Эротические рассказы

Minima Moralia. Теодор В. АдорноЧитать онлайн книгу.

Minima Moralia - Теодор В. Адорно


Скачать книгу
İnsanlar arasındakı yaxınlıq, səbir, dözümlülük qəribə vərdişlər üçün sığınacaqdır. Bu sığınacağın divarları dağılanda insan içindəki zəifliklərini gün işığına çıxardır və boşanma bu divarların dağıdılmasıdır. Divarlar dağıdılır və boşanma inamın bütün inventarını müsadirə edir. Əvvəllər sevgi və diqqətin göstəricisi olan şeylər, sülhün və uzlaşmanın nişanələri müstəqilləşməyə başlayır və bu müstəqillik şərcil, soyuq, xəbis cəhətlərin göstərilməsi üçün əla bir fürsətə çevrilir. Professorlar boşandıqdan sonra arvadlarının mənzillərinə gizlin girərək yazı masalarının daxıllarından nəsə oğurlayırlar və imkanlı qadınlar boşandıqdan sonra köhnə ərlərinin vergidən yayındıqlarını hər kəsə bəyan edir, onu bu yolla rüsvay etməyə çalışırlar. Evliliyin bəşəri şəfqətsizlik içində batmaqda olan dünyada insani evlər qurmanın ən son imkanı olduğunu demək olar, ancaq bəşərilik də evliliyi bu cür ləkələməklə intiqamını almaqdan çəkinmir: bəşərilik qaydalardan kənar qaldığını düşündüyümüz hər şeyi müsadirə edərək onları haqların və mülkiyyətin tələblərindən asılı salır və bununla xəyali müdafiədə yaşadıqlarını düşünənləri məsxərəyə alır. Ən çox müdafiə olunmuş şey qəfildən meydana çıxarılır. Hər şey gün işığındadır. Ayrılmış cütlük əvvəllər nə qədər comərd idisə, əvvəllər mülkiyyət və öhdəlik kimi şeylərə nə qədər az vaxt sərf edibsə, gün işığında onların alçalışı daha dəhşətli olur. Çünki çəkişmənin, söyüşlərin və sonu görünməyən mənfəət davalarının əsl inkişaf meydanı hüquqi cəhətdən müəyyənləşdirilməmiş bu yerlərdədir. Evlilik qurumunun altındakı zülmət bünövrə: arvadının əməyi və mülkiyyəti üzərində ərin vəhşi hakimiyyəti: bir kişini yatmaqdan vaxtilə zövq aldığı bir qadınla evlənməyə məcbur edə bilən və əvvəlkindən daha az vəhşi olmayan o cinsi despotizm – divarlar dağıdılanda bunların hamısı zirzəmilərdən və bünövrənin künc-bucağından sürünərək gün işığına çıxır. Əvvəllər xeyirxah bəşəriliyi xüsusiləşmiş bir asılılığın içində tapanlar, indi cəmiyyətin təzyiqi ilə, çöldəki sərhədsiz şərin bəşəri nizamından heç də fərqlənməyən alçaqlar olaraq görməyə başlayırlar özlərini. Universallıq ailədə xüsusiləşmənin utanc ləkəsi kimi zühur edir. Çünki bu cür cəmiyyətdə xüsusinin, yəni evliliyin universala (bəşəriliyə) çevrilməsi mümkünsüzdür.

      12

      İnter pares (1) – Erotik keyfiyyətlər sahəsində bütün dəyərlərin baş-ayaq olması prosesi tamamlanmaqdadır. Liberalizmdə bizim dövrə qədər varlı zümrələrdən evli kişilər qapalı mühitdə yetişmiş mühafizəkar arvadlarından ala bilmədiklər zövqü müğənni qızlarda, bohem qadınlarda, vyanalı “süsse Madel”də (şirin gözəlçələr) və “cocotte”lərdə (yüngül təbiətli qadınlar) axtarmaq vərdişində idilər. Cəmiyyətin rasionallaşması ilə birgə bu gizli səadət şansları da yoxa çıxdı. “Cocotte”lər qeybə qarışdılar, “süssü Madel”in isə anqlo-sakson ölkələrdə və texniki mədəniyyətə sahib digər cəmiyyətlərdə hansısa qarşılığı yox idi. Bunun əvəzində bu gün zəli kimi kütlə mədəniyyətinə yapışan müğənni qızlar və bohem qadınların bu mədəniyyətin məntiqindən möhkəm yapışdıqlarını görürük: bu bağlılıq o həddədir ki, bütün şəhvətiylə bu qadınların anarxizminə özlərinin mübadilə dəyərlərini sərbəstcə müəyyənləşdirmələrinə qaçan adam, sabahı gün qadını katibə olaraq öz himayəsinə götürməsə belə, ən azından tanışı film müdirlərindən, yaxud ssenaristlərdən birinə tövsiyə edəcəyinə söz vermiş olaraq yuxudan oyanma riskinə məcbur qalır. Günümüzdə planlaşdırılmamış eşqi xatırladan nələrəsə hələ də istək duyan qadınlar şirin gizli görüşlər naminə ərləri tərəfindən gözardı edilmiş kübar qadınlar arasından çıxır sadəcə. Ərlərinin qüsurları ucbatından onların gözlərində anaları qədər darıxdırıcı olmağa davam etsələr belə, heç olmasa, özlərindən əsirgənən şeyi başqalarına verə bilirlər. Cinsi istəyini itirmiş yüngül təbiətli qadın iş aləmini təmsil edərkən yaxşı tərbiyə almış mühafizəkar həyat yoldaşı əsla romantik olmayan cinsəlliyi öz üzərinə götürür. Nəhayətdə, kübar cəmiyyət qadınları da öz ləyaqətsizliklərinin ləyaqətinə qovuşurlar – həm də kübar cəmiyyətin və kübar qadınların daha olmadığı bir dövrdə.

      13

      Qoruma, kömək və məsləhət – Mühacir intellektuallar hamısı şikəst olmuş şəxslərdir və əgər onlar qürurlarının qapalı otağında qəfildən bu həqiqəti dərk edərək daha da sarsılmaq istəmirlərsə, mütləq bu şikəstliyi özlərinə etiraf etməlidirlər. Həmkarlar ittifaqlarının, yaxud nəqliyyatın strukturunu nə qədər yaxşı bilirsə bilsin, mühacir intellektualın yaşadığı mühit onun üçün həmişə anlaşılmazdır: o, həmişə səhv etməyə, yolunu azmağa məhkumdur. Kütlə mədəniyyətinin inhisarçı ərazisində fərdi mövcudiyyətini davam etdirmək üçün etdiyi cəhdlərlə obyektiv və məsul bir iş arasında onu gözləyən keçilməsi mümkünsüz uçurum vardır. Ana dili əlindən alınmış, bütün intellektini bəsləyən tarixi qat budanmışdır. Bu təcrid halı üzvlərinə etibar etməyən, fərqli olaraq damğalananlara düşməncə davranan qapalı siyasi mühitlərin formalaşması ilə daha da ağırlaşır. Ümumi məhsulun xarici əsillilərin payına düşən hissəsi həmişə yetərsizdir, buna görə də, mühacir inllektuallar ümumi rəqabətdən əlavə, öz aralarında ümidsiz bir ikincilər rəqabətinə girməyə məcburdurlar. Bu cür rəqabət halının şəxsdən təsirsiz ötüşməsi qeyri-mümkündür. Bilavasitə hakimiyyətin alçalışından kənarda saxlanılan şəxs belə bu cür kənarda saxlanmanı ürəyində ləkə olaraq gəzdirəcək: cəmiyyətin dövretmə prosesində həqiqiliyi olmayan, xəyali bir varlıq. Yurdsuzlar arasındakı münasibətlər isə cəmiyyətin yerli nümayəndələri arasındakından daha iyrəncdir. Bütün vurğular yanlış, bütün perspektivlər çəpəkidir. Şəxsi həyat vampir kimi həmişəkindən daha hirsli, daha yırtıcı halda ön plana çıxır: var olmadığı üçün hələ də diri olduğunu sübut etməyə çabalayan şəxsi həyat. Bir yol var – özümüz və başqaları ilə bağlı təsbitlərimizi davam etdirmək: gözlərimizi açmaq, baş verənləri anlamaq və beləliklə, qiyamətdən qaça bilməsək belə, onun dəhşətindən, yəni böyük korluqdan arınmağa çalışmaq. Bu nöqtədə diqqətli olmaq lazımdır, xüsusən də şəxsi dostların seçilməsində – əlbəttə, hələ də seçim deyilən şey varsa. Belə anlarda qüdrət sahiblərinə yaxınlaşmaq və onlardan nəsə ummaq ən böyük təhlükədir. Ehtimaldakı imtiyazlara zillənmiş göz bütün növ insan münasibətlərinin ölümcül düşmənidir: insan münasibətlərindən güc və bağlılıq doğula bilər. Ancaq praqmatik məqsədlərə yönələn qayğılar tamam qısırdır. Daha bir təhlükə var: qüdrətlilərin güzgülərindəki xəyali təsvirlər: kölələr, yaltaqlar və dilənçilər: özlərindən daha yaxşı vəziyyətdə olanlara ancaq mühacir güzəranının şərtlərində inkişaf imkanı tapan qədimi qələndərliklə yalaqlanmağa çalışanlar. Bu adamlar qoruyucularına bəzi xırda imtiyazlar təşkil edə bilərlər. Ancaq bu imtiyazlar əvəzsiz deyil: mühacir bu imtiyazları qəbul etdiyi anda onu dibə çəkirlər. Mühacir isə bu hökmə meyillidir. Yad ölkədə tamam köməksiz haldadır. Bu cür imtiyazlarsa hava və su kimidir. Batini jest – Avropada çox vaxt


Скачать книгу
Яндекс.Метрика