Эротические рассказы

Heraklın on iki qoçaqlığı. Группа авторовЧитать онлайн книгу.

Heraklın on iki qoçaqlığı - Группа авторов


Скачать книгу
hər şey onun istədiyi kimi olacaq – o kimi istəsə, onu da əvvəl dünyaya gətirər.

      Lakin Hera da kinli olduğu qədər də tədbirli idi. O, ağılsızlıq və səfehlik ilahəsi Ateni çağırıb ona əmr etdi ki, Zevsin yaddaşını bir müddətliyə oğurlasın. Baş ilah yaddaşı ilə birlikdə Alkmenanı da, onun dünyaya gətirəcəyi uşağı da unutdu.

      On dördüncü gecə gəlib çatdı. Ay tamamilə bədirləndi. Alkmenanın ekiz oğlu oldu. Onlardan birinin adını Herakl, o birininkini İfikl qoydular. Hamı elə düşünürdü ki, bunların hər ikisi Amfitrionun oğludur. Yalnız Olimp dağında ilahlar bilirdilər ki, Herakl Zevsin oğludur.

      Həmin gecə Arqos sarayında da bir uşaq dünyaya gəldi. Onun da adını Evrisfey qoydular. Gizlicə özünü oraya çatdıran Hera elə etdi ki, Arqos hökmdarının oğlu Evrisfey Alkmenanın oğlu Herakldan bir saat əvvəl doğuldu.

      Hera ilahların məskəni olan Olimp dağına qayıdıb səfehlər ilahəsi Ateyə əmr etdi ki, Zevsin yaddaşını qaytarsın. Daha sonra Hera bütün ilahları və ilahələri çağırıb dedi:

      – Atamız Zevs, ilahların şahidliyi ilə sənə bir söz deyəcəyəm. Bu gün, ayın on dördüncü gecəsi, Arqos hökmdarı Sfenelin oğlu Evrisfey başqalarından əvvəl dünyaya gəldi. İlahlar! Zevsin verdiyi söz hamınızın xatirindədir. İndi onun dediyi kimi, Arqosun taxt-tacı Evrisfeyə keçməlidir.

      Zevs bu sözləri eşidib möhkəm qəzəbləndi. Lakin dərhal da başa düşdü ki, səfehlik ilahəsi Ate onu başdan çıxarıbmış. Zevs səfehlər ilahəsinin saçlarından yapışıb onu Olimp dağından aşağı atdı. O zamandan bəri Ate bir daha ilahların məskəninə qayıtmağa cəsarət etmədi, adamların arasında dolaşmağa başladı.

      HERAKLIN UŞAQLIĞI

      Ateyə cəza verməklə iş qurtarmırdı. Baş ilah nəyin bahasına olursa olsun, oğlunu qüdrətli etmək istəyirdi. Odur ki, Zevs üzünü ilahlara tutub dedi:

      – Mən andımı pozmayacağam. Evrisfey Arqos hökmdarı olacaq. Lakin mən elə edəcəyəm ki, Herakl Yer üzündəki hökmdarların hamısından qüdrətli və güclü olsun. O böyüyüb yaşa dolanda on iki dəfə qeyri-adi qoçaqlıq göstərəcək və bunun əvəzində siz ilahlar onu ölməz edəcəksiniz. Mən belə qət etmişəm. Qərarımı dəyişmək istəyənin vay halına!

      Bu sözləri deyib Zevs acıqlı-acıqlı Heraya baxdı. Hera isə bu zaman öz-özünə düşünürdü: "Hələ baxarıq, görək Herakl böyüyüb yaşa dolacaqmı. Mən ölməmişəm ki, hansısa bəndə qızının doğduğu uşaq ilahlar kimi əbədi olsun".

      Zevs Heranın tutqun sifətini görüb fikrə getdi. Başa düşdü ki, kinli arvadı Herakla qarşı pis əməllərindən qalmayacaq. Odur ki, sevimli qızı Afinanı yanına çağıraraq ona tapşırdı ki, gecə-gündüz Herakla göz olsun, ona xətər yetirmək istəyənlərin qarşısını alsın.

      İlahlar götür-qoy etməkdə olsun, qayğısız körpə Herakl qardaşı İfikllə yanaşı öz beşiyində mışıl-mışıl yatırdı. Onlar bir gündə, bir saatda doğulsalar da, qətiyyən bir-birinə bənzəmirdilər. Herakl qüvvətli, sağlam bir uşaq idi. Hələ anadan olduğu gün beşiyini döşəməyə bərkitmişdilər ki, yerə aşmasın. İfikl isə yatağan və sakit idi, beşikdə səssiz-səmirsiz uzanıb qalmışdı.

      Gecə oldu. Müdriklik və zəka ilahəsi Afina öz sevimli bayquşunu Amfitrionun evinə göndərdi. Quşların ən ağıllısı olan Bayquş Heraklın beşiyi üzərində səssiz qanad çalır, sanki onu yelpikləyirdi. Onun qanadı Heraklın başı üzərindən keçdikcə körpənin ağlı durmadan artırdı.

      İlahə Hera uşağı tələf etmək fikrindən daşınmamışdı. O qətiyyən istəmirdi ki, nifrət bəslədiyi Alkmenanın oğlu himayəyə götürdüyü Evrisfeydən güclü və qüdrətli olsun. Odur ki, hava qaralan kimi Hera zəhərli gölə gedib iki ən güclü və ən qorxunc ilanı seçdi, onları tutub səssiz-səmirsiz Amfitrionun evinə gətirdi. Səhv düşməsin deyə, Hera uşaqların hər ikisini öldürməyi qərara almışdı. İlanın biri Heraklı, o biri isə İfikli sancmalı idi.

      Tərs kimi Afinanın bayquşu elə bir təhlükə görmədiyindən uçub getmişdi. Alkmena da həmin gün çox yorulduğu üçün yatmışdı. Amfitrionun tapşırığı ilə uşaqların keşiyini on iki qulluqçu çəkirdi. Amma onlardan heç birinin ağlına gəlməzdi ki, kimsə körpələrə qəsd edə bilər. Odur ki, gecədən xeyli keçmiş qulluqçular bir-birinin ardınca mürgüləməyə başladılar və bir azdan bərk yuxuya getdilər. Bəlkə də, bütün bunları düzüb-qoşan elə Hera idi. Ancaq o, bir şeyi bilmirdi ki, Herakl artıq adi körpə deyil.

      Heranın gətirdiyi ilanlar sürünə-sürünə həyətdən keçərək pilləkənlərə dırmaşdılar. Onlar artıq körpələrin yatdığı otaqda idilər və yavaş-yavaş beşiyə doğru sürünürdülər. Elə bu zaman körpə Herakl yuxudan oyandı. Başqa körpələr kimi beşiyində uzanıb barmağını soran Herakl əslində yaşına görə çox ağıllı idi – Afinanın bayquşu öz işini görmüşdü.

      Herakl qaranlıqda diqqətlə ətrafa qulaq asırdı. Bayaqdan bəri kandar tərəfdən nəsə xışıltı eşidirdi. Sonra səs daha da gücləndi, fit və fışıltı səslərinə çevrildi. Bu səslər döşəmənin üstü ilə getdikcə ona tərəf yaxınlaşırdı. Hər şeylə maraqlanan uşaq başını qaldırıb beşiyin kənarından boylandı. Elə bu an düz başının bərabərində yekə bir ilan başı gördü. Əvvəlcə Herakl bir qədər qorxub geri çəkildi. Bu zaman başqa bir ilanın da sürünərək balaca İfiklə yaxınlaşdığını gördü. Qorxmaz oğlan dərhal hər əlilə bir ilanın boğazından yapışıb var qüvvəsilə onları boğmağa başladı. İlanlar əlacsız-əlacsız fışıldayır, quyruqlarını daş döşəməyə çırpırdılar. Zəhərli ilanlar var qüvvələri ilə hər iki tərəfdən Heraklı sancmağa çalışsalar da, oğlan onları möhkəm tutub getdikcə daha bərk sıxırdı.

      Tənbəl qulluqçular hay-küyə oyandılar. İlanları görən kimi vahiməyə düşdülər, haray-qışqırıqla evdəkiləri köməyə çağırmağa başladılar. Onların fəryadı hamını oyatdı. Saray adamları əllərində məşəl axışıb gəldilər. Amfitrionun darvazasında keşik çəkən döyüşçülər də qılınc çəkərək özlərini uşaqların otağına yetirdilər. Bu səs-küyə hövlnak yuxudan ayılmış Amfitrion da əlinə gələni əyninə geyinib cəld uşaqların otağına cumdu.

      Zəhərli ilanlar hər iki tərəfdən Heraklı sancmağa çalışsalar da, oğlan onları möhkəm tutub getdikcə daha bərk sıxırdı.

      Toplaşanlar heyrətə gəldilər. Balaca Herakl boğub öldürdüyü ilanları əllərində möhkəm tutaraq yatmışdı. Bir qədər əvvəl bu ilanları kim görsəydi, qorxudan bağrı çatlardı. İndi isə onlar iki qalın kəndir parçası kimi hərəsi beşiyin bir yanında sallanıb qalmışdı.

      Hamı bu qərara gəldi ki, Heraklın qayğısına ilahlar özləri qalırlar, çünki təzə doğulmuş uşağın belə qüvvətli olması yalnız ilahların işi ola bilərdi. Onlar elə fikirləşdilər ki, artıq bu uşaq üçün narahatçılıq keçirməyə bilərlər. Ancaq Heraklın ətrafındakılar bilmirdilər ki, Olimpdəki ilahlar arasında Heraklı gözü götürməyənlər də var.

      Heraklın ilanları boğmasından heyrətə gəlmiş Amfitrion ertəsi gün falçını yanına çağırtdırdı. Saraya gələn qoca falçı Herakla baxan kimi dərhal başa düşdü ki,


Скачать книгу
Яндекс.Метрика