adama dikilmişdi. Zahiri görünüşünə görə bu adama altmış yaş vermək olardı. Onun qaba, çaşqın görkəmi vardı.
İttiham səsləndirildi. Jan Valjanın müdhiş xarakteristikası verildi. Müqəssir ağzını ayırıb heyrətlə qulaq asırdı. Prokuror müavini məhkəmədən sərt bir qərar çıxarılmasını tələb etdi – ömürlük katorqa!
Müttəhimə söz verildi. O dedi:
– Mən Parisdə araba ustası olmuşam. Başa düşmürəm məndən nə istəyirlər… Mən heç bir şey oğurlamamışam. Yoldan keçirdim. Yolun kənarında sınıq bir alma budağı tapdım. Üstündə alma vardı. İndi düz üç aydır həbsxanadayam. “Jan Valjan, Jan Matye” deyirsiniz. Mən bu adamları tanımıram. Mənim adım Şanmatyedir. Heç bilmirəm harada doğulmuşam, yetim olmuşam. Hamınız dəli kimi dalımca düşmüsünüz, nə istəyirsiniz məndən?
Prokuror müavini Jan Valjanla bir vaxtda katorqada olmuş Breve və Koşpayl adlı şahidləri çağırmağı təklif etdi. Onlar ifadə verdilər. Hər ikisi təsdiqlədi ki, bu, Jan Valjandır. Koşpayl əlavə etdi:
– Çox qüvvətli olduğu üçün adına Jan Domkrat deyirdilər.
Bu vaxt salonda gurultulu bir səs eşidildi:
– Breve, Koşpay! Bir bura baxın!
Məhkəmə sədri, prokuror müavini və bir çox başqaları bu adamı tanıdılar.
– Cənab Madlen!
Arrasa gəldiyi vaxt Madlenin başında yalnız bir qədər ağ tük vardısa, məhkəmə salonunda onun saçları tamam ağarmışdı.
Bütün gözlər ona çevrildi. Hamının Madlen deyə tanıdığı bu adam şahidlik edən keçmiş katorqalılara tərəf yeridi və:
– Məni tanıyırsınızmı? – dedi.
Onlar başlarını bulayaraq tanımadıqlarını söylədilər. Madlen üzünü hakimlərə tutub dedi:
– Cənab hakimlər, əmr verin, müttəhimi azad etsinlər. Jan Valjan mənəm!
Hamı donub-qaldı. Prokuror müavini cənab Madlenə tibbi yardım göstərilməsini təklif etdi. Hamı onu dəli zənn etdi.
Madlen dedi:
– Təşəkkür edirəm, cənab prokuror müavini, mən dəli deyiləm. Siz az qala böyük bir səhv edəcəkdiniz. Bu saat özünüz buna əmin olarsınız.
Sonra katorqalılara tərəf dönərək dedi:
– Breve, katorqada geydiyin dama-dama şalvar yadındadırmı?
Breve təəccübdən diksindi. Qorxu içində onu süzdü. Madlen sözünə davam etdi:
– Koşpay, sənin sol qolunda yazı var. «1815» yazılıb. Qolunu çırmala!
Koşpay qolunu çırmaladı. Jandarm lampanı yaxına tutdu, tarix seçilirdi.
– İndi gördünüzmü, Jan Valjan mənəm?
Cənab mer salondakıları bir daha süzüb əlavə etdi:
– Mən daha məhkəmə iclasının gedişinə mane olmaq istəmirəm. Cənab prokuror müavini mənim kim olduğumu, haraya getdiyimi bilir, arzu edərsə, məni tutdura bilər.
O, qapıya doğru yeridi. Kimsədən səs çıxmadı. Camaat kənara çəkilib ona yol verdi. Qapı arxasınca bağlandı.
Şanmatyeyə bəraət hökmü çıxardılar. O isə bunlardan bir şey anlamadı. Hamını dəli zənn edirdi.
ƏKS-ZƏRBƏ
Hava işıqlanırdı. Fantina bu gecəni narahat keçirmişdi. Şəfqət bacısı bütün gecəni xəstənin yanından ayrılmamışdı. Birdən o, başını qaldırıb meri gördü.
– Cənab mer, sizsiniz? Aman, yarəbbi! Sizə nə olmuşdur? Saçlarınız tamam ağarıb.
– Zavallı qadının halı necədir?
– İndi pis deyil, lakin dünən bizi çox qorxutdu.
Birdən Fantina gözlərini açdı. Madleni görüb dedi:
– Mən yuxuda sizi görürdüm. Sizi bir şəfəq bürümüşdü, ətrafınızda mələklər uçuşurdu. Deyin görüm, Kozetta haradadır? Axı siz söz vermişdiniz…
Birdən Fantinanın üzü meyit rəngi aldı. Nəzərləri otağın küncünə dikilmişdi. Cənab Madlen dönüb baxarkən qapıda Javeri gördü.
Arrasdan prokuror müavini Madleni tutmaq üçün Javerə əmr məktubu yazmışdı. Javer yenicə yuxudan qalxmışdı ki, polis agenti əmri gətirmişdi. İndii o, sakit və ciddi görünsə də, əslində, göyün yeddinci qatında idi. Özü ilə beş əsgər və kapral götürmüşdü.
Fantina elə bilirdi ki, Javer onun dalınca gəlib. O, əlləri ilə üzünü örtüb çığırdı:
– Cənab mer, məni qurtarın!
Jan Valjan (artıq onu öz adı ilə çağıraq) sakit və mülayim səslə dedi:
– Qorxma, o sənin dalınca gəlməyib.
Sonra Javerə tərəf dönərək:
– Sizin nə üçün gəldiyinizi bilirəm.
Javer cavab verdi:
– Tez ol! Gedək!
Bu üç qısa sözün ahəngində bir yırtıcılıq duyulurdu. Fantina əllərini üzündən götürdükdə Javerin Jan Valjanın yaxasından tutduğunu gördü. Yazıq qadın:
– Cənab mer! – deyə çığırdı.
Javer bütün dişlərini ağardaraq qorxunc bir qəhqəhə ilə güldü:
– Burada daha cənab mer-filan yoxdur!
Jan Valjan ona tabe olaraq dedi:
– Javer, mənim sizdən bir xahişim var. Üç gün