Şəmsəddin Eldəniz. Əkbər N. NəcəfЧитать онлайн книгу.
olduğundan qısa müddətdə divan vəzirlərindən birinə çevrildi. İraq Səlcuqlu sultanlığının ilk vəziri olan Rəbib öldükdən sonra isə Sultan Mahmud onu baş vəzir təyin etdi.
Sümeyrəmi üç il vəzirlik məqamında qaldı. İsmaililərə12 qarşı barışmaz mövqeyi ilə seçildiyindən o, 1122-ci ildə Həsən Səbbahın13 fədailəri tərəfindən öldürüldü. Belə ki, Bağdadda olan Sultan Mahmudun yanına gedərkən yolda bıçaqlandı. Sui-qəsddən yüngül yara ilə xilas edilərək həkimin çadırına aparıldı, lakin bu zaman çadırın tavanından içəri atılan başqa bir fədai Kəmalülmülkü qətlə yetirdi. Onun həyatda ən böyük uğuru isə Şəmsəddin Eldənizi yetişdirmək oldu…
«Eldəniz» adının mənşəyi
Atabəy Şəmsəddin Eldənizin adındakı «atabəy» onun vəzifəsini, «Şəmsəddin» müsəlman adını və ya islami titulunu, «Eldəniz» isə onun həqiqi adını ifadə edir. Mənbələrdə bu ad «Eldəniz», «İldəniz», «Eldəgəz», «Yeldəniz» kimi qeyd edilsə də, doğrusu «Eldəniz»dir. Bəzi kitablarda Eldənizin «Eldəgəz» olaraq göstərilməsinin səbəbi atabəyə aid sikkələrdə yer alan adın «Eldigüz» yaxud «Eldəgiz» şəklində oxunmasıdır. Bu adın qədim variantı isə «İl-tengiz» olub, türkcə «dövlət» və «dəniz, okean» sözlərinin birləşməsindən yaranıb.
«El/il» adlarına hunlarla bağlı qaynaqlarda rast gəlinir. Göytürk və Uyğur xanlıqları dövrünə aid mənbə və sənədlərdə «el/il»lə başlayan Eltəbər, Elgün, Elxaqan, İltəriş, İlak, İlçi (Elçi), İlkirmiş, İl Tatqu kimi çox sayda ad mövcuddur. «Dəniz» mənasına gələn Təngiz adı da türklər arasında çox yayılmış bir ad idi. Atillanın oğlanlarından biri Tənqizlik və ya Dəngizlik adını daşıyırdı.
Oğuzlar arasında da oxşar adlar geniş yayılmışdı. Xüsusilə Səlcuqlular dövründə «El/il» ilə başlayan onlarla ada rast gəlmək mümkündür. Buna nümunə olaraq Elarslan, İl Təkiş, Elbastı, Elsevər, İl Savur, Eldirək, Elçi, İl Tutuk kimi hökmdar və əmirləri xatırlatmaq kifayətdir. Eldəniz adı da bunlardan biridir. Yeri gəlmişkən, Səlcuqlular tarixində Eldəniz adlı başqa əmirlərdə olub. Onlardan biri də Bağdadda şəhnəsi14 Eldəniz idi.
Onu da deyək ki, yuxarıda sadaladıqlarımızdan başqa, Eldəniz üçün tarixi mənbələrdə iki fərqli ad işlədilib. Tarixçi Cüzcani onu «Səncəri» və ya «əs-Səncəri», İbn əl-Əsir isə «Məsudi» kimi təqdim edir. Qeyd edilən adlar Eldənizin qulam kimi hansı hökmdara tabe olduğunu ifadə eləyən adlardır. Belə ki, qulam statusuna sahib olanlar hökmdarlarının adını öz adlarının sonlarına əlavə edirdilər…
Eldəniz nə vaxt doğulub?
Kəmalülmülk tərəfindən satın alınarkən Eldənizin satılan qulların yaşca ən kiçiyi olduğu qeyd edilir. Hətta Mirxond15 onu «çəlimsiz bir uşaq» kimi təsvir edir. Bu məlumata istinadən bəzi tarixçilər Eldənizin 1110-cu ildə anadan olduğu qənaətinə gəliblər.
Qəhrəmanımızın doğum tarixini müəyyənləşdirə bilmək üçün isə, əslində, onun vəzirə nə zaman satıldığını dəqiqləşdirmək lazımdır. Bir çox tarixçilər bunun 1121-ci il baş verdiyini yazır. Belədə güman etmək olar ki, Kəmalülmülk Eldənizi satın alarkən onun 11 yaşı var imiş. Qəznəvi hökmdarı olan Səbüktəgin də 11 yaşında qul olaraq satıldığını və 7 illik fəaliyyətdən sonra 18 yaşında 200 nəfərlik dəstəyə rəhbərlik etdiyini nəzərə alsaq, bu məlumat inandırıcıdır.
Beləliklə, Eldənizin təxmini olaraq 1110-cu ildə doğulduğunu, 1119, yaxud 1120-ci ildə qul kimi əsir alındığını söyləyə bilərik. Bundan bir, ya da iki il sonra isə vəzir Sümeyrəminin xidmətinə daxil olduğunu ehtimal etmək mümkündür.
Atabəy Eldənizin 1175-ci ildə vəfat etdiyini nəzərə aldıqda isə onun cəmi 65 il yaşadığı aydınlaşır.
Onu da deyək ki, qəhrəmanımızın yalnız təvəllüdü yox, hansı türk tayfasına mənsub olduğu da mübahisə mövzusudur. Düzdür, yuxarıda Eldənizin Uran tayfasına mənsubluğunu yazmışıq. Bununla belə, fərqli fikirlər də mövcuddur. Mənbələr yalnız bir məqamda həmfikirdir: Eldəniz birmənalı olaraq qıpçaq əsillidir!
Lakin kifayət qədər mötəbər qaynaqlardan çıxış edərək Eldənizin məhz Uran tayfasına mənsub olduğunu əminliklə söyləyə bilərik. Mənbələrdə «Oran» olaraq da adı keçən bu tayfa türklərin qıpçaq və qanqlı tayfa ittifaqı arasında yer alırdı. XIII əsrə aid bir qıpçaq lüğətində bu adın mənası «ilan» olaraq qeyd edilir. Monqolca isə həmin ad «sənətkar, usta, sənət sahibi» mənasında işlədilirdi.
Eldənizin təhsili və saray həyatı
1119-cu ildə baş verən döyüşdə qardaşı oğlu Mahmudu məğlub edən Xorasan Səlcuqlu sultanı Səncər Səlcuqlu dövlətinin «böyük sultan»ı (sultanül-əzəm) elan edildi. Mahmud isə İraq bölgəsinin hökmdarı oldu. Bununla da İraq Səlcuqlu sultanlığı yarandı. Ehtimal ki, Səncər vahid sultan olduğu üçün Eldənizin adı dəftərlərində «əs-Səncəri» kimi göstərilib. Yuxarıda da qeyd elədiyimiz kimi, qullar adlarının sonuna tabe olduqları hökmdarların adlarını qəbul edirdilər. Sonrakı mənbələrdə Eldənizin adının «Eldəniz əl-Məsudi» kimi göstərilməsinin səbəbi isə onun Anadolu Səlcuqlu dövlətinin sultanı Məsuda məxsus qulamların arasına daxil olmasıdır.
Eldəniz qulamlıq həyatına İraq Səlcuqlu sultanlığının sarayında başlasa da, o, vəzirin xüsusi qullarından sayılırdı. Kəmalülmülkün öldürülməsindən sonra naib təyin olunan əl-Kafiyil-İsfahani onun bütün əmlakını müsadirə etdi. Vəzirin qulamları da müsadirə olunan mallara daxil idi. Təbii ki, həmin qullardan biri də Eldəniz idi. Bununla da o, Sultan Mahmudun qulamına çevrildi. Mahmud gənc Eldənizin bacarıqlı, qabiliyyətli olduğunu dərhal anladı. Odur ki onun tərbiyə və təhsili ilə məşğul olmağı əmirlərindən Nəsrə tapşırdı. Əmir Nəsrin köməyi ilə həm hərbi, həm də elmi biliklərə yiyələnən Eldəniz tezliklə at çapmaqda, ox atmaqda mahir bir döyüşçüyə çevrildi. Artıq o sısqa, çəlimsiz quldan əsər-əlamət qalmamışdı..
Əmir Nəsr eyni zamanda vəzir Kəmalülmülkün qardaşı idi. Ciddi təbiəti və mətanəti ilə seçilən bu adam mənbələrdə acıdilli və mərhəmətsiz biri kimi təsvir olunur. Hətta xalq arasında belə bir zərbi-məsələ dolaşırdı: «Niməlmövla və Bisənnasir», yəni «Mövla (vəzir) yaxşıdır, Nəsr pisdir». Buradan belə məlum olur ki, Eldəniz təbiətcə kifayət qədər sərt, nizam-intizamlı bir əmirin yanında yetişib. Sonralar onun xarakterində bunun təsirləri açıq-aydın hiss ediləcəkdi.
Təhsilini tamamladıqdan sonra Eldəniz sultanın əmri ilə hökmdar mətbəxində xidmətə başladı.16 Bu vəzifənin məsuliyyəti böyük idi: başda sultanın özü olmaqla, saraydakıların həyatı həmin şəxsə əmanət edilmişdi. Bu vəzifəni daşıyanlara əmiri-çaşnigir17 (yeməklərə nəzarət edən), xəvayic salar və ya xansalar18 adı verilirdi.
Beləliklə, saray mətbəxində xidmətə başlayan Eldəniz nə qədər bacarıqlı
12
13
14
15
16
Akademik Ziya Bünyadov Şəmsəddin Eldənizin (əlahivan salar), yəni sultan mətbəxinin başçısı təyin olunduğunu yazır, lakin bu doğru deyil.
17
18