Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. АдорноЧитать онлайн книгу.
type="note">15 olmaqdan çıxarır. İrrasional simptomun qaydaları pozmayan, lakin aşkar edilən şəxslərdə son nəzəri izahı bu tədqiqatın çərçivələrindən kənara çıxır.
Amma hesab edirik ki, bu sualı verməyə hüququmuz çatır: kimə lazımdır? Fərdin həyatında mövcud olan antisemit düşüncə hansı məqsəd daşıyır?
Bu sualın qəti cavabını stereotipləri onların səbəbləri, yaranmaları və kök salmaları ilə birlikdə tədqiq edərək, tapmaq olar.
Belə cavabı tapmaq üçün biz əvvəlki fəsillərdə16 qeydlər etmişik. Burada biz nisbi olan səthi “mən” təbəqəsi ilə kifayətlənirik və bu sualı veririk: “antisemitizm subyektə onun təcrübəsinin konkret strukturu daxilində nə verir? “
Müəyyən mənada antisemit xurafatları şübhəsiz ki, rasional funksiyalara malikdirlər.
Onlar iqtisadi xarakterli həsəd əsasında yaxud daha varlı azlıqların hüquqlarından məhrum olmağı hesabına varlanmaq arzusundan doğa bilir. Belə vəziyyətdə rasional yanaşma barədə sual çətinləşməsinə baxmayaraq, rasional olaraq, faşist diktaturasına can atan və xurafatları ümumi platforma hesab edənlərin davranışını göstərmək olar. Çünki, görünür, belə diktatura fərdin maraqlarına cavab vermir, əvvəlcədən hazır formulun kollektiv olaraq avtomatik qəbulunu isə rasional adlandırmaq olmaz. Lakin indi bizi başqa aspekt maraqlandırır. Real bazaya malik olmayan və adətən saxta adaptasiya ilə əlaqələndirilən ideyaların tərəfdarı olanda fərdlər daha nədən üstünlük qazanırlar?
Bu suala ilkin cavabı verməzdən əvvəl PEC şkalası üzrə dindirilənlərin sorğularının nəticələrini nəzərdən keçirək. Bu başdan başa sorğulananların təcrübəsindən kənara çıxan sosial mövzulardan söhbət düşəndə yaranan məlumatsızlığı və çaşqınlığıdır. Görünür, reallıqda fərdi qanunlara tabe olan sosial proseslərin obyektivləşməsi çaşqınlıq, qorxu və əminsizliklə müşayiət olunan ayrı şəxsiyyət kimi qəbul edilən fərdin cəmiyyətə mənəvi yadlaşmasına aparır. Bu xoşagəlməz vəziyyətdən çıxış vasitəsi kimi siyasi stereotipləri və şəxsləndirməni, siyasət və bürokratiya haqda şablon təsəvvürlərini qorxunun çaşqınlığının səbəb olduğu ilkin nişanələr və proyeksiyalar kimi izah etmək məntiqə uyğun olardı.
Görünür, oxşar funksiyalar yəhudilərin “irrasional” olduğu xurafatına qulluq edir. Xurafatları ifrat dərəcədə olan fərdlər üçün yəhudilər ən ideal stereotipdirlər. Eyni zamanda başqa “xortdanlardan” daha insan şəkli verilib, belə ki, ixtisas yaxud sosial rolu ilə deyil, var olmaqla müəyyən edilir. Həmçinin tarixi səbəblərə görə belə fərdlər yəhudilərə oxşatdıqları bürokratlara, siyasətçilərə nisbətən “qara adam” funksiyasını öz üzərilərinə götürməyə daha artıq uyğunlaşıblar.
Görünür, yəhudilərin qeyri-adiliyi cəmiyyətin yadlaşmasının öhdəsindən gəlmək üçün ən rahat formul olmuşdur. Baş verən bütün bəlalarda yəhudiləri günahkar bilmək hərtərəfli və tez işıqlandırmağa imkan verən, reallığın qaranlıq tərəflərini izah etməyə kömək edən projektor kimidir. Antiyəhudi fantaziyalar real təcrübəyə nə qədər az uyğun gəlirsə, necə deyərlər, həqiqətin çirkabından nə qədər çox qorunub saxlanılırlarsa, stereotiplərin ətalətinə görə çətinləşən təcrübənin dialektiki səbəbindən yaranmış maneələrə daha az uğrayırlar. Antisemitizm intellektual tarazlığın əldə edilməsinə, antikateksisin və dəyişikliklərə qarşı səylərin qurulmasına kömək edən universal vasitədir.
Çemberlendən Rozenberqə və Hitlerə qədər nəzəriyyəçi-antisemitlər və təşviqatçıların hamısı yəhudilərin mövcud hər problemə açar olmasını iddia edirdilər. Bu təsəvvürün həyata tətbiqi faşizmə meylli fərdlərin söhbətlərindən yaranır. Onların nisbətən çox və ya az işarə etmələri bəzən özünəməxsus qatı fəxri büruzə verir, onlar bu haqda indiyə qədər cəmiyyətdə cavabı açılmamış tapmacanı tapmış kimi danışırlar (bununla belə, bu tapmacanın artıq neçə dəfə açılmasının fərqi yoxdur).
Onlar hərdənbir lovğa-lovğa üstünülüklərini bildirən təbəssümlə sözün əsl mənasında barmaqlarını qaldırırlar; hər şeyə cavab verməyə hazırdırlar, həmsöhbətlərinin qarşısında isə onların baxışlarını dəyişməyə məcbur edə biləcək bütün əlaqələri qırmış vəziyyətdə dayanırlar. Ola bilsin ki, bu özünə əminlik hiss etməyən insanları cəzb edən əminliyin bu tipidir. Məhz öz səriştəsizliyi, özünü itirməsi yaxud özündən xəbərdar olmaması ilə antisemit fərd dərin biliklərə malik müdrik adı qazanır. Onun stereotiplərə haqqındakı kobud təsvirləri nə qədər primitivdirsə, o qədər çox səs toplayır. Çünki, onlar bu kiçiltmənin məntiqinin necəliyini nəzərə almayaraq, mürəkkəb məsələni çox sadə kimi göstərirlər. Amma bu yolla əldə edilmiş üstünlük intellektual səviyyədə qurtarmır. Bu şablon və yanlış düşüncə öz qrupunu yaxşı, yad qrupu isə pis hesab etdiyinə görə antisemitizmə istiqamətlənmiş sxem rasional özünütənqidin hüdudlarını məhv etmə tendensiyaya malik emosional, özünəvurğun məmnunluq verir.
Məhz bu psixoloji alətlərdən müntəzəm olaraq təşviqatçı-faşistlər istifadə ediblər. Ehtimal ki, əgər oxucular və dinləyicilər saxta oriyentasiyaya həssas olmasaydılar, onlar bu alətlərə əl atmazdılar. Bizim vəzifəmiz heç bir halda faşistlərin tərəfdarları sırasına daxil olmayan fərdlərin belə həssaslığını sübut etmək deyil. Biz antisemitizmin öz tərəfdaşlarını cəlb etdiyi saxta biliyin üç mərkəzi bəndi ilə kifayətlənəcəyik. Birincisi, yəhudilərin “problem” yaratmaqları, ikincisi, onların hamısının “eyni” olmağı haqda bəyanat və üçüncüsü bütün yəhudiləri, istisnasız olaraq, belə hesab etmə iddiasıdır.
Yəhudi və qaradərililərin “problem” kimi təsvir edilməsi müntəzəm olaraq xurafatlara uymuş insanlarla müsahibəmiz vaxtı özünü göstərir. Təsadüfi olaraq, tapılmış misalı göstərək və bu arqumentin nəzəri tətbiqini qısaca şərh edək.
Məsələn, 105 hüquqşünaslıq təhsili alan tələbədir və “digər qruplar barədə nə fikirləşirsiniz?” sualına belə cavab verir: “yəhudilər incə məsələdir, əlbəttə, bütün irqi nəzərdə tutmuram, onlar müxtəlifdirlər, yaxşısı da var, pisi də. Ancaq pislərin sayı yaxşılardan çoxdur”.
Elmi sferadan götürülmüş “problem” sözünü müsahibə verən inandırıcı və məsuliyyətli düşünmə təsəvvürü yaratmaq üçün istifadə edir. “Problemi” göstərən şəxs aşkarca dilə gətirmədən şübhəli mövzudan şəxsi məsafəsini bildirir, düşüncələrinə öz aləmində obyektivlik verir. Bu xurafatların əla rasional sübutudur, belə ki, onu şəxsi nöqteyi-nəzəri subyektiv xarakter daşımır, gərgin fikirlərin və yetkin təcrübənin nəticəsidir.
Bu hiyləyə əl atan müsahibə vaxtı sorğulanan sübutların müzakirə formasında saxlanmasına can atır. Guya faktlara əsaslanırmış kimi, iddia edir ki, o, istisnaları deməli və qəbul etməlidir, lakin fərqlər və istisnalar lap səthdə qalır. “Yəhudi probleminin” mövcudluğu tanınan kimi hesab etmək olar ki, antisemitizm ilk qələbəni əldə edib. Bu neytral analizin məqsədi kimi qəbul edilən mənanın özünün ikimənalı təbiəti ilə əlaqədar mümkün ola bilər. Şübhəsiz, yəhudilər və qeyri-yəhudilər arasında münasibətlər sözün obyektiv mənasında problem təşkil edir; əgər söhbət
16
“Personality as revealed through clinical interviews” A.R., II hissəyə bax.