Эротические рассказы

Yağış adam. Леонора ФлейшерЧитать онлайн книгу.

Yağış adam - Леонора Флейшер


Скачать книгу
Elə bu dəqiqələrdə təyyarədə olaram. Sən təzə çek hazırlayacaqsan və bazar ertəsi işə gələn kimi birinci növbədə onu mənə imzalatdıracaqsan. Bundan başqa heç nə edə bilməzsən, çünki indi əlin mənə yetmir. Amma onu da de ki, Allah xatirinə, elə bilin ölmüşük, yerdən qaldırırsınız, bizim axırımıza çıxmayın, de ki, işimi itirməyimə baiskar olmayın. Olar?

      Bir tərəfdən vicdan əzabı, digər tərəfdən Çarlinin belə kobud davranışı Susannanı dəli olmaq dərəcəsinə çatdırırdı. Az qalırdı hər şeyi atıb getsin. Amma belə etmədi, dəstəyi yenidən qulağına tutdu.

      Çarli dərhal inadkar alıcı ilə döyüşdə son qüvvəsi tükənməkdə olan Lenninin köməyinə tələsdi.

      – Xeyr, mən bunu edə bilmərəm, ser, – Lenni artıq xırıldayırdı. – Bunu siz şəxsən mister Bebbittlə danışıb razılaşmalısınız… Sizə onun telefonu lazımdır? Bircə dəqiqə… – Lenni sual dolu nəzərlərlə Çarliyə baxdı. Çarli başı ilə «yox» işarəsi verdi. – Təəssüf ki, ser, burada deyil, indi o, yoldadır və…

      – Çarli! – Susanna yenə onu çağırdı.

      Çarli özünü qıza yetirdi. Onun sifəti qaralmışdı, gözləri şimal dənizinin suları kimi soyuq idi, adam baxanda üşüyürdü.

      – Balaca, sən, heç olmasa, bir dəfə öz ağlınla cavab verə bilərsən? – Çarli mırıldandı. – Heç olmasa, bir dəfə?

      Susannanı elə bil ildırım vurdu. Amma dişlərini sıxıb dözdü. Başa düşürdü ki, bu saat Çarli üçün daha çətindir. Onu hər tərəfdən amansızcasına sıxırlar.

      – Təyyarədən enən kimi sən ona zəng etməlisən…

      – Çarli! – İndi də Lenni Bariş ondan nəsə istəyirdi.

      Çarli isə özünü partlamağa hazır olan buxar qazanı kimi hiss edirdi. Bunun üçün qazanın altına xırdaca odun parçası atmaq bəs edərdi.

      Bəli, o, Çarlidir! Çarli Bebbitt! Bütün çətinliklərə təkbaşına sinə gərməli olan, xirtdəyəcən borc içində itib-batan uğursuz avtosalon sahibi!

      Biçarə Lenninin inilti ilə söylədiyi bircə söz buxar qazanının altına qoyulmuş həmin xırdaca odun parçası rolunu oynadı. Çarli partladı.

      O, qolunu geniş açıb Lenninin masasının üstündə nə vardısa, hamısını sıyırdı. Telefon kitabçaları, kataloqlar, sənədlərlə dolu qovluqlar tappıltı ilə döşəməyə töküldü. Lenni əlində dəstək donub-qalmışdı, sadəcə, baş verənləri izləyirdi.

      – Nə… problemin… var,.. oğlan? – Çarli dişlərini qıcayıb hədə ilə soruşdu.

      Lenninin hülqumu qalxıb-endi, güclə bir udum hava ala bildi. Qorxa-qorxa dedi:

      – Mister Beytmen maşından imtina edir, mister Vebb də… onlar… onlar behlərini geri istəyirlər.

      Cümləsinin sonunu Lenni pıçıltı ilə bitirdi. Çox gözəl bilirdi ki, behdən artıq şirin xatirələr qalıb və heç nəyi geri qaytarmaq mümkün deyil.

      Çarli dinməz gözlərini yumdu.

      – İkisi də deyir ki, «Veli motors»la danışıblar, – Lenni ehtiyatla sözünə davam etdi, – maşını onlardan alacaqlar.

      – Çarli, xahiş edirəm, – Susannanın da sözü hələ bitməmişdi. Çarli sakitcə ona sarı döndü, bütün hirsini Lenninin üstünə töküb soyutmuşdu. – Vayyat bilmək istəyir ki, maşınlar harada saxlanır.

      Çarli başını tərpətdi: «Əlbəttə, istəyir. Onun yerində mən də olsam, istəyərəm. Ancaq bunsuz keçinməli olacaq».

      – Ona de, sən bilmirsən, Susanna. Bu ki yalan deyil.

      Həqiqətən, maşınların yerini Çarlidən başqa heç kim bilmirdi. Onlar Bebbittin sonuncu ümidi, gizli, daha doğrusu, yaxşıca gizlədilmiş silahı idi.

      Lenni də müdirindən təlimat gözləyirdi. Çarlinin sakit və inamlı səsi ona bir qədər toxtaqlıq gətirdi.

      – Beytmenə de ki, o biri telefonla mənimlə əlaqə saxlamısan və indicə xəbər tutmusan ki, EPA ilə razılıq əldə edə bilmişəm. – Çarli fikrə getdi, sanki özü ilə mübarizə aparırdı və birdən dərindən nəfəs alıb boşaldı. – Yaxşı, de ki, hər maşına görə əlavə beş min dollar da güzəştə gedirəm. Müştərilərimin dözümünü yüksək qiymətləndirirəm.

      Lenni minnətdarlıqla başını tərpətdi və alıcı ilə söhbətə qayıtdı.

      Susanna dəstəyi yerinə qoyub Çarliyə baxdı.

      – Bazar ertəsi, – dedi. – Vayyat bazar ertəsinə qədər gözləməyə razı oldu.

      O, Susannaya baxdı, sanki bu gün qızı birinci dəfə görürdü. Susanna ən ağır dəqiqələrdə onu tək qoymamışdı və buna görə Çarli qıza minnətdar idi. Belə yaxşılığın əvəzini çıxmaq lazımdır!

      Susanna indi həmişəkindən daha gözəl görünürdü. Çarli heyranlıqla onu başdan-ayağa süzdü. Söz yox, bu qıvrımsaç, qaraqaş-qaragöz, balaca, zərif və çılğın italiyalı qız pərəstişə layiq idi və hər yanından keçən kişini dönüb geriyə boylanmağa məcbur edirdi. Çarli Susannanın əlindən tutub özünə tərəf çəkdi, arıq çiyinlərini sığalladı, qıp-qırmızı, ehtiraslı dodaqlarından öpdü.

      – Demək, Palm-Sprinqs?

      Susannanın iri gözləri bir az da genişləndi.

      – Heç nəyə baxmayaraq gedirik?

      Çarli başı ilə təsdiqlədi. Niyə də təxirə salmalıyıq?

      – Hamısı boş şeydir. Ürəyinə salma.

      – Boş şeydir? – Susanna təəccübləndi. Bu qışqırıqlar, bu əsəbi telefon danışıqları, bu yalanlar… boş şeydir?

      Çarli əda ilə çiyinlərini çəkdi.

      – Eldorf lazım olan detalları tapıb nasoslarda dəyişikliklər edəcək, sonra mən EPA-ya gedəcəyəm, maşınları xırıd edəcəyəm, pulları qaytaracağam və… – o, qəsdən sözünə ara verdi, – və biz səksən min qabağa düşəcəyik. Necə olsa, – Çarli özündənrazılıq ifadə edən «iki nömrəli» gülüşünü işə saldı, – bir neçə telefon zənginin müqabilində pis gəlir deyil.

* * *

      Günəş qərbdəki dağların arxasına enirdi. Gümüşü «ferrari» səhranı yarıb keçən yolda saatda yüz otuz kilometr sürətlə irəliləyirdi. Göyün üzü yavaş-yavaş qaralırdı, üfüqdəki buludların qıvrım telləri hələ qızılı rəngdə olsa da, sallaq qarınları bozarıb tünd rəng almışdı. Ulduzlar bir-bir yanır, yan-yana düzülüb naxışlı bürclər əmələ gətirirdi. Susanna Palmieri üşürgələndi. Səhranın üzərində hüdudsuz səma həmişə onu üzürdü, elə bil əzməyə çalışırdı, adamın necə də kiçik və köməksiz olduğunu öz gözünə soxurdu.

      Susanna Çarli ilə münasibətlərində hər hansı bir dayanıqlıq görmürdü və qarşı tərəfdən buna zəmanət almağa da ümid bəsləmirdi. Çarli onun üçün cavabını bilmədiyi tapmaca idi. Bu gənc və yaraşıqlı kişi Susannaya hansı gözlə baxırdı? O da tərəf-müqabilinə Susanna qədər, yaxud təxminən onun qədər bağlılıq hiss edirdimi? Çarli, adətən, hisslərini


Скачать книгу
Яндекс.Метрика