Keçmişdən gələn səslər. Болеслав ПрусЧитать онлайн книгу.
və gülümsədi. Bir dəqiqə hər ikisi susqunluqla bir-birinə baxdı: mülkədar yəhudinin solğun sifətində, qara canlı gözlərində və bütün cılız, bir qədər çiyinləri çıxmış fiqurunda, sanki, heç bir dəyişiklik baş vermədiyinə əmin olmaq istəyirdi, yəhudinin mülkədarın şabalıdı, gözəl saqqalından, möhkəm bədən quruluşundan, davranışlarının zərifliyindən, sifətinin klassik cizgilərindən ləzzət aldığı kimi görünürdü. Bununla belə, ikisi də hər birinin öz irqinin nümunəvi nümayəndəsi olmasına artıq min dəfə əmin olmaq imkanına malik olmuşdular, amma bu, vəziyyəti qətiyyən dəyişmirdi.
– Hə, buna nə deyirsən? – susqunluğu birinci olaraq mülkədar pozdu.
– Cənab pan, inciməyin, fikirləşirəm ki, bütöv dairədə bircə dənə yüzmanatlıq tapmaqdan daha tez, sizin nohurda nərə balığı tutmaq olar. Hər şeyi tər-təmiz toplamışıq, buna görə də indi sizə verməyin əleyhinə olmayanın heç nəyi yoxdur, olan da ki verməz.
– Belə çıxır, kreditdən artıq məhrum olmuşam?
– Bağışlayın. Mən bunu demədim. Sizə kredit həmişə açıqdır, yalnız təminatımız yoxdur, onsuz isə heç kim bizə borc verməz.
– Lənət şeytana! – mülkədar, sanki öz-özünə, belə dedi. – Axı hamı meşəni bu gün-sabah satacağımı və qalan on mini alacağımı bilir.
– Cənab pan, hamı sizin artıq üç min manat beh aldığınızı bilir, bu arada isə servitutlar barədə kəndlilərlə danışıqlar da ləng gedir.
– Ancaq onlar lap tezliklə axıra çatacaq.
– Bu yalnız bircə allaha məlumdur.
Mülkədar həyəcanlandı:
– Hansısa yeniliklərmi var?
– Guya kəndlilərin adam başına artıq dörd morq istədiklərini danışırlar…
Pan Yan hətta kreslosundan sıçradı da.
– Kimsə onları coşdurur! – deyə çığırdı.
–Mümkündür.
–Yəqin, Qaydadır?
– Bəlkə də Qaydadır, bəlkə daha da ağıllısıdır.
Mülkədar qəzəblənmiş şir kimi bağırdı.
–Yaxşı, böyük dərd deyil, -o sakitləşərək, belə dedi. – O halda mülkü sataram və ona görə, nəqd olaraq, yüz min alaram.
Axı borcunuz daha çoxdur, – deyə yəhudi araya söz qatdı, – və hamısı ləngimədən ödənilməlidir.
– Xalama müraciət edərəm, o mənə kömək edər…
– Xanım pani artıq bir quruş da verməz. O, kapitallara toxunmaz, faizləri isə özünə sərf etməyə üstünlük verir.
– Onda onun ölümündən sonra…
– Ay!.. O, dəhşətli dərəcədə sağlamdır!..Lap bu yaxınlarda Parisdə özünə yeni dişlər alıb…
– Ancaq, hər halda, nə vaxtsa öləcək…
– Bəs birdən o, bağışlayın, cənab pana heç nə vəsiyyət etməsə?..
Mülkədar otaq boyunca yüyürdü. Şmul qalxdı.
– Məsləhət verin, nə etməli? – deyə mülkədar icarəçinin qarşısında birdən dayanaraq səsləndi.
– Əgər bu alman mülkü alsa da, cənab panın məhv olmayacağını bilirəm. Cənab pan, siz həmişə tanınmış panlar arasında olacaqsınız, xanım pani (bu yerdə Şmul səsini alçaltdı)…siz evlənəndə…
– Sən axmaqsan, Şmul, – mülkədar belə dedi.
– Qoy elə olsun, amma pani Veysin kapitalı iki milyondur, gümüş və daş-qaşı da nə qədərdir…
Mülkədar Şmulun çiynindən yapışdı.
– Sus, – deyə ona qışqırdı. –Mənə üç yüz manat gərəkdir, bu barədə fikirləşməyə lütf elə.
– Bunu təşkil etmək olar… – Şmul belə cavab verdi.
– Necə?
– Pani Veysdən xahiş edərik…
– Heç bir halda!..
– Onda mənə hansısa girov verin və mən onunla pul əldə edərəm.
Mülkədar sakitləşdi, yenə əyləşdi və siqar yandırdı. Şmul susaraq, danışmağa başladı:
– Cənab pan, sizin üçün hər yerdə yaxşıdır, arabanın üstündə də, altında da, bəs mən necə olacağam? Axı məndə hətta sizin qəbzləriniz da yoxdur… Axı neçə ildir xahiş edirəm, ancaq indiyə kimi dəyirman da qurmamısınız…
– Pul yox idi.
– Dəfələrlə var idi və az deyildi. Bax, indi də: üç min aldınız, kolyaska almağa, otaqlara yenidən kağız yapışdırmağa üstünlük verdiniz… Mən isə, hey itirirəm…
– Sən bu işdə azı beş yüz manat qazanmısan.
– Qazanmışam, ya qazanmamışam – hər halda, dəyirman ən çox mənlikdir.Torpağın üzərində dayanan dəyərdir, pul isə narahatlıq və oğrular üçün şirnikmədir.
– Burda dayan, mən isə fikirləşim ki, sənə zəmanət olaraq nə verim, – deyə mülkədar onun sözünü kəsdi.
– Necə istəyirsiniz, cənab pan.
Atasının Şmulla danışığı zamanı Anelka, adətən, qorxunun doğurduğu, xoş olmayan, təlaşlı ruhi vəziyyətdə idi. Qızışmış beyində iradə əleyhinə zəhlətökən: “Axı atam nə deyəcək?” sualı hərlənirdi – cavabında isə təxəyyül bu yaxınların təəssüratlarının qırıqlarından kədərli və başıpozuq mənzərələr yaradırdı.
Qız bir neçə dəfə atasını qəzəbli görmüşdü. Indi də onun qırışmış alnı və çatılmış qaşları barədəki xatirələri qova bilmirdi. Atasının ona diklənmiş parıldayan gözləri və acıqlı uca səsi onu izləyirdi.
Sonra o, hansısa şəxsin saçından yapışıb sürüdüyü və ayaqları ilə təpiklədiyi zavallı Maqdanı təsəvvürünə gətirdi; panna Valentina da gözləri qarşısına gəldi: o, soyuq, amansız, susqun halda, aşağı salınmış baxışlarla ona, Anelkaya qarşı nə isə, dəhşətli bir şey fikirləşirdi.
Anelka atasının Şmulla danışığını bütünlüklə, sözbəsöz eşitdi, amma onun mənası hələ ona aydın deyildi. Şüurunda yalnız atası ilə yanaşı hansısa qadının dumanlı obrazı qaldı.
Bütün bunların üzərində isə Şmul süzürdü, o, Anelkanın gözlərinə baxır və özünəməxsus şəkildə – acı-acı və eyni zamanda kədərlə gülümsəyirdi.
“Ilahi!.. Iyrənc Şmul!.. O ataya nə dedi!.. Bu pani Veys kimdir?” – deyə həyəcanlanmış qız özündən soruşurdu.
O daha yerində otura bilmədi və öz otağına qaçdı. Sakitləşmiş və qorxmuş Anelka orda uzun müddət onu çağırmalarını gözlədi.
Amma tez çağırmadılar. Ata və anası öz aralarında uzun müddət danışdıqlarına görə axşam yeməyi gecikirdi.
Bu dəfə pan Yan əla