Bir sevgi tarixçəsi. Erik SiqalЧитать онлайн книгу.
id="n2">
2
Qızlar üçün humanitar Redkliff kolleci 1879-cu ildə oğlanlar üçün Harvard universiteti (1636) ilə eyni şəhərdə yaradılıb. 1963-cü ildə kolleclə universitet arasında başlanmış sıx əməkdaşlıq 1999-cu ildə bu ali məktəblərin birləşməsi ilə nəticələnib. Kollec universitetin nəzdində Perspektiv Tədqiqatlar üzrə Redkliff İnstitutuna çevrilib.
3
A – ABŞ universitetlərində ən yüksək qiymət
4
Elizabet Barrett Brauninq (ing. Elizabeth Barrett Browning, 1806–1861) – məşhur ingilis şairi
5
Harvard universitetinin ərazisində qədim bina. Bina 1859–1860-cı illərdə Barrettlər nəslinin nümayəndəsi tərəfindən tikdirilərək universitetə bağışlanıb.
6
Edvard Estlin Kamminqs (ing. Edward Estlin Cummings, 1894–1962) – Amerika şairi, yazıçısı, rəssamı, dramaturqu, formalizmin nümayəndəsi. Deyilənlərə görə, Kamminqs hətta öz adını belə kiçik hərflərlə yazırmış (e.e.cummings).
7
Harvard universitetinin qəzeti
8
Dekan siyahısı – semestrdə, yaxud tədris ilində ən yüksək bal toplamış tələbələrin siyahısı
9
«Sarmaşıq Liqası» – ABŞ-ın şimal-şərqində yüksəkkeyfiyyətli təhsil verən səkkiz universitetin yaratdığı assosiasiyaya verilmiş ad. Bu universitetlərin hamısının köhnə binalarında divarlar sarmaşıqla örtülü olub.
10
Ekseter şəhərində (Nyu-Hempşir ştatı, ABŞ) tam orta təhsil verən qədim, nüfuzlu özəl məktəb
11
1 ingilis futu – 0,3048 metrə, 1 ingilis düymü – 2,54 sm-ə bərabərdir; 5 fut 11 düym = 179,2 sm.
12
1 ingilis funtu – 0,454 qram təşkil edir;185 funt = 84 kq.
13
Natan Pusey (1907–2001) – Amerika maarifçisi, Harvard universitetinin 24-cü (1953–1971) prezidenti
14
Kornell universiteti (ing. Cornell University) – «Sarmaşıq Liqası»na daxil olan universitetlərdən biri. 1865-ci ildə yaradılmış bu universitet Nyu-York ştatının İtaka şəhərində yerləşir.
15
Kanuk – kanadalıların Amerikada ləqəbi
16
Raşmor (ing. Mount Rushmore) – ABŞ-ın Cənubi Dakota ştatında, Blek-Hils massivində məşhur dağ. Bu dağda qranit süxur üzərində dörd ABŞ prezidentinin – Corc Vaşinqtonun, Tomas Ceffersonun, Teodor Ruzveltin və Avraam Linkolnun barelyefləri yonulub.
17
Harvard Hüquq məktəbi (ing.: Harvard Law School) – Harvardın təhsil müəssisələri kompleksinə daxil olan kollec, hüquq sahəsində dünyanın ən nüfuzlu təhsil mərkəzlərindən biri
18
Sülh Korpusu (ing. Peace Corps) – Amerikada 1961-ci ildə yaradılmış humanitar təşkilat. Bu təşkilat ağır ehtiyac içində olan ölkələrə yardım göstərmək üçün könüllülər göndərir.
19
«Aston Martin DBS» – 1967–1972-ci illərdə İngiltərədə istehsal olunan bahalı idman avtomobili
20
Casus belli (lat. hərfi mənada: «müharibə hadisəsi», «hərbi toqquşma») – Roma hüququnda: müharibə elan etmək üçün formal səbəb, bəhanə
21
Yel (ing. Yale University) – «Sarmaşıq Liqası»na daxil olan nüfuzlu özəl universitet. Harvard və Prinston universitetləri ilə birlikdə «Böyük üçlük» təşkil edir.
22
«Adams Haus» (ing. Adams House) – Harvardın təhsil müəssisələri kompleksinə daxil olan kolleclərdən biri
23
«MG» («Morris Garage») – Britaniyanın «MG» firmasının istehsal etdiyi ikiyerli idman avtomobili.