Эротические рассказы

Yağış adam. Леонора ФлейшерЧитать онлайн книгу.

Yağış adam - Леонора Флейшер


Скачать книгу
ki, Müni təşvişə düşdü.

      – Senford Bebbitt!.. Siz, heç olmasa, bir dəqiqəliyinə bu vicdansızın oğlu olmaq istəyərdinizmi? Onun murdar məktubunu oxudunuz? Eşitdiniz?..

      Çarlinin səsi qırıldı. O artıq danışa bilmirdi, xırıldayırdı. Yumruqları düyünlənmişdi, sinəsi ağır-ağır qalxıb-enirdi.

      – Bəli, ser, mən eşitdim, – vəkil Çarlinin gözlərinin içinə baxdı. – Bəs siz?

* * *

      Vəkil gedəndən sonra Çarli bir neçə dəqiqə qəfəsə salınmış vəhşi heyvan kimi ora-bura vurnuxdu, axırda həyətə qaçdı. Hava! Ona təmiz hava lazım idi. Boğulurdu. Hiddət, ağrı, dözülməz tənhalıq hissi onun boğazından yapışıb amansızcasına sıxır, nəfəsini kəsirdi. Elə bil Çarlini ölümcül döymüş və yolda atıb getmişdilər.

      Lənətə gəlmiş gül kolları! Senford Bebbitt bu hədiyyəsi ilə ölümündən sonra da onu ələ salırdı. Qızılgüllər həmişə onun üçün oğlundan əziz olmuşdu. Çarlinin yadına uzun, bitmək bilməyən bazar günləri düşdü. Atası onu harasa – sirkə, ya futbola aparmaq, yaxud öz «byüik»ində gəzdirmək əvəzinə səhərdən-axşama zəhrimara qalmış gülləri ilə əlləşirdi. Budayırdı, alağını təmizləyirdi, dərmanlayırdı, diblərini boşaldırdı, bağlayırdı. Bu soyuq, xırdaçı adamda hissiyyat deyilən şey yox idi. Əgər vardısa da, nə insanlarla, nə də öz doğma oğlu ilə bağlı deyildi, yalnız güllərlə əlaqədardı. Çünki yalnız güllər onun ümidlərini boşa çıxarmırdı. Onlar Senford Bebbittə bir yığın mükafat qazandırmışdı, oğlu Çarli isə ömründə bir dəfə də hər hansı yarışdan evə qələbə çələngi gətirməmişdi.

      Odur ki Çarlinin atasının qızılgüllərinə belə güclü nifrət bəsləməsində təəccüblü bir şey yox idi. İndi isə bu kollar sanki bütün tikanlarını birdən Çarlinin bədəninə batırmışdı, bacarıqsızlığını, saysız-hesabsız nöqsanlarını onun gözünə soxurdu. Elə isə qoy cəzalarını çəksinlər, qoy ölsünlər!

      Anonim varis… Bu sözlər Çarlinin beynində təkrarlana-təkrarlana rezonans verir, başqa düşüncələrə yer qoymurdu. Anonim varis… Kimdir o?! Lənət şeytana, Çarlinin tam hüququ çatdığı, halalca üç milyon dollardan çox pulunu kim oğurlayıb? Onu – köhnə avtomobillər satmaqdan başqa əlindən bir iş gəlməyən, daha yüksək məqama qalxmaq ümidinin üstündən xətt çəkilmiş Çarlini barmağına dolayan adam kimdir? Yox, Çarli onun yaxasından belə asanlıqla əl çəkməyəcək! Çıxış yolunu tapacaq. Fikirləşmək lazımdır. O hər şeyi yaxşı-yaxşı fikirləşməlidir!

      Haradasa bir adam – kişimi? qadınmı? uşaqmı? – gəzir. Yaxın günlərdə o, xoşbəxt olacaq. Çarlinin xoşbəxtliyini oğurlayacaq. Çarli bu adamı tapmalıdır! Mərəkə sonra qopacaq. Heç kim, hətta Çarli Bebbitt də gözəgörünməz «anonim şəxs»lə müharibə apara bilməz. Onu mümkün qədər tez tapmaq lazımdır. Hələ ki gec deyil, hələ ki bu vəkillər və himayədarlar suyu tamam bulandırmayıblar. Amma necə? Onu harada axtarmalı? Nədən başlamalı?

      Susanna Çarlini susuz hovuzun kənarında siqaret çəkən yerdə tapdı. Çarli artıq sakitləşmişdi və beynində plan cızırdı.

      – Səni hər yerdə axtarmışam. Necə oldu? – Susanna qayğı ilə soruşdu.

      Çarli gülümsədi:

      – Gözlədiyim kimi.

      Bundan başqa vəkillə söhbəti haqda o, qıza heç nə demədi.

      Üçüncü fəsil

      Gecəni Çarli çox narahat yatdı. Çarpayıda fır-fır fırlanır, tez-tez diksinib oyanırdı. Arada qarma-qarışıq, dəhşətli yuxular görürdü. Gah kimsə onu qovur, gah da o kiminsə dalınca qaçırdı. Amma Çarli kimdən gizləndiyini, kimi qovduğunu, bu adamın dost, ya düşmən olduğunu, onu tapsalar, başına nə oyun açacaqlarını, yaxud qovduğunu tutsa, nə edəcəyini bilmirdi.

      Nəhayət, səhər saat yeddinin yarısında gözlərini açdı. Harada gecələdiyini dərhal ayırd edə bilmədi. Axı, əslində, o, Los-Ancelesdə olmalı və adəti üzrə, iki saat bundan əvvəl oyanmalı idi. Hələ də Çarliyə elə gəlirdi ki, dalınca düşüblər, axtarırlar. Bəlkə, çox qaçdığı üçün ciyərləri susuzluqdan yanırdı?

      Sonra bəzi şeylər yavaş-yavaş Çarlinin yadına düşdü. Aha, bura onun böyüdüyü ev, öz köhnə otağıdır. Atasının Sinsinnatidəki evi. Atası isə dünən dəfn olunub.

      Dünənin hadisələri birdən-birə Çarlinin hafizəsində canlandı. Atasının dəfn mərasimi. Vəsiyyətnamə. Lənətə gəlmiş qızılgül kolları. Qəbrində yata-yata ona gülən Senford Bebbittin kabusu… Vicdansız!

      O qalxıb çarpayının kənarında oturdu. Siqaretini uc-uca calayan adamlara xas quru öskürək sinəsini dağladı. Öskürəyi kəsməmiş təzə siqaret yandırdı. Divar tərəfdə yatmış Susanna yerində qurcalandı. O, Susannanın saçlarını sığalladı və qız dərhal yenidən yuxuladı. Çarliyə də bu lazım idi: o tək qalmaq, fikirlərini cəmləmək istəyirdi. Bəlkə də, bu gün onun həyatında ən vacib gün idi.

      Çarli əynini geyinmədən barmaqlarının ucunda mətbəxə çıxdı və ocağın üstünə qəhvə üçün su qoydu. Soyuducuda ağzıaçıq paketdə portağal suyu var idi. Onu başına çəkib bir siqaret yandırdı. Sonra oturdu və dünən axşam ağlına gəlmiş planını bir daha çözələməyə başladı.

      Birinci addım. Bunsuz digər addımlar mənasızdır: Çarlinin pullarını idarə edən «himayədar şəxs»in kim olduğunu müəyyənləşdirmək lazımdır. Axı bu it oğlu it «anonim varis» kim ola bilər? Onu öyrənəndən sonra qalanı nisbətən asan olacaq. Çarli bir şey fikirləşib tapacaq. O, həmişə bir çıxış yolu tapır. İndi bazar ertəsidir. Səhər saat yeddi. Bankların açılmasına hələ iki saat var, ancaq xidmətçilər işə, yəqin, səkkizdən gəlirlər. Yığışmaq vaxtıdır.

      Dəfnə geyindiyi kostyumunu ütüləməmək üçün Çarli onu vanna otağından asmışdı. Buxarın və nəmişliyin təsiri altında səhərə qırışlar açılmışdı. Duş qəbul edəndən sonra o, üzünü tərtəmiz qırxdı, rəfdən tapdığı kremdən – Senford Bebbittin kremindən! – yanaqlarına sürtdü. Bircə qocanın siqarından da çəksəydi, bu saat Çarlidən atasının iyi gələrdi.

      Çarli şəkərli qəhvə fincanını əlinə götürüb Susannanı yuxudan qaldırmağa getdi.

      – Vaxtdır, əzizim, yığışmaq lazımdır. Mən bəzi işləri qaydasına qoymalıyam. Gedək.

* * *

      Çarli krem rəngli «byüik»ini Sinsinnatinin mərkəzində, «Midvest Amerika Ripablik Bank»ın qarşısında saxladı. Bu, Susannaya qəribə gəldi:

      – Niyə burada dayandıq?

      – Bir şey öyrənməliyəm, – Çarli dedi. – Bir neçə dəqiqə vaxtımızı alacaq. Sən məni maşında gözlə.

      Çarli banka girib sağa-sola boylandı. Onun planına uyğun gələn «namizəd» seçmək üçün təxminən yarım dəqiqə vaxt lazım oldu. Bu, adi xəzinədarların öhdəsindən gələ bilmədiyi əməliyyatları – pul köçürmələrini, vəsait qoyuluşlarını, müştərinin ödəmə qabiliyyətini araşdırmaq kimi işləri görən orta səviyyəli bank xidmətçilərinin sırasında oturmuş bir qız idi. Qız çox gənc deyildi, o qədər də yaraşıqlı görünmürdü


Скачать книгу
Яндекс.Метрика