Эротические рассказы

Ögedey. Əkbər N. NəcəfЧитать онлайн книгу.

Ögedey - Əkbər N. Nəcəf

Скачать книгу
ən uzaq və ən geniş topraqları Cuçinin nəzarətinə verilmişdi. Onun atasından əvvəl ölməsi bu bölgünü dəyişdirmədi. Çingiz xan oğluna aid torpaqları onun övladlarına (Orda, Batı, Şiban) bağışladı.

Cuçinin torpaqlarının şərqində yerləşən, Qaraxanlı və Qarakitayların qədim yurdu hesab edilən İli çayı ətrafı, İsıq gölü, Çu və Talas bölgələri isə Cağatayın payına düşdü10. Mavəraünnəhr və Cağataya aid ərazilərdəki şəhərlər isə birbaşa böyük xanın idarəçiliyinə keçirildi. Böyük xaqana bağlı həmin bölgələr 100 il boyunca uyğur əsilli türk ailəsi olan Yalavaçlar tərəfindən idarə edildi.

Çingiz xanın varisi Ögedeyin mülkü isə Ala göl, Tarbaqatay dağları və Qara İrtış çayı ətrafındakı torpaqlar, Altay dağları ilə Baykal gölü arasındakı ərazilərdən ibarət idi. Həmin ərazilərin mərkəzi qədim türk şəhəri olan İmil idi.

Çingiz xan öz qardaşlarına da geniş ərazilər bağışladı. Onun dörd qardaşı var idi: Haçiun (Kaçiun), Kasar (Cuçi-Xəzər), Belqutay (ögey qardaşı), Temügə Otçigin. Bu qardaşlar arasında Haçiundan başqa, digər üçünə hansı ərazilərin verildiyi məlumdur. Belə ki, Kasara Arqun11 ilə Kayler çayları arasındakı bölgə, Temügəyə Buir-norun cənub-şərqi ilə indiki Koreyanı əhatə edən ərazilər, Belqutaya isə Liao sülaləsinə (Qarakitay) aid torpaqların bir hissəsi (Liao-yanq) şəxsi mülk olaraq verilmişdi. Bu bölgüdə Xorasan, Mazandaran və Azərbaycan yer almasa da, həmin ərazilərin Cuçi ulusuna aid olduğu məlumdur.

Bunu da qeyd eləmək lazımdır ki, əslində, hərbi liderlik keyfiyyətləri baxımından Çingiz xanın oğulları arasında onun yerinə keçməyə ən layiqli olan Ögedey deyil, Tuluy idi. Hələ atasının zamanında yekə noyon (ulu və ya böyük noyon) ləqəbini alan və monqollar tərəfindən çox sevilən Tuluy da atası kimi hərbi sistemi mükəmməl bilirdi. Üstəlik, Çingiz xanın vəsiyyətinə baxmayaraq, Ögedey də taxta elə ən kiçik qardaşın çıxmasını istəyirdi.

Lakin qəribədir ki, Çingiz xanın hüzurunda vəliəhdin kimliyi ilə bağlı aparılan məsləhətləşmələr zamanı Tuluyun adı bircə dəfə belə hallanmamışdır. Buna səbəb Tuluyun yaşca ən kiçik şahzadə olması deyildi, siyasi cəhətdən təcrübəsiz, üstəlik, xaraktercə həddən artıq hövsələsiz olması idi. Bundan başqa, Tuluyun şəhər və oturaq həyata nifrətlə yanaşması da onun vəliəhd kimi müəyyənləşdirilməsinə mane olmuşdu.

Ancaq bunu da vurğulamaq lazımdır: böyük qurultayın toplandığı 1228-ci ilə qədər, yəni Çingiz xanın vəfatından sonrakı bir neçə illik dövrdə imperiyanı, əslində, məhz Tuluy idarə etmişdi. Bartoldun fikrincə, kiçik qardaş hakimiyyəti Ögedeyə vermək fikrində olmayıb. Lakin vəzir Yeh-lu Çu-tsai Çingiz xanın vəsiyyətini əsas gətirərək prosesə müdaxilə edib və məhz onun həlledici rolu sayəsində Tuluy geri addım atmalı, böyük qurultayı çağırmalı olub.

Ögedeyin xan seçilməsi

Ögedeyi xan elan edən böyük qurultay nə vaxt keçirilib? Bu sualın cavabı da mübahisə mövzusudur. «Gizli tarix»də qurultayın siçan ilində keçirildiyi bildirilir. Türk-monqol təqvimində siçan ili miladi təqvimə görə 1228-ci ilə təsadüf edir. Cüveyni də böyük qurultayın tarixi kimi hicri 626-cı ili (1228/29) göstərib. J.P.Ru isə Ögedeyin 1229-cu il oktyabrın 11–13-də xan seçildiyini yazır. Runun verdiyi tarix payız fəslinə düşür. Halbuki əksər mənbələrdə qurultayın «yaz fəslində» keçirildiyi bildirilir. «Gizli tarix»də açıq şəkildə qurultayın 1228-ci ildə keçirildiyi qeyd olunsa da, Bartold bu toplantının 1229-cu ildə (öküz ili) gerçəkləşdiyini yazıb. Belə görünür ki, Bartold məşhur tarixçi Rəşidəddinin12 verdiyi məlumata etibar edir. Məsələ burasındadır ki, Rəşidəddin böyük qurultayın öküz ilində baş tutduğunu bildirib. Ən qəribəsi isə odur ki Leo de Hardoq13 əsərlərindən birinin eyni səhifəsində həmin hadisə (böyük qurultay) haqqında iki tarix (1228 və 1229) göstərib.

Başqa bir müəllif – R.Grousset14 də qurultayın 1229-cu ilin yaz aylarında keçirildiyini yazır.

«Gizli tarix»də Çingiz xanın donuz ilində öldüyü, qurultayın isə siçan ilində çağırıldığı bildirilib. Qədim türk təqviminə görə, donuz ili 1228-ci ilin 20-21 martında tamamlanır və bundan sonra siçan ili başlayır. Cüveyninin yazdığına görə, Çingiz xan hicri təqvimlə 624-cü il ramazanın 4-cü günü (1227-ci il avqustun 18-də ) vəfat edib. Böyük qurultay isə həmin tarixdən 8-10 ay sonra çağırılıb. Nəzərə alsaq ki, «Gizli tarix» Ögedeyin zamanında yazılıb, həmin mənbədə hökmdarın taxta çıxdığı tarixlə bağlı yanılma ehtimalı azdır.

Onu da deyək ki, «Gizli tarix»də qurultay mərasimi kifayət qədər təfsilatı ilə təsvir olunub: «Siçan ilində (1228) Cağatay ilə Batının15 başçılıq etdikləri sağ cinah bəyləri, Otçigin noyon, Yegu və Yesunggenin başında dayandığı sol cinah bəyləri, Tuluyun idarə etdiyi mərkəzi qüvvələrin bəyləri, həmçinin xanımlar, kürəkənlər, tümən16 başçıları və minbaşılar hamısı bir yerə toplaşdılar. Onlar Kerulen17 çayı üzərində yerləşən Kodeu adasında qurultay keçirdilər və Çingiz xanın vəsiyyətinə uyğun olaraq Ögedeyi «xan» elan etdilər. Ögedey xanı böyük qardaşı Cağatay özü şəxsən taxta oturtdu. Bundan sonra Cağatay ilə Tuluy ataları Çingiz xanın şəxsi mühafizəçilərini, yəni Çingiz xanın əmrində çalışmış 10 min mühafizəçini Ögedey xanın əmrinə verdilər. Eyni şəkildə dövlətin mərkəzi idarəçiliyi də ona tapşırıldı».

Ata Məlik Cüveyni isə böyük qurultaydan daha ətraflı bəhs edib. Onun yazdığına görə, qurultaya Qıpçaq ölkəsindən gələn Cuçinin oğulları Orda, Batı, Şibek, Tanqut, Bərkə, Bərkəcək, Toqa-Teymur, həmçinin Kuyaşdan gələn Cağatayla Ögedey, İmildən gələn Məngü xan (Möngü), şərqdən gələn Çingizin qardaşları Otçigin, Belqutay Noyon, Elçitay Noyon, Yeku və Yesüngey, ölkənin hər tərəfindən təşrif buyurmuş əmirlər, noyonlar qatılmışdılar. Ata Məlik də Çingizin kiçik oğlu Tuluyun qurultayının Kerulende topladığını qeyd edir və tədbirin 40 gün davam etdiyini vurğulayır. Buna səbəb isə Ögedeyin ilk günlərdə hakimiyyəti qəbul etməməsi imiş. O, israrla qardaşı yekə noyonun (yəni Tuluy) taxta layiq olduğunu bildirirdi. Hesab etmək olar ki, Ögedeyin taxta çıxmaqdan boyun qaçırması, əslində, siyasi gediş idi. Çünki Çingiz xan onu vəliəhdi olaraq elan edəndə Ögedey buna etiraz etməmişdi. Hər bir halda, qurultay başladıqdan sonra Ögedeyin hakimiyyəti qəbul etməkdən boyun qaçıraraq kiçik qardaşının namizədliyini irəli sürməsi sual yaradır. Axı o, ağlı, fərasəti və təcrübəsi ilə taxta çıxmağa haqqı çatdığını çox yaxşı bilirdi. Digər tərəfdən, heç bir monqolun Çingiz xanın vəsiyyətinə qarşı çıxmayacağından əmin idi. Belədə Ögedey hansı məntiqlə öz yerinə qardaşı Tuluyun namizədliyini irəli sürmüşdü? Bu sualın ən ağlabatan cavabı odur ki o, kiçik qardaşından çəkinirdi. Çünki Çingiz xanın oğulları arasında monqollar tərəfindən ən çox sevilən və rəğbət göstərilən məhz Tuluy idi. Nəzərə alsaq ki, kiçik qardaş qurultayı vəzir Yeh-lu

Скачать книгу

10

Qaraxanilər 840–1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş türk, Qarakitaylar isə 907–1211-ci illərdə Orta Asiyada kidanlar tərəfindən qurulan monqol dövləti idi. Kidanlar köçəri monqol xalqı idi və Qarakitaylar dövlətini idarə etmiş Liao sülaləsi də bu xalqa mənsub idi. (red.)

11

Arqun çayı – Şimali Qafqazda indiki Gürcüstan və Rusiya ərazisindən axan çay (red.)

12

Fəzlullah Rəşidəddin (1247–1318) – tarixçi, həkim, dövlət xadimi (red.)

13

Leo de Hardoq (1917–2003) – hollandiyalı tarixçi. Orta əsrlərə dair elmi əsərlərin və məqalələrin müəllifidir. Elmi yaradıcılığında monqollar, eləcə də Ön Asiya və Rusiya haqqında araşdırmalar xüsusi yer tutur.

14

Rene Grousset (1885–1952) – fransız tarixçisi. Asiya tarixinə və Şərq mədəniyyətinə dair önəmli araşdırmaların müəllifidir (red.).

15

Batı (1205–1255) – Cuçi xanın böyük oğlu. Monqol imperiyasının bölünməsi nəticəsində 1240-cı ildə yaranan və 1502-ci ildə süquta uğrayan Qızıl Orda dövlətinin qurucusu, eyni zamanda I xanıdır (red.).

16

Tümən – burada: on min döyüşçüdən ibarət qoşun (red.)

17

Kerulen çayı – indiki Monqolustan və Çin ərazilərindən axan çay (red.)

Яндекс.Метрика