Эротические рассказы

On beş yaşlı kapitan. Жюль ВернЧитать онлайн книгу.

On beş yaşlı kapitan - Жюль Верн


Скачать книгу
qəzaya uğramasından “Səyyah”ın onu tapmasına qədər on gün keçmişdi. Bu müddətdə zəncilər bufetdən tapdıqları ərzaqlarla qidalanmışdılar. Su çəlləkləri toqquşma zamanı sınmışdı. Spirtli içkilərin olduğu mətbəxi isə su basmışdı.

      Doqquzuncu gün Tomla yoldaşları susuzluqdan huşlarını itirmişdilər. “Səyyah” məhz belə çətin bir məqamda peyda olmuşdu.

      “Valdek”dən tapılmış Dinqo isə iri gözətçi iti idi. Tom hələ “Valdek”də ikən hiss eləmişdi ki, Dinqonun zəncilərdən xoşu gəlmir. Heyvan onlara zərər yetirməsə də, uzaq durmağa çalışırdı.

      Qəzaya uğramış zənciləri vətənlərinə çatdırmaq lazım idi. “Səyyah” bunun üçün Kaliforniya sahillərinə üz tutmalı olacaqdı. Xanım Ueldon Toma və yoldaşlarına söz verdi ki, orada əri Cems Ueldon onlara vətənlərinə getməkdə kömək edəcək. Zavallı zəncilərin artıq gələcəyə dair ümidləri vardı. Bunun üçün xanım Ueldonla kapitan Qula minnətdar idilər.

      V fəsil

      “S” və “V”

      “Səyyah” mümkün qədər şərqə tərəf üzməklə yoluna davam edirdi. Tom, Ostin, Bat, Akteon və Herkules hər cür işdə kömək göstərməyə hazır idilər. Ancaq küləyin eyni istiqamətdə əsdiyi və yelkənlərin aşağı salınmış olduğu bir vaxtda görməli iş yox idi. Gəminin istiqamətini dəyişdirmək lazım olanda isə Tomla yoldaşları dərhal gəmi heyətinin köməyinə çatırdılar. Nəhəng Herkules ipləri dartmağa başlayanda matroslar hamısı kənara çəkilirdi.

      Balaca Cek ona heyranlıqla tamaşa edirdi. Uşaq Herkulesin onu gəlincik kimi göyə qaldırmağından qorxmur, əksinə, zövq alaraq qışqırırdı:

      – Bir az da qaldır, Herkules!

      – Yaxşı, mister Cek.

      – Ağır deyiləm?

      – Çox yüngülsünüz!

      – Onda lap yuxarı qaldır, lap yuxarı!

      Beləliklə, artıq Cekin iki dostu vardı: Dik Send və Herkules. Bir azdan o, Dinqo ilə də dostlaşdı. Uşaq iti at kimi çapmağa, it isə onu belində gəzdirməyə öyrəşmişdi.

      Dinqo tezliklə bütün heyətin sevimlisi oldu. Yalnız Neqoro onunla qarşılaşmamağa çalışırdı.

      Benedikt entomologiyanın sirlərini zəncilərə öyrətmək üçün fürsət axtarırdı. Odur ki Tom, Bat, Ostin və Akteon Benedikti göyərtədə görən kimi aradan çıxırdılar. Entomoloq yalnız Herkuleslə kifayətlənməli olurdu. İndi nəhəng zənci bütün gününü həşəratlarla keçirirdi. O, müəllimini diqqətlə dinləyir, onun kolleksiyasını həvəslə araşdırırdı.

      Xanım Ueldon isə balaca Cekə oxumağı və yazmağı, Dik Send isə riyaziyyatı öyrədirdi.

      Anası uşağa oxumağı əlifba ilə yox, üzərinə böyük qırmızı hərflər yazılmış taxta kublarla öyrədirdi. Cek bu kubları yan-yana düzüb söz düzəltməyi çox sevirdi.

      Fevralın 9-da, səhər saatlarında uşaq göyərtədə kubları ilə söz düzəldirdi. Oyunun şərtinə görə, Tom ona baxmamalı, kublar qarışdırıldıqdan sonra isə həmin sözü yenidən düzəltməli idi. Qoca oyunun qaydalarına uyğun olaraq uşağın sözü necə düzəltdiyini görməmək üçün əlləri ilə gözlərini qapamışdı.

      Cekin başı kublara qarışdığından yanında fırlanan Dinqonu görmürdü. Birdən it gözlərini kublardan birinə zilləyərək yerində donub-qaldı. Sonra onu ağzına alıb göyərtənin o biri tərəfinə apardı.

      Kubun üzərində böyük “S” hərfi yazılmışdı. Sonra it qayıdıb bu dəfə üzərində böyük “V” hərfi yazılmış kubu götürdü.

      Bunu görən Cek təəccüblə qışqırdı. Xanım Ueldon, kapitan Qul və Dik Send uşağın qışqırığına qaçıb gəldilər. Cek baş verənləri danışdı.

      Dinqo hərfləri tanıyırdı! Dinqo oxuya bilirdi! Cek bunu öz gözləri ilə görmüşdü.

      Dik Send itin bir kənara qoyduğu kubları götürməyə getsə də, it onu görən kimi mırıldamağa başladı. Ancaq oğlan kubları götürüb digərlərinin yanına qoya bildi.

      Dinqo yenidən həmin kubları götürüb digərlərindən uzaqlaşdırdı. Sonra isə uzanıb pəncələrini kubların üzərinə qoydu. Sanki onları heç kimə vermək niyyətində olmadığını deyirmiş kimi insanlara baxmağa başladı. Xanım Ueldon dedi:

      – Qəribədir!

      – Doğrudan da, çox qəribədir, – deyə kapitan Qul əlavə etdi. – S və V. Bunlar ki Dinqonun xaltasındakı hərflərdir! Tom, demişdiniz ki, Dinqo “Valdek”in kapitanının iti idi, elədir?

      – Bəli, cənab. O, Dinqonu “Valdek”ə iki il əvvəl gətirmişdi.

      – Onu Afrikanın qərb sahilində tapmışdı?

      – Bəli, cənab.

      – Heç kim heyvanın sahibinin kim olduğunu və onun Afrikaya necə gedib çıxdığını bilmirdi?

      – Xeyr, kapitan.

      Kapitanın fikrə getdiyini görən xanım Ueldon soruşdu:

      – Bu hərflər sizə nəsə deyir?

      – Bəli, xanım Ueldon. Bəlkə də, bu iki hərf sayəsində bir səyyahın taleyinə aydınlıq gətirmək mümkün olacaq.

      – Necə yəni?

      – İki il bundan əvvəl bir fransız səyyah Paris Coğrafiya Cəmiyyətinin təşəbbüsü ilə Afrikaya yollanmışdı. Həmin səyyahın adı Samuel Vernon idi.

      – Samuel Vernon?!

      – Bəli. Adı və soyadı Dinqonun xaltasındakı hərflərlə başlayır.

      – Bəs sonra nə oldu?

      – Yola düşdükdən sonra ondan heç bir xəbər gəlməyib. Mənə elə gəlir ki, Samuel Vernon Afrikanın şərq sahilinə çata bilməyib. Yəqin, ya yolda həlak olub, ya da yerlilərə əsir düşüb.

      – Onda, Dinqo…

      – Ola bilər ki, sahibindən fərqli olaraq Dinqonun bəxti gətirib. O, görünür, “Valdek”in kapitanı tərəfindən tapıldığı yerə qədər gedib çıxa bilib.

      Dik Send soruşdu:

      – Görəsən, Samuel Vernon bu ağır səfərə təkbaşına çıxmışdı?

      – Bilmirəm, – deyə kapitan Qul cavab verdi. – Ancaq hər halda, özü ilə yerli hamballar götürmüş olardı.

      Elə bu vaxt Neqoro göyərtədə göründü. Heç kim onun gəlişini görmədi. Odur ki aşpazın hələ də üzərində “S” və “V” hərfləri olan kubların keşiyini çəkən itə necə qəribə nəzərlərlə baxdığını hiss edən olmadı. Aşpazı görən Dinqo isə qəzəblə mırıldamağa başlamışdı.

      Neqoro dərhal kayutuna qayıtdı. Baş verənləri gözdən qaçırmayan kapitan Qul pıçıldadı:

      – Burada nəsə bir sirr var.

      Dik Send dedi:

      – Çox qəribədir, mister Qul, axı it hərfləri necə ayırd edə bilir?

      – Dinqo yalnız iki hərfi seçir. Deməli, onun məhz bu iki hərfi yadda saxlamasının bir səbəbi


Скачать книгу
Яндекс.Метрика