Эротические рассказы

Cəbhədən cəbhəyə . Гасан Мехти оглы СеидбейлиЧитать онлайн книгу.

Cəbhədən cəbhəyə  - Гасан Мехти оглы Сеидбейли


Скачать книгу
Amma təvazökar-lığa bax, heç cür üzə vurmur. Heç elə bil, bu evi belə bə-zəkli saxlayan, anasını ipək-şal paltar içində gəzdirən o deyil? İndi isə böyük qardaşına əl tutmaq istəyir.” Tey-mur yaxşı başa düşürdü ki, anasının təklif etdiyi üç min manatı Seymur vermişdi. Deməli, pulu ona anası yox, qardaşı təklif edirdi. Çox yaxşı olmasaydı, onlar daha fira-van yaşayırdılar. Lakin Cavahirin yorğun ala gözlərində nə isə bir təşviş gizlənmişdi. Bu təşviş onda evin dirəyi olan kişisini, uşaqlarının atası Abbası itirdiyi gündən əmələ gəlmişdi. Lakin o vaxt ananın gözlərində təşvişdən daha çox fəryad oxunurdu. İndi isə güclə gözə çarpan gizli bir təşviş… Əgər Cavahirdən bu təşvişin səbəbini və onu kimdən, nə üçün gizlətdiyini soruşsaydılar, o, bu sualların heç birinə, hətta öz-özlüyündə belə cavab verə bilməzdi. Külək qopacağını, yağış yağacağını, yaxud zəl-zələ baş verəcəyini əvvəlcədən hiss edən quşlar kimi onun qulağı həmişə səsdə idi. Nə üçün? Bəlkə müharibənin onun evinə hələ də bədbəxtlik gətirə biləcəyindən qorxur-du? Bu mümkün idimi? Axı, sovet toplarının sədası artıq Berlinin ətrafından gəlirdi. Axı qələbənin yaxınlığı bütün evlərə fərəh gətirmişdi. Bəs Cavahirin gözlərindəki bu gizli təşviş nədən doğmuşdu? Bəlkə bu, onun ürəyinin son dərəcə həssas, əsəblərinin zəif, həm də xəstə olduğun-dan irəli gəlirdi?

      Teymur zavodların birində qaraj müdiri işləməyə razılıq verdi. Qarajın sahəsi çox böyük idi. On səkkiz yük maşını, üç qaldırıcı kran, iki minik maşını qarajın sökük hasarlarının dibində səliqəsiz bir şəkildə saxlanır, burda heç bir təhlükəsizlik qaydalarına riayət edilmirdi. Bunun səbəblərini kimdən soruşurdunsa, “müharibədir” – deyə cavab verirdi. Teymur ilk günlər qarajın işçilərinə kənar-dan baxır, bu oğlanın nə təhər adam olduğu haqqında mülahizələr yürüdür və nə üçün işə girişməməsi onları təəccübləndirirdi. Lakin özü bilavasitə işə qoşulmasa da Teymurun fikri işdə idi. O, qarajın böyük sahəsini fikrin-də planlaşdırır, tədbirlər tökürdü. Zavod direktoru, partiya komitəsi katibi, yerli komitə sədri ilə məsləhətləşdik-dən sonra, Teymur bir istirahət günü qarajda iməcilik elan etdi. Kimi hasarın sökük yerlərini tikməyə, kimi həyətdə lazımsız dəmir-dümürü eşiyə daşımağa, kimi bu böyük sahədə pərakəndə halda tikilmiş bir neçə istifadə-siz otaqların divarlarını ağartmağa, pəncərələrinə şüşə salmağa başladı. İməcilik gələn istirahət günündə də da-vam etdi. Bütün sahə təmizlənib səliqəyəsalınandan sonra qaraja mütəxəssislər gəldi, sahə planlaşdırıldı, kompres-sor quraşdırılmağa, hasarların dibi boyu səliqəli talvarlar tikilməyə; çalarları olan qış qarajları ucalmağa başladı. Bir yanda sement meydança üzərində maşınları yumaq üçün yer düzəldildi, divarlardan şlanklar asıldı, dispetçer otağı, qırmızı guşə, müdir otağı sahmana salındı. Həyətin boş yerlərində ağaclar əkildi. İri göyərçin hini tikildi, sürücü-lərdən hər biri iki-üç göyərçin alıb gətirdi. Qarajın həyə-tində xoşagələn bir səliqə yarandı. İndi reysdən qayıdan sürücülər maşınlarını sement meydançaya verib yuyur, güclü kompressorun böyük təzyiqlə çəkdiyi hava onların tozunu sovurur və tərtəmiz silinmiş maşınları nömrələn-miş talvarların altında öz yerinə qoyurdular. İndi istər-is-təməz hamı vaxtında öz maşınını sazlayır və çalışırdı ki, yolda heç bir gözlənilməyən hadisə baş verməsin. İndi hamı Teymuru ilk növbədə işə görə sevirdi. O, təkcə mü-dir kimi deyil, bacarıqlı bir usta kimi, həm də yaxşı bir şo-fer kimi də özünü göstərmişdi. Lazım gələndə məngənə-nin arasına keçib əlinə yeyə alır, çilingərə kömək edir, sü-rücülərə məsləhət verirdi. Əlbəttə, sürücülərin arasında şüursuzlarına da təsadüf etmək olurdu. Lakin Teymur be-lələri haqqında heç kəsə şikayət etmirdi. Bu da hamının xoşuna gəlirdi. “Bütöv oğlandır” deyirdilər. Belələri nə qədər həyasız, üzləri susuz olsa da, yoldaşlarının təsiri altında yavaş-yavaş necə deyərlər, insafa gəlirdilər. Teymur Ələddin adlı bir sürücüyə hamıdan çox isinişmişdi. Ələddin top kimi yumru bir oğlan idi. Cavan olmasına baxmayaraq səkkiz uşaq atası idi. Özü də çox üzügülər, zarafatcıl bir oğlan idi. “ZİS-101” markalı minik maşının-da işləyirdi. Düzdür, maşın köhnə idi, amma Ələddin onu mümkün qədər yaxşı saxlamağa çalışırdı. “Axı bu mənim çörək ağacımdır” – deyə həmişə zarafat edirdi. Ələddinin həyat yoldaşı Qızxanım da əri kimi xoşxasiyyət, üzügülər bir qadın idi. Daha doğrusu, səkkiz uşaq anası olmasına baxmayaraq, elə bil bir üzü qız, bir üzü gəlin idi. Onlara baxanda adama elə gəlirdi ki, heç vaxt qocalmayacaqlar. Ələddin uşaqlarını bir-bir göstərib deyirdi:

      – Bax, bu, Astarada anadan olub, o birisi Masallıda anadan olub. O qız Nuxalıdır. Bu əkizlər Yevlaxda doğu-lublar. Qərəz, biabırçılıqdır!

      Teymur nədənsə bu evə gəlməyə daha çox həvəs göstərirdi. Ələddin bəzən ailəsinin, uşaqlarının işi iləəlaqədar olaraq Teymurdan icazə alıb maşını bir-iki saatlığa götü-rüb gedər, kefikök halda qayıdırdı. Əvvəllər Teymur ona inanırdı, sonralar bu hərəkət tez-tez təkrar olunduğundan Teymur Ələddinlə açıq danışmaq, maşını hara apardığını öyrənmək istədi. Ələddin də açıq-açığına cavab verdi ki, on baş ailəni, özü də səkkiz baş uşağı olan ailəni saxlamaq üçün,əlbəttə, bir sürücünün maaşı kifayət deyil. Yenə uşaqlar böyüyüb ona əl tutsaydılar, dərd yarı idi. Ələddin boynuna aldı ki, hərdənbir maşını qarajdan çıxarır, sər-nişin daşıyır və “bir-az qəpik-quruş” qazanır.

      Teymur Ələddinl açıq etirafı qarşısında əvvəlcə heç bir söz deyə bilmədi, ertəsi gün Ələddini yanına çağırdı:

      – Ələddin, biz səninlə, necə deyərlər, canbir qəlbdəyik. Əgər mənə bir kömək lazım olsaydı və bu köməyi sən et-məli olsaydın, varını məndən əsirgərdinmi?..

      Ələddin Teymurun nəyə işarə etdiyini başa düşməsə də səmimiyyətlə onun gözünün içinə baxıb qəti bir ifadə ilə cavab verdi:

      – Evimi də, balalarımı da sənə qurban verərdim.

      – Elə isə, deməli. mən də sənin üçün əlimdən gələni edə bilərəm, elə deyilmi?

      – Sən onsuz da eləyirsən.

      – Yox, Ələddin, biz yaxşı iş tutmuruq. Biz elə iş görməliyik ki, nə şiş yansın, nə kabab. Sənin ailən böyükdür, bizim ailəmiz isə cəmi üç nəfərdir. Anam pensiya alır, qardaşım qazanır, mən qazanıram. Oğul yox, uşaq yox. Bir halda ki, sən evini, uşaqlarını mənə qurban verməyə hazırsan, deməli, mənim də qurbanımı qəbul edə bilər-sən.

      Ələddin yenə heç bir şey başa düşməyib, səmimi bir narahatlıqla Teymurun üzünə baxdı.

      – Ədə, nə uzadırsan, mıs-mıs deyincə, birdəfəlik Mus-tafa de. Elçi-zad deyilsən ki?

      Teymur bir müddət dinmədi, sonra Ələddinin üzünə baxmadan astadan dedi:

      – Uzun sözün qısası, bundan sonra mən sənin öz işlərin üçün maşın verməyəcəm. Ancaq hər ay maaşımın yarısını sənə verəcəyəm, ərzaq talonunu da. Bizim evi-mizdə hər şey var.

      Ələddin bərk incidi. Yanaqları qızardı və tutqun bir səslə dedi:

      – Başımdakı


Скачать книгу
Яндекс.Метрика