Sözlərin tarixi. Айзек АзимовЧитать онлайн книгу.
Miladdan əvvəl 46-cı ildə Qay Yuli Sezar Misirin Günəş təqvimini öz ölkəsində tətbiq etdi və növbəti ildən təqvimdə ilk gün yanvarın 1-i qəbul edildi. Onun bu islahatını nəzərə alaraq romalılar yeni təqvim üzrə yeddinci ayı, yəni kvintilisi Sezarın şərəfinə iyul adlandırdılar.Sezardan sonra hakimiyyətə gəlmiş Oktavian Avqust öz sələfinin – Yuli Sezarın təqvim islahatlarını davam etdirdi. Dörd ildən bir fevralın 29 gündən ibarət olması məhz bu imperatorun adı ilə bağlıdır. Buna görə də sekstili ayının adı dəyişdirilib avqust adlandırıldı (red.).
3
Bu kitab yazılan zaman (1968) XIII Alfonso, həqiqətən də, sonuncu kral idi. Məsələ bundadır ki, İspaniya diktatoru generalissimus Fransisko Franko 1969-cu ildə Xuan Karlosu öz varisi elan etmişdi. Amma o, taxta ancaq diktatorun ölümündən sonra çıxa bilərdi. Məhz belə də oldu və 1975-ci il, noyabrın 22-də Xuan Karlos taxta çıxdı. 39 ildən sonra – 2014-cü il iyunun 18-də isə o, oğlu VI Felipenin xeyrinə taxt-tacdan imtina etdi (tər.).
4
Yuxarıda qeyd etdiyimiz kimi, Franko 1975-ci il noyabrın 20-də dünyasını dəyişib.
5
Sonradan Belçika polisi qurultayın nümayəndələrini ölkədən çıxartdığı üçün o öz işini Londonda davam etdirdi.
6
Kelt xalqlarında İrlandiya, Şotlandiya və s. qəbilə icmalarının adı
7
Bəzən Kayzer Almaniyası və ya İkinci Reyx də adlanır
8
Müasir Yaximov, keçmiş Sankt-İoahimstal şəhəri. Şəhər müasir gerbində də müqəddəs Anna ilə birlikdə təsvir olunmuş müqəddəs İoakimin şərəfinə belə adlanırdı.
9
Mil (ing. mile) – 1609 metrə bərabər uzunluq vahidi
10
Qədim Romada ali dövlət vəzifəsi
11
Hazırda Fransanın da üzvü olduğu Avropa İttifaqında və bir çox başqa ölkələrdə, o cümlədən Azərbaycanda ölüm hökmü ləğv edilib.
12
Bizdə də gimnaziya məktəb anlamına gəlir.
13
Biz isə buna misal kimi keçmiş Rusiya imperiyasını və ya SSRİ-ni göstərə bilərik.