Эротические рассказы

Devid Koperfild. Чарльз ДиккенсЧитать онлайн книгу.

Devid Koperfild - Чарльз Диккенс


Скачать книгу
it?

      – Ehtiyatlı olmaq lazım gələn. Adamları qapan…

      – Yox, Kopperfild, itdən söhbət getmir. Mən göstəriş almışam ki, bu plakatı kürəyindən asım. Təəssüf edirəm, səninlə ilk gündən belə rəftar olunmalıdır. Mən bu işi görməliyəm.

      Sonrakı günlərdə bu plakat üzündən nə əzablar çəkdiyimi təsvir edə bilmirəm. Görməsinlər deyə mən arxam divara, yaxud iri ağaca sarı dayananda həmin taxtaayaq aralıdan var səsi ilə bağırırdı:

      – Ey, sən, Kopperfild! Bu yarlığı elə gəzdir ki, hamı görsün!

      Dərslər başlanana qədər mister Mell mənimlə məşğul olmalı idi. Lakin mən dərslərimin öhdəsindən gəlirdim. Çünki ikimiz idik. Nə mister Merdston vardı, nə də bacısı.

      VI fəsil

      Tanışlar dairəsini genişlədirəm

      Mister Krikl qayıdan axşam məni onun yanına apardılar. Kresloda vüqarla əyləşmişdi. Masada şüşə və yanında qədəh vardı.

      – Aha! Bu, dişlərini mişarlamaq lazım gələn gəncdir? Bir onu döndər görüm!

      Taxtaayaq məni döndərib kürəyimdəki plakatı göstərdi. Sonra yenə üzümü ona sarı çevirdi. Səsi alçaqdan gəlir, sanki fısıldayırdı. Danışanda onun qəzəbli sifəti boğuq rəng alırdı. Soruşdu:

      – Bu uşaq barədə nə deyə bilərsən?

      – Hələlik heç nə deyə bilmərik, elə bir hal olmayıb, – taxtaayaq cavab verdi.

      Deyəsən, mister Kriklin bu cavabdan qanı qaraldı.

      – Bir yaxın gəl, ser! – məni barmağı ilə yaxına çağırdı.

      – Bura yaxınlaş! – taxtaayaq təkrarladı.

      – Sənin atalığınla tanışam. Ləyaqətli və möhkəm xarakterli adamdır, – mister Krikl qulağımdan yapışaraq fısıldadı. – O məni tanıyır, mən də onu. Bəs sən məni tanıyırsan?

      Əllərini amansız şəkildə oynadaraq qulağımı bururdu.

      – Hələ yox, ser! – mən ağrıdan qıvrılaraq cavab verdim.

      – Hələ yox? Hə? Çox tezliklə tanıyarsan!

      Mən çox qorxdum və dedim ki, buna ümidvaram.

      – Mən sənə deyərəm, mən kiməm! – qulağımı buraxıb fısıldadı. – Mən vəhşiyəm!

      – Vəhşidir! – taxtaayaq təkrarladı.

      – Mən qətiyyətli adamam! Nə dedim, o da olmalıdır! Apar onu!

      Lakin mənim çox mühüm bir ricam vardı. Cəsarətə gəlib:

      – Ser, əgər izin versəydiniz… Əgər mümkünsə, şagirdlər gəlməmiş bu yazını kürəyimdən götürün…

      – Nə?! – mister Krikl kreslodan elə qalxdı ki, götürülməyə üstünlük verdim. Yatdığım otağa qədər qaçdım. İki saat titrətməm getmədi.

      …Tətildən sonra məktəbə şagirdlərdən birinci Tommi Tredls gəlmişdi. Mənim plakatım onun xoşuna gəldi:

      – Bir bax a! Yamanca gülməlidir!

      Lakin şagirdlərin çoxu mənim plakatıma gülmədi. Bəzi şagirdlər ətrafımda rəqs edib məni cırnatmağa çalışırdı: "Qıs! Qıs!" Digərləri adımı "Qapı iti" qoymuşdu. Az qalırdı ağlayam.

      Məktəbin ən nüfuzlu şagirdi olan Ceyms Stirfort gələndə mən formal olaraq bu mühitə qəbul edildim. Onun dərin bilikli şagird olduğu deyilirdi. Məndən altı yaş böyük idi. Məni onun yanına dustağı hakim yanına aparırmış kimi aparırdılar. Plakatıma baxıb bu cəzanın səbəbi ilə maraqlandı və təəssüf etdi. Onunla yanaşı gedəndə soruşdu:

      – Nə qədər pulun var, Kopperfild?

      – Yeddi şillinq.

      – Yaxşısı budur, ver mən saxlayım. İstəmirsən, vermə.

      Mən bu dostcasına təklifi qəbul etməyə tələsdim və pulları onun ovcuna boşaltdım.

      – Bunları xərcləmək istəmirsən?

      – Yox, ser.

      – İstəsən, bu, çox asandır. Bircə kəlmə de…

      Mən razılıq verdikdən sonra axşam bu yeddi şillinqə xeyli şey alıb gətirmişdi. Əsl kral ziyafəti düzəltdik. Təklif etdim ki, qonaqlığa Stirfort başçılıq etsin. Biz pəncərədən düşən ay işığında çarpayılarımızda və döşə- mədə oturub pıçıltı ilə danışır, qarağat şirəsi içir, şirniy- yat yeyirdik.

      Uşaqlardan pansion və onun sakinləri haqqında çox şey öyrəndim…

      Mister Krikl, doğrudan da, vəhşidir. Hər gün əlində qamçı süvari döyüşçü kimi sağını-solunu çırpır, qarşısına çıxanı ağına-bozuna baxmadan döyür. Bu işdən başqa, əlindən heç nə gəlmir. Əvvəllər alverçi imiş, işi alt-üst olandan sonra bu məktəbi açıb. Taxtaayaq Tangey alverdə ona kömək edirmiş. Onun yanında xidmət edəndə ayağını sındırıb. Öyrəndim ki, mister Kriklin bir oğlu var. Atasına şagirdləri və evdə anasını döydüyünə görə etiraz edirmiş. Bunun üstündə evdən qovulub…

      VII fəsil

      Səlem-Hausda ilk "yarımil"

      Ertəsi gün mister Krikl qapıda görünəndə sinfə dərin sükut çökdü. O, nağıllardakı nəhənglər kimi dayanmışdı. Tangey yanında idi. Mister Krikl dedi:

      – Hə, uşaqlar, yeni yarımil başlanır. Heç kəsin başı sığallanmayacaq. Kürəyinizi qaşımağa ehtiyac yoxdur, onsuz da şallağımın yerini silə bilməzsiniz. İndisə, haydı!

      Bu qorxulu çıxışı bitirib mənə yaxınlaşdı. Qamçını göstərdi və havada silkələyərək dedi ki, bu barədə nə düşünürəm? Suallarını davam etdirərək qamçını təpəmə-gözümə çırpırdı. Mən hər dəfə ağrıdan qıvrılırdım.

      Təkcə mən döyülmədim. Sinifdə gəzişərək şagirdlərin çoxunu qamçı ilə döydü. Uşaqlar yerlərində qıvrılır, gözlərindən yaş axırdı.

      Yazıq Tredls! Ən xoşxasiyyət və ən bədbəxt şagird idi. Onu yarım il ərzində hər gün qamçıladı. Onun bir adəti vardı: gözündə yaş olsa da, lövhədə həmişə skelet rəsmi çəkərdi. Anlaya bilmirdim ki, bu skelet çəkməkdə nə görüb?

      Çox nəcib uşaq idi Tredls. Deyirdi ki, gərək şagirdlər bir-birinə qahmar çıxsın. Bunun üstündə nə qədər döyülmüşdü…

      Stirfort çox faydalı dost çıxdı. Bircə məni mister Krikldən müdafiə edə bilmirdi. Bunu bacarmazdı da. Bir dəfə söhbət edəndə bildi ki, mən evdə çoxlu kitab oxumuşam. Soruşdu:

      – Onlar yadında qalıb?

      – Əlbəttə, yaddaşım əladır.

      – Belədirsə, onları mənə nağıl edəcəksən.

      Bundan sonra gecələr Ceyms Stirfortun çarpayısının yanında əyləşib bir vaxt oxumuş olduğum kitabları ona nağıl edirdim. Dərslər başlanandan bir həftə sonra Peqottidən sovqat gəldi. Uşaqlara yeni bir qonaqlıq verdim.

      Müəllim


Скачать книгу
Яндекс.Метрика