Эротические рассказы

Qılınc və qələm. Мамед Саид ОрдубадиЧитать онлайн книгу.

Qılınc və qələm - Мамед Саид Ордубади


Скачать книгу
onun saçlarında gəzdirərək:

      − Otur, otur, ağılsız və vəhşi ceyran, – dedi, – gözəl olduğun qədər də ağılsızsan. Bu da təbiidir. Təbiətdə bərabər olan heç bir şey yoxdur. O bir şeyi insana artıq verəndə o bir şeyi azaldır. Lakin insanda gözəllik yerinə ağıl olsaydı, başı səninki kimi bəla çəkməzdi. Sənin ağlının azlığı bir çox acı təcrübələrdən sonra da gözünün açılmasına imkan vermədi. Bu da təbiidir, gözəl qızlar öz zahiri gözəlliklərinə güvənərək ağlın və fərasətin gözəlliyinə əhəmiyyət verməzlər. Sən də elələrindənsən. Sənin təqsirin gözəlliyindən bir neçə qat böyükdür. Çünki öz vəliyülnemətinə xəyanət etdin. Sən bu hərəkətinlə özünü ən yaramaz bir qız kimi göstərdin. Xəlifənin qadını Safiyə xatunun namusunu ləkələmək və onu Əmirin gözündən salmaq istədin. Sən Fəxrəddinin göstərişi ilə Əmirin katibi Mühakim İbn-Davudun möhürünü qələmdanından oğurlayıb öz xanımı Safiyənin otağına atdın. Bu iş sənin işin idi. Sən bu xəyanətinlə xəlifə ilə Əmir həzrətləri arasında ixtilaf çıxarmaq istəyirdin. Əmiri də onun qadınını da bədbəxt edirdin. Sən bir də kişilərin “sevirəm” demələrinə aldanma, onlar az bir mənfəətdən ötrü başqasının varlığını sata bilərlər. Fəxrəddinin son hərəkəti də bunu göstərdi. İndi de görüm bütün bu təqsirlərin cəzası nədir? Sən bilirsən ki, bu cür işləri üçün Tərxan xanımı çuvala salıb hovuza atdılar. Sənin öz gözünün qabağında Lamiyə xanım kimi gözəl bir qızı Mərcan kimi iyrənc bir qara qulun otağına atdılar. Halbuki sənin təqsirin onların təqsirindən bir neçə qat artıq idi. Sən gərək Güləndam kimi gözəl bir cariyənin yanaqlarına dağ basıldığını yadından çıxarmayaydın. Lakin sən nə qədər ki öz bədbəxtliyinə çalışırsan, xoşbəxtlik yenə də inad göstərib sənin yanından çəkilmir. Bəxtin səni daima əfvedilməz günahların cəzasından azad edir.

      Xacə Mufid çox danışdı, yoruldu, nəhayət, sağ əlini belinə qoyub kürsülərin birinin üzərinə oturdu. Dilşad isə sükutdan istifadə edib danışdı:

      − Mənə cəza verildiyi zaman həbsə alındığım zaman demişəm, yenə də deyirəm. Mənim bu işlərin heç birisindən xəbərim yoxdur. Əbəs yerə məni və Fəxrəddini bunun üçün təqsirləndirirsiniz.

      Xacə Müfid başı aşağı olduğu halda altdan yuxarı gözlərini qaldırıb baxdı və dedi:

      − Ay şeytan balası, şeytan! Sən bilirsən ki, mən saraydakıların hamısını beş barmağım kimi tanıyıram. Cariyələrin başında nə qədər tük olduğunu belə bilirəm. Bunların hamısı keçib gedibdir. Sən Zübeyrə və Tahirə kimi buzlu hovuza salınıb döyülmədin, çünki sən xoşbəxt idin. İndi də xoşbəxtsən. çünki Əmir səni Fəxrəddinə vermək üçün razı olubdur, mən də bu məsələni səninlə danışmaq üçün gecənin bu zamanı yanına gəlmişəm.

      Dilşad şadlığından qışqırmaq istədi. Sevindiyindən hönkür-hönkür ağladı, xacə Müfid isə:

      − Otur, dediklərimi yaz! Gecə keçir, otaqları gəzmək və yoxlamaq lazımdır, − dedi.

      − Nə yazım?

      − Əmirin bu izdivaca riza verməsini Fəxrəddinə xəbər verməlisən.

      − Bu məktubu yazmaq mənim üçün bir qorxu və bir təhlükə təşkil etməzmi?

      − Bunu sənə xacə Müfid deyir. Burada nə qorxu var, nə təhlükə. Götür yaz!

      − Qələmdan və kağız yoxdur.

      − Buyur, mən gətirmişəm.

      Xacə müfid cibindən qələmdan və kağızı çıxarıb Dilşada verdi. Dilşad xacə Müfidin dediklərini yazıb bitirdi, xacə Müfid isə:

      − Oxu, görüm, nə yazdın! – deyə əmr verdi.

      Dilşad oxudu:

      “Əziz və möhtərəm Fəxrəddin!

      Bilərək və bilməyərək buraxdığım səhvlərə baxmayaraq, Əmir həzrətləri yenə də mənim xoşbəxtliyimə mane olmaq istəmədi. Əmir də, onun möhtərəm hərəmi Safiyə xatun da mənim günahlarımı öz nəcib və müqəddəs ürəkləri ilə bağışladılar. Əmirin verdiyi əmrə görə, Ramazan ayı çıxan kimi bizim xeyir işimiz baş tutacaqdır. Məktubu sənə hazırlıq görmək üçün yazıram. Demək, iyirmi günlük bir müddətdən sonra bizim həyatımız birləşəcəkdir. Səni təbrik edirəm, sən də məni təbrik edə bilərsən.

      Sənin Dilşadın”.

      Xacə Müfid məktubu alıb bükdü və gülə-gülə cibinə qoydu. Dilşad hər bir əziyyət və işgəncənin bitdiyini zənn edirdi. O, sevindiyindən xacə Müfidi öpür və ayaqlarına düşmək istəyirdi. Lakin bu şadlığın müddəti bir neçə dəqiqədən artıq olmadı. Xacə Müfid ayağa durduğu zaman:

      − Gecə keçir, indi hazırlanmaq lazımdır, – dedikdə, Dilşad təəccüblə soruşdu:

      − Nə üçün indidən hazırlanmaq? Hazırlanmaq üçün əlimizdə olan iyirmi günlük imkan kifayət deyilmi?!

      − Bu hazırlıq başqa hazırlıqdır. İndi də sənə başqa bir xoşbəxtliyin müjdəsini verəcəyəm.

      − Hansı xoşbəxtliyin?

      − Əmir həzrətləri səni öz qayınatası Müstərşidbillaha hədiyyə göndərir. Səni cəzalardan qurtaran səbəblər də bundan ibarət idi. Dur, hazırlan, köçmək vaxtına çox az qalır.

      Dilşad bu xəbərdən titrəyib oturdu, ağlaya-ağlaya dedi:

      − Bu xəbər mənə veriləcək cəzalardan daha dəhşətlidir. Rica edirəm, mənə rəhm edin, məni məhv etməyin, bu səfəri təxirə salın.

      − Heç də mümkün deyil, Bağdada göndərilən bir sən deyilsən, Süsən də gedir. Qırx nəfər başqa cariyə də göndərilir. Əmir məsələnin təxirə salınmasına icazə verməmişdir.

      − Bəs məktubu nə üçün yazdırdın? Vicdansız, şeytan, haramzadə…

      Xacə Müfid bu söyüşdən gülərək dedi:

      − Bu dünya belədir. Məlaikələr və peyğəmbərlər kimi yaşamaq yerdəkilərə nəsib ola bilməz. Yerdə ancaq bizim kimilər yaşaya bilər. Lakin şeytan olmadan xoşbəxt yaşamaq hələlik yer əhlinə nəsib ola bilməmişdir. Vicdansız deyə məni söyləməkdə haqlısan, ancaq onu bilməlisən ki, vicdan da, ruh da, qan da hamısı ağanın xidmətindədir. Vicdan göstərişilə yaşamaq üçün bir adam Allah qədər qüvvətə malik olmalıdır. Vicdan daşımaq, tabe olanlar üçün mümkün deyil. Əmir belə əmr edir. Onun qarşısında əyilən zahirdə mənim başım isə batində mənim vicdanımdır. Lakin bu vicdan hər kəsə yamanlıq etsə də, sənin haqqında yaxşılıq edir. Elə ki sənin təmiz bətnindən dünyaya cahanı idarə edəcək xəlifələr gələcək, o zaman mənim nə qədər sənə mehriban olduğumu yəqin edəcək və mənə dua-xeyir verəcəksən. Əmir-əl-möminin xəlifə həzrətləri sənin bu nar məmələrinlə əyləndiyi zaman sən xacə Müfidi xatırlayacaqsan, çünki onlar mənim nəzarətim altında bəslənmişdir. Mən sənin incə dodaqlarının qara qulların dodaqlarında çeynənməsinə imkan verməmişəm, sən o dodaqları xəlifənin dodaqlarında gördüyün zaman bu fəqirə dua edəcəksən. Tər qönçə ikən sənin gülünü dərmək istəyirdilər.


Скачать книгу
Яндекс.Метрика