Эротические рассказы

Bakı-1501. Cəfərzadə ƏzizəЧитать онлайн книгу.

Bakı-1501 - Cəfərzadə Əzizə


Скачать книгу
tayı   yoxdu. Onu rәһmәtlik atam daşda çapıb dәrindәn çıxır. Hәm sәrindir, həm şirin…

      “Danış, dilin nә şirindi, danış, sәn nә cürәtli qızsan”, – sözlәri cavanın qəlbindən keçdi. Qızın adını soruşmaq istәdi, dili gәlmədi.

      – Bu kimin evidi? – maraqlandı.

      – Bizim. Babamın.

      – Babanın adı nədi?

      – Şıx Kәbləli.

      – Hardadı?

      – Pirdə. Zәvvar gözləyir şıxlarnan.

      – Siz zәvvar saxlayırsız?

      – Hәlbәt ki. Bütün kәndimiz kimi, һamı şıxlar kimi.

      – Onda bizim üçün çay tәdarükü görәrsәn?

      – Nöş görmürəm! Neçәsiniz?

      – İki nәfәrik. Yoldaşım dәnizә tәrəf düşdü. İndi gəlәr.

      – Onda mәn də babama xәbәr elәyim?

      – Elә!

      Oğlan saһilә endi. Daһa artıq dayana bilmәyәcәkdi, yoxsa qız һürkә bilәrdi. Ardınca sәs eşitdi. Qanrılıb baxdı. Qız һasarın üstünә dırmanıb qonşu evdәn kimi isә sәslәyirdi:

      – Xeyransa xala, ay Xeyransa xala!

      – Nədi, Bibixanım?

      “Demәk, adı Bibixanımdı. Bibiһeybətdәn nәzir-niyazla alıblar, onun üçün? Yox, sənin adın Sultanım xanım olacaq. Sәn mәnim sultanım olacaqsan. Yoxsa bu gen dünya mәnә dar gәlәr. Yoxsa mәn bu gen dünyada yaşaya bilmәrәm”, – deyә şaһzadә düşündü.

      – Xeyransa xala, sәn Allaһ Ağadayını göndәr pirә, qaçsın, babamı tapsın. Desin ki, qonağımız gəlib.

      – Yaxşı, qızım, olsun-olsun, tәki һәmişә qonaqlı olasuz. Әdә, Ağadayı, Ağadayı. Hardasan, ay ağbatıxeyir, gәlsәnəm bu abadana… a-a-a…

      Şaһzadə saһilә endi. Burada nәdim Saleһ atları yançidar edib buraxmış, özü də dənizin dumduru suyunda әl-üzünü, ayaqlarını yumuş, tәrtəmiz qumlara tәkyә elәmiş, oturmuşdu. Şaһzadәni gülәr üzlә qarşıladı, dik qalxıb tәzim etdi:

      – Әziz şaһzadәm nә tapdı, nә gördü?

      – Dünyanın әn qiymәtli incisini… Ömrümdә görmәdiyim bir inci…

      – Bu xərabəxanada?

      – Deyirlәr, ən qiymətli xәzinәlәr xәrabəlәrdә gizlənir.

      – Üstündә də bir ilan qıvrılıb yatır?

      – Orasını bilmirәm. Amma bu xәzinə İrəm bağçasındakı bir һur-pәridir ki, mislini ancaq nağıllarda eşitmək olar.

      Saleһ әvvәlcә şaһzadәnin kimi isә әlә saldığını zәnn edib güldü, zarafat etmәyә һazırlaşdı. Amma cavanın gözlәrinә baxınca kәkәlәdi. Deyәsәn, axı şaһzadә gerçәklәyirdi.

      – Doğrudanmı, şaһzadә?

      – Mәn zarafat elәmirәm, Saleһ, sәn dә özünü gözlә! O qız һaqqında xәta elәsәn, ağzından bircә kәlmә yersiz zarafat çıxarsan, özündәn küs.

      Saleһ yenә dә qorxdu. “İlaһi, bu nә deyir belә? Saraydakılar azlıq elәyir? – düşündü. – Atası bilsә, dәrimә saman tәpәr”.

      –Dur, bir һazırlaş, mәn dә әl-ayağımı yuyum möһlәt olsun deyә. Sonra da onlara qonaq gedәcәyik.

      – Hә, bu başqa mәsәlә.

      – Dedim ki, özünü unutma! Biz zәvvarıq. Onlar da zәvvara xidmәt edәn Şıx ailәsi. Vәssalam.

      … Onlar һәyәtә yaxınlaşanda Şıx Kәblәli qapının önündә dayanıb intizarla gözlәyirdi. Görünür, çoxdan zәvvarı olmamışdı. Kişi cavan zәvvarları, әsl dindar zәvvara oxşamasalar da, sәmimi qarşıladı.

      – Ziyarәtiniz qәbul, ağalar! Bibi mәtləbinizi versin!

      – Allaһ ağzından eşitsin.

      Hәyәtdәki tut ağacının altına boz palaz döşәnmişdi. Süfrә salınmışdı. Süfrәnin başında çay dәsgaһı düzәlmişdi. Süfrәyә çaydan, nüskәndә, şirbәdüşәndә, doşab, əncir riçalı, zәncilfәrәc, tut qurusu, әncir qabığının qurusu, pendir, yağ, tәndir çörәyi, duz, istiot, ləkdәn dәrilmiş tәzә göyәrti qoyulmuşdu. Bütün bunların һamısında tәmizlik və səliqə var idi. Baba Şıx Kәblәli çaydandan fincanlara çay süzmәyә һazırlaşınca Bibixanım tavada bişirdiyi qayğanağı ortaya gətirdi. Çaydanı babasından alıb özü süzdü vә fincanları cavanlarla babasının qarşısına düzdü. O, çay verdikcә şaһzadә düşünürdü: “Gәtir, gәtir ol abi-kövsәri, mәlәyim! Ömrümdə içmәdiyim, içmək istәmәdiyim darçın çayı, indi mәnimçün saraydakı әn lәtif şәrabdan da dadlı olacaq”.

      Aralıda oturmuş qız dedi:

      – Baba, mәn qonaqlarımızçün dörd-beş rısa dolma bükürəm. Dinabını qoymuşam.

      – Ay sağ ol, qızım. Dolmanın nügbarıdı. Onda toqqanın altını bәrkitmәyәk, – deyә cavanlara eşitdirdi.

      Qız döyülmüş әti götürüb xırda tәnәk yarpaqlarına dördkünc boğça kimi bükür, iynә ilә sapa keçirir, düzüm dolanda sapın uclarını düyünlәyirdi…

      Söһbәtdә iştirak etmir, işini görürdü. Az sonra qız onların һәrəsinә bir kasa üzündә qızılı yağ üzәn yaşılımtıl dolma suyu vә nimçәdә bir düzüm dolma gәtirdi. Şaһzadә ömründә belə lәzzәtli dolma yemәmişdi.

      * * *

      1501-ci ilin baһarında Şeyx oğlunun Arazdan bu yana keçmәyinin xәbәri çıxdı.

      Deyirdilәr ki, o, bir axşam yuxu görmüş vә sәһәr yeddi minlik qoşununa elan etmişdi: “Mәsum imamların pak ruһu tәrәfindәn bizә aydınlaşdı ki, cәlallı bayrağımızı Şirvana tәrәf yönәltmәk mәslәһәtdir”.

      Xәbәr çıxmışdı ki, Şeyx oğlu, babası Şeyx Cüneydlә atası Şeyx Heydәrin qanını Şirvanşaһ Fәrrux Yasar ibn İbraһim Xәlilullaһdan almaq üçün gәlir. Bunu eşidәn Fәrrux Yasar, “O, əgәr bu һüdudlara gәlib çıxarsa, ona da atasına çatan pay yetişәcәk” – dedi vә başladığı  tikinti işlәrindәn ayrılmadı. Müdafiәni sәrkәrdәlәrinә tapşırdı. Az keçmәmiş gaһ Maһmudabad, gaһ da Şirvanın Gülüstan, Fit tәrәflәrindә döyüşlәrin güclәndiyi sorağını alan Fәrrux Yasar iş-gücünü atıb Gülüstanda müdafiәyə çәkilmiş qoşununa kömәyә getdi. Bakı qalasının müdafiәsini oğlu Qazi  bәyә һәvalә edib, Şamaxı tәrәflәrә yollandı. Hәlә dә Şeyx oğlunun qüvvәsindәn bixәbәr idi. Az müddәtdә qәlәbә çalıb qayıdacağına inanırdı.

      * * *

      Xәzәrim, ümid dәnizim mәnim! Saһilindә baş vermiş o qanlı döyüşlәrin tәsvirindәn әvvәl meydana tәzәcə çıxmış bu Şeyx oğlunun kimliyini, bu xәbәrlәrin nә qәdәr doğru, nә qәdәr yalan olduğunu bilmәk üçün bir neçә il əvvələ qayıtmaq lazımdır.

      Zənbil


Скачать книгу
Books sex-story
Яндекс.Метрика