Kopenhagen trilogiyası. Тове ДитлевсенЧитать онлайн книгу.
gələsən! Onlar doğrudan çox qəşəngdir. Torvaldın dili mənə Rutun danışığını xatırladır. O da demək olar ki, heç bir cümləsini söyüşlə bəzəyib-düzəməmiş ağzından çıxarda bilmir. Amma adamı bu kefiyyətinə görə gərək mühakimə etməyəsən və hazırda Torvald mənə həm yaraşıqlı, həm də ağıllı biri olaraq gəlirdi. – “Doğrudan da belə düşünürsən”, – mən xoşbəxtliklə xəbər aldım. – “Lənət sənə, hə!”, – o söyür, – “sən onları asanlıqla sata bilərsən”. Edvin izah edir ki, onun atası mətbəədə çalışır və bütün redaktorları tanıyır. – “Hə!”, – Torvald fəxarətlə dillənir, – “Allaha and içirəm ki, mən bu məsələni həll edərəm. Sadəcə icazə ver ki, kitabı evə aparım və onu atama göstərim.” – “Yox”, – mən cəld cavab verirəm və kitabı qucaqlayıram, – “Mən… Mən istəyirəm oraya özüm gedəm və kitabı da redaktora özüm göstərəm. Sadəcə onun harada yaşadığını mənə desən bəsdir.” – “Yaxşı”, – Torvald üzüyola dillənir, – “mən Edvinə deyəcəyəm, sonra o, sənə izah edər.”Yenidən kitabı məktəb çantamda qablaşdırıram və tələsik evə yola düşürəm. Xoşbəxtliyim haqqında xəyallar qura bilməm üçün yalnız olmaq istəyirəm. İndi konfirmasiya, böyümək, yadların arasına çıxmaq vecimə deyil. İndi sadəcə bir şeirimin qəzetdə çap olunmasının möhtəşəm perspektivindən başqa heç nə vecimə deyil.
Torvald və Edvin sözlərini tutdular və bir neçə gündən sonra əlimdə bir qeyd tutmuşdum: Bazar günü qəzeti “Social Demokraten” redaktor Broşman, Nörre Farimaqs küçəsi 49, Çərşənbə axşamı saat 2. Bazar günü paltarlarımı geyindim, anamın çəhrayı salfeti ilə yanaqlarımı silirəm, onu inandırıram ki, Olqanın uşağına baxmağa gedirəm, özüm isə Nörre Farimaqs küçəsinə yollanıram. Böyük binada redaktorun adı olan otağı tapıram, ehtiyatla qapını döyürəm. – “Gəlin”, – o biri tərəfdən səs gəlir. Ağ saqqalı yaşıl kişinin böyük, dağınıq masa arxasında oturduğu böyük bir ofisə daxil oluram. – “Otur”, – o nəzakətlə deyib əli ilə stulu göstərir. Otururam, utancaqlıq gəlib dəhşət mənə. – “Həə”, – o deyir, – “sən nə istəyirsən?” Bir kəlmə də olsun danışmaq iqtidarında olmadığımdan artıq kifayət qədər əzik-üzük görkəm almış kitabımı ona təqdim edirəm. – “Bu nədir?” – o, bir neçə səhifə vərəqləyir, bəzi şeirlərimi yarı ucadan oxuyur. Sonra eynəyinin üzərindən mənə baxır, – “Onlar çox həssasdır, elə deyilmi?”, – o təəccüblə soruşur. Qıpqırmızı qızarıb deyirəm: Yox, hamısı yox. Oxumağa davam edir: Yox, amma Allaha and olsun ki, həssas, şəhvətli şeirlərin ən yaxşıdır. Neçə yaşın var? – “On dörd.” – “Hmm”, – əlini saqqalında gəzdirir, – “bilirsən, mən yalnız uşaq üçün olan səhifələri redaktə edirəm. Biz bunu istifadə edə bilmərik. Get, bir neçə ildən sonra gəl.” Mənim zavallı kitabmı şappıltı ilə bağlayıb gülərək özümə qaytarır. – “Xudahafiz, əzizim.”, – o deyir. Necəsə birtəhər, sınmış ümidlərimlə bərabər özümü qapıdan çölə atıram. Yavaş-yavaş, keyiyib-uyuşmuş halda, şəhərin yaz fəslini – başqalarının yazını – qəbul etmiş, başqalarının sevincli hisslərinə bürünmüş, başqalarının xoşbəxtliyini tərənnüm etdirən şəhər boyu irəliləməyə başladım. Mən heç zaman xoşbəxt olmayacağam, mənim şeirlərim dəyərsizdir. Mən bacarıqlı, sabit gəliri, qocalanda sabit təqaüdü olan fəhlə ilə evlənəcəyəm. Həmin ölümcül məyusluqdan sonra növbəti şeirimi yazmaq üçün kifayət qədər vaxta ehtiyac duydum. Hərçənd yazdığım şeirlər heç kimin vecinə deyil, çünki şerlərim mənim qəmgin, darıxdırıcı ürəyimə su səpir.
XVIII BÖLÜM
Konfirmasiyam üçün hazırlıqlar ərəfəsində ən böyük sual “Böyük deşikli ayağın” dəvət edilib-edilməməsi idi. O, daha əvvəl bizi heç ziyarət etməmişdi və qəfildən içməyi tərgitmişdi. İndi isə əvvəl nə qədər pivə içirdisə, o qədər qazlı su içir. Anamla atam deyir ki, bu Rozalia xalam üçün böyük sevincdir. Amma o, xoşbəxt görünmür, çünki adamın sifəti qaraciyərinə görə sapsarı olub və açıq-aşkar görünür ki, çox ömrü qalmayıb. Ailə bunun da onun üstünlüyü olduğunu düşünür. İndi mənə icazə verirlər ki, onları ziyarət edim və artıq hansısa söhbətlər mənə ziyan vurar deyə, nələrdənsə məni kənar tutmurlar. Amma Karl əmim heç də dəyişməyib. Yenə də çürük cəmiyyət, bacarıqsız hökümət nazirləri haqqında masa arxasında deyinməyə davam edir. Fasilələrlə o, hər zaman olduğu kimi indi də ona kiçik etirazsız belə itaət edən Rozalia xalaya qısa, teleqrafik göstərişlər verir. Qazlı su içkiləri qarşısında qalanıb və bir insanın bu qədər çox maye istehlak edə bilməsi anlaşılmazdır. Valideynlərimin davranışı mənə qəribə gəlir. Kömür üçün zirzəmiyə endiyində sən adətən orada yatan, cır-cındır plaş parçalarına – bürünmüş bir sərxoşa ilişib yıxılırsan. Küçələrdə isə sərxoş yatanlar səhnəsi o qədər adiləşib ki, heç kimin vecinə deyil, heç olmasa onları çevirib bir sifətlərinə baxsınlar. Demək olar ki, hər axşam bir dəstə adam qapının ağzında dayanıb pivə, araq içirlər və bu zaman azyaşlı uşaqlar onlardan qorxur. Amma bütün uşaqlıq dövrümüz ərzində bizə Karl əmini görməyə icazə vermirdilər, hərçənd bu görüş Rozalia xalanı təsvirəgəlməz dərəcədə məmnun edə bilərdi. Anamla atam və Aqnete xala arasında uzun sürən müzakirələrdən sonra qərara alındı ki, onu da mənim konfirmasiyama çağırsınlar. Beləliklə dörd əmioğlumdan savayı bütün ailə orada olacaqdı, onlar üçün isə qonaq otağında sadəcə yer yox idi. Anam bu böyük olaydan dolayı yaxşı əhval-ruhiyyədədir. Və o deyir ki, mən nankoram, minnətdar ola bilmirəm, sanki bütün bu hazırlıqların mənə heç bir aidiyyatı yoxdur.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.