Эротические рассказы

Pənahəli xan. Фарман КеримзадеЧитать онлайн книгу.

Pənahəli xan - Фарман Керимзаде


Скачать книгу
səy göstərdikdən sonra racanın saray rəisi ilə əlaqə yarada bildi. Uzun söhbətlərdən, boyun olunan bəxşişdən sonra rəis racanın sirrini verdi. Raca almazı həmişə başına qoyduğu çalmanın içində gəzdirirmiş.

      Pənahəli bəy bu xəbəri Nadir şaha çatdıranda hökmdarın gözlərində yeni bir parıltı gördü. Ancaq bu dəfə qırmızı yox, sanki almazdan qopan və qövsi-qüzehə bənzər parıltı!

      Nadir şah soruşdu:

      – Pənahəli bəy, oğlum, o almazı racadan necə ala bilərik?

      – Başı ilə birlikdə.

      – Yox, bu, siyasət olmadı. Siyasət ayrı şeydi. Sən sərkərdə, igid kimi danışırsan. Yaxşısı budur, sarayın zərgərini mənim yanıma çağırtdır.

      Pənahəli bəy çıxıb zərgərlə bərabər qayıdanda taxtın yanındakı balaca kürsüdə on dörd-on beş yaşında bir oğlan əyləşmişdi. Üst-başı zər-ziba içərisində idi. Bu, Nadir şahın oğlu idi. Atası onu həmişə özü ilə gəzdirirdi. Qoy hamı bilsin ki, Nadir şah Əfşarın övladı var və o, taxtın gələcək sahibidir.

      Nadir şah dedi:

      – Zərgər, hökmdar tacının eynisini düzəl-dərsən. Ancaq qızıl yerinə qızıl kimi parıldayan mis, yaqut yerinə ucuz daşlar, almaz yerinə şüşələr qoyarsan. Sənə iki gün vaxt verirəm.

      – Baş üstə. Amma niyə belə ucuz?

      – Sənə nə deyirlər onu elə. Ancaq çalış əsl tacdan seçilməsin. Bacararsan?

      – Bacararam.

      Zərgər tez ölçüb-biçmişdi. Bu ölkədə o qədər ucuz daş-qaş vardı ki, nə yaqutdan seçilirdi, nə zümrüddən. Onlardan yükünü tutmuşdu. Geri qayıdanda yaxşı qazanacağını fikirləşirdi.

      – Zəhmət haqqını ikiqat artıq verəcəyəm.

      Zərgər şahın dediklərindən heç nə başa düşməsə də, əlavə nəsə soruşmağa ürək eləmədi. Baş əyib getdi.

      Pənahəli bəy də Nadirin ağlından keçənləri anlaya bilməmişdi.

      – İndi başa düşdün siyasət deyərkən nəyi nəzərdə tuturdum? – şah üzünü Pənahəli bəyə tutub soruşdu.

      – Hələ də bir şey anlaya bilməmişəm.

      – Onda tapşırıq ver, racanı üç gün sonra qonaq çağırsınlar.

      Dərhal racanın yanına adam göndərdilər ki, Nadir şah onu qonaq dəvət edir. Çox vacib söhbətləri olacaq.

      Düzdür, racanın saysız-hesabsız nökər-naibləri vardı. Lakin onun kimi zadəganlar Hindistanda az deyildi. Odur ki Nadir şahın dəvətini eşidəndə çox sevindi: ölkəni tutan qüdrətli bir hökmdar bu qədər racanın arasından məhz onu qonaq çağırmışdı.

      Özünü hədsiz xoşbəxt hiss edən raca almazı gizlətdiyi çalmasını başına qoydu. Qızıla tutulan kəcavəsinə mindi. Dörd nəfər onun kəcavəsini çiyinlərinə qaldırdı. Raca filin üstündəki kəcavəsində də gedə bilərdi. Amma bu, ölkəni tutmuş yadelli hökmdarın xoşuna gəlməzdi. Qədim silahlarla silahlanmış, üstəlik, çiyinlərinə tüfəng qoyub, qundaqlarını ovuclarının içində saxlayan mühafizə dəstəsi arxadan, qarşıdan və yanlardan racanı müşayiət edirdi. Raca isə kəcavənin pərdəsi arxasından nifrətlə ona baxan həmvətənlərini görüb təəccüblənirdi. Həmişə onun başına gül ləçəkləri səpən bu adamlar niyə düşmənə dönmüşdülər. Bəlkə də, səbəb onun işğalçı bir hökmdarın hörmətini qazanması idi?!

      Raca üzünü çevirib pərdəni saldı.

      Sarayın qapısında onu Nadir şah özü qarşıladı. Raca əllərini qoşalayıb başını qaldırdı. Nadir şah da qonağını hind adəti ilə salamladı. Tərcüməçi vasitəsi ilə söhbət edə-edə taxta tərəf addımladılar. Taxtın yanında bir kürsü qoyulmuşdu. Nadir həmin kürsüdə racaya yer göstərdi. Qonaq təşəkkür edib oturdu, lakin əvvəlcə şahın əyləşməsini gözlədi.

      Nadir şahın əyan-əşrəfi isə taxtın qarşısından iki cərgə ilə dayanmışdı.

      Ziyafətdən öncə şah kiçik bir nitq söylədi.

      – Hörmətli raca, bizim özgə ölkənin torpağında gözümüz yoxdur. Öz torpağımız özümüzə bəsdir. Bizi bu ölkəyə səfər etməyə məcbur eləyən köhnə müqavilələrə əməl olunmamasıdır. Hələ Səfəvi şahı Təhmasibin vaxtında, Hindistan hökm darı Hümayun4 taxtdan salınmışdı. O, ölkəmizə qaçıb kömək istəmişdi. Təhmasib ona qoşun verib geri qaytarmış, Hümayunu təzədən taxta oturtmuşdu. Bağlanan müqaviləyə görə o, hər il İran mülkünə xərac verməli idi. Lakin vədini yerinə yetirmədi. Neçə yüz ildir ki, o borclar yığılıb qalıb. Bizim ölkədə deyirlər ki, borclu borclunun sağlığını istər. Gəldik borclarımızı, xəracımızı aldıq, indi isə geri qayıtmaq istəyirik.

      Raca şahı dinlədikcə gülümsəyirdi. Bu, nəzakət xatirinə idi. Racadan olsa Nadir şah qayıtmaz, Hindistanda qalar, bu ölkədən yığdığını elə bu ölkənin özünə xərcləyərdi. Üstəlik, axır ki, Hindistanın da güclü qoşunu, güclü hökmdarı olardı. Hər halda, Nadir şahın ona hələlik heç bir ziyanı dəyməmişdi.

      – Nadir şahdan xahişimiz odur ki getməsin qalsın, – raca, nəhayət, dilləndi.

      Bu sözdən sonra Pənahəli bəyin dodağı azacıq qaçdı. Onun yadına Molla Nəsrəddinin bir lətifəsi düşmüşdü.

      Bir gün Teymurləng döyüş fillərini yemləmək üçün yaxındakı kəndlərin hərəsinə birini verir. Həmin kəndlərdə bağ-bağça, bostan qalmır, fillər hamısını məhv eləyir. Kim də Teymurləngin üstünə şikayətə gedirsə, boynunu vururlar.

      Axırda kəndçiləri Molla Nəsrəddini razı salırlar ki, birlikdə Teymurləngin yanına gedib bu işə bir əncam çəksinlər. Lakin yolboyu kəndçilər canlarının qorxusundan bir-bir aradan çıxırlar. Molla qalır tək.

      Teymurləng soruşur:

      – Molla, nəyə gəlmisən?

      Molla deyir:

      – Filə görə.

      Teymur qışqırır:

      – Cəllad bunun da başını vursun.

      Molla cavab verir:

      – Hökmdar sağ olsun, fil eşitdin, axıra qədər qulaq asmadın. Mən demirəm ki, fili aparsınlar. Mən gəldim ki, hökmdarın fili təkdi, darıxır. Ondan birini də ver aparaq, biri-birilərinə həyan olsunlar.

      Teymurləngin kefi açılır.

      İndi raca deyəndə ki, Nadir şah getməsin, ondan ötəri Hindistanda darıxırlar, hələ öz başına nə gələcəyindən xəbəri yox idi…

      Nadir şah tez-tez racaya, onun ağ ipəkdən tikilmiş çalmasının mirvarilərdən düzəldilmiş bəzəyinə, ora sancılmış qəribə rəngli lələyə baxırdı. Pənahəli bəy bu baxışın mənasını indi anlamışdı.

      Nadir şah dedi:

      – Racanın təklifini nəzərə alıb qala bilərdim. Ancaq bizim öz ölkəmizin də işi çoxdur. Həm də bu yerlərin havası bizim adamlara düşmür, çox istidir. Yağış yağanda kəsmək, yağış


Скачать книгу

<p>4</p>

Zəhirəddin Baburun oğlu Hümayun, doğrudan da, kömək üçün İran hökmdarına müraciət etmişdi, amma tarixdə belə müqavilənin olduğu məlum deyil. Hümayun 3 min döyüşçü əvəzində Təhmasibə çox qiymətli bir almaz bağışlamışdı.

Яндекс.Метрика