Эротические рассказы

İsa Muğanna xatirələrdə. Коллектив авторовЧитать онлайн книгу.

İsa Muğanna xatirələrdə - Коллектив авторов


Скачать книгу
tarixi yaxşı bilməsindən gəlir. Bəzən şərti terminlər yaradaraq bəşər övladının yaradılış nəzəriyyəsini ortaya qoymağa çalışır. Amma heç bir ideyasında şovinizm yoxdur. Sadəcə dünyanın şər qüvvələrdən xilasını istəyən və gözləyən bir dahidir İsa Muğanna.

      * * *

      Sirlərlə dolu Muğanna yaradıcılığına, xatirələrinə ön söz yazmaq bir şərəf idi ki, mənə də nəsib oldu. Əbədi ideyalar carçısı filosof-yazıçının əziz xatirəsi həmişə qəlbimizdədir. İsa Muğanna bəşəriyyətin xoş taleyini ona xəbər verəcək işıq gəmilərindən gözləyirdi, biz də indi onun SafAğAtasına qovuşduğuna inanırıq.

      Şəmil Sadiq

      filologiya üzrə fəlsəfə doktoru, dosent, yazar,

      “Odərlər” tarixi-fəlsəfi romanının müəllifi

      5

      HƏYATIMDAN SƏHİFƏLƏR

      6

      Başımda məyusedici sözlər dolaşır:

      Çoxdan qalanmış ocaqda od necə tədricən külə çevrilərsə, mən də o cür tədricən külə döndüyümü hiss edirəm. Amma qələmdən əl çəkmək istəmirəm. Bir az da açıq desəm, ömrümün mənasızlığına, puç olmasına heç cür razı olmuram. Buna görə də, beynimdə heç nə qalmadığını, ağlımın yoxa çıxdığını aç-ıq-aydın duysam belə, ömrüm boyu masa arxasında oturmaq, nə isə yazıb-pozmaq vərdişindən birdəfəlik və həmişəlik ayrılmaq istəmirəm. Dediyim kimi, beynimdə heç nə qalmadığını bütün varlığımla duysam da, yenə də qələm götürüb masadakı kağıza doğru əyilirəm, hökmən nə isə yazmaq istəyirəm. Lakin… nə

      yazım? Bəlkə elə bu vəziyyətimin özünü, qocalığın fənalığından, dünyamızın faniliyindən yazım? Ya bəlkə

      ömrüm boyu yazdıqlarımın ara-bərəsində qalanları, yəni vaxtında yaza bilmədiklərimi yazım? Məsələn, nəyi? Necə, hansı şəraitdə, kimlərin arasında doğulduğumu. Yazmağa necə başladığımı… Belə düşünə-düşünə birdən-birə belə dərk edirəm ki, axı tək özümün yox, bütün nəslimin bioqrafiyası, illərin yox, əsrlərin hadisələri toxunulmamış qalıb. Axı məni qələm götürməyə vadar edən məhz əsrlərin hadisələridir.

      Bəs niyə deyirəm ki, beynimdə heç nə qalmayıb? Özüm-özümə böhtan atmırammı? Axı bir qədər dərindən düşünəndə aydın deyilmi ki, nəslimin bioqrafiyasını xalqımın tarixindən ayırmaq olmaz. Xalqımın tarixini isə bütün bəşəriyyətin tarixindən ayırmaq olmaz.

      Başlayıram doğulduğum gündən danışım, görək nə çıxır.

      Bu əhvalat 1928-ci ildə, iyunun on ikisində olub.

      Qazax qəzasının Muğanlı kəndinin camaatı yorğan-döşəklərini, xalı-xalçalarını, taxıl, un çuvallarını, yol azuqələrini arabalara doldurub, arabaların üstündə dəyə çubuqları ilə dəyə tikib, üstünə

      qalıf, kilim örtüb yaylağa – “Göyqılınc” yurduna yola düşəndə Qarayazı meşəsinin ortasından keçən qədim karvan yolunda bir hadisə baş verib. Babam Omar birdən-birə arabanın qolunun üstündən yerə atılıb, kəllərin qabağına keçib arabanı saxlayıb, sonra üzünü o biri arabalara tutub, “Siz yolunuzdan qalmayın, mən bu gecə burda qalası oldum”, – deyib. Niyə? Maraqlananlara məlum olub ki, Omar ağanın oğlu Mustafanın arvadı Xədicənin ağrısı tutub. Arabanı bir hündür qol-budaqlı palıdın kölgəsinə çəkiblər, yerdə

      balaca dəyə-xeymə tikiblər. Anamı arabadan düşürüb xeymədə yorğan-döşəyin arasına büküblər. Yetər nənəm mərhum böyük əmim Pir Vəlinin arvadı Qızbəs və yaxın qohumumuz Hilal xala xeymədə oturub gözləməyə başlayıblar. Bu vaxt babamın qardaşı oğlu, kənd sovet sədri, çiyni beşaçılanlı Səməd Hüseynov at belində kənd tərəfdən gəlib, tüfəngini çiynindən endirib, xeymənin üstündə bir güllə guruldadıb ki, uşaq tez doğulsun. Həmin anda xeymədən çağa hıçqırtısı eşidilib. Hilal xala sevinclə xeymədən eşiyə atılıb, deyib – “Gözün aydın, ay Omar ağa, İsa əfəndi gəldi!”

      İsa əfəndi mənim doğuluşumdan səkkiz il əvvəl, nəslimizin Muğanlıdan əvvəlki kəndi Padişahlıqda dünyasını dəyişmiş əmim idi. Nəriman Nərimanov sosialist ideyaları təbliğ etdiyinə görə həbs olunub Tiflis həbsxanasında bir il yatdıqdan sonra, 1906-cı ildə Bakıya gedərkən SafAğ elmi haqqında məlumat toplamaq üçün yolunu SafAğ alimlərinin kəndi Padişahlıqdan salıb, orada babamla doğma qardaş qədər yaxınlaşdıqdan sonra, 1913-cü ildə Odessadan təhsildən qayıdanda Zeynalabdin Tağıyevin kompanyonu, babamın əmisi oğlu “Xozeyin Məhəmməd”in vasitəsilə SafAğ təhsilli İsa əfəndini, kiçik qardaşı Musa ilə

      birlikdə Bakıya çağırtdırıb. Qara şəhərdəki hərbi gimnaziyaya qəbul elətdirib, şəxsən “silsilə”dən, (Həllac Mənsurdan, Firdovsidən, Nizamidən, Nəsimidən, Füzulidən, Yunis İmrədən) özü dərs deyib. Musa gimnaziyanı qurtarmamış xəstələnib Padişahlığa qayıdıb. İsa əfəndi isə gimnaziyanı yasavul (kapitan) rütbəsi ilə qurtarıb, otryad komandiri olub, Rusiyanın Cənub cəbhəsində çar general Denikinlə döyüşüb, 1920-ci ildə Bakıya qayıdanda Nərimanov onu Qazax qəzasına hərbi komissar təyin edib. Həmin ilin yayında Türmən (OdƏrmən) düzündəki qoyun sürülərimizin sərkər çobanı Pir Vəli əmim, kiçik qardaşı Hüseynlə və Hüseynin Salahlı dostu Musa ilə üç at belində, İsa əfəndinin mənzilindəki əşyaları gətirmək üçün Bakıya gedibmiş. Bakıda Nərimanovla görüşüblər. Nərimanov Azərbaycanı Türkiyə ilə birləşdirmək haqqında məktub yazıb Pir Vəli əmimdən xahiş edib ki, məktubu İsa əfəndiyə, o da Türkiyənin Trabzon şəhərində Mustafa Kamal paşaya çatdırsın. Şahidlərin danışığına görə, necə olubsa, Peterburqun 7

      beynəlxalq miqyaslı casusu Bünyad bəy məktubdan xəbər tutub, Azərbaycanın o vaxtkı hərbi komissarı Qarayevə xəbər verib. Qarayev isə Tiflis menşeviklərinin lideri Ayollaya teleqram vurub: “Seqodnya iz Baku vıyexali tri vsadnika. U nix pismo Narimanova Mustafe Kamal paşe. Vstreçayte ix na meste Sarıyoxuş”.

      Yenə də şahidlərin danışığına görə, Qarayev bu teleqramı vurduqdan sonra Bünyad bəyi qatarla Tiflisə göndərib ki, Sarı yoxuşa getmək üçün Ayollanın dəstəsinə bələdçilik eləsin. Bünyad bəy Qarayevin tapşırığına əməl edib. Ayolla Sarı yoxuşda atlıların qabağını kəsib. Pir Vəli əmim deyib: “Atlardakı yük qardaşım Hüseynin toy tədarüküdür. Əvvəlcə məni vurun, cavanların ölümünü görməyim”. Ayollanın mauzerindən birinci güllə Hüseyni yıxıb. İkinci güllə Musanı yıxıb. Pir Vəli əmim cavanların öldüyünü görüb özünü yarğandan atıb, yaxınlıqdakı qoyun kahalarına doğru qaçıb. Otryad Pir Vəlini gülləyə basıb.

      Bir güllə əmimin ağzında dilini qoparıb, ikinci güllə sağ qolunun bazu sümüyünü sındırıb. Kahadakı çobanlar tüfənglərini götürüb “otryad”la atışıb, yüklü atları saldırıblar. Cavanların meyitləri ilə Pir Vəli əmimi arabaya qoyub, kürdən keçirib Padişahlığa aparıblar. Pir Vəli əmim həmin gün keçinib, qadaşı Hüseynin qəbri ilə yanaşı qəbirdə dəfn olunub. Nərimanovun məktubunu İsa əfəndiyə veriblər.


Скачать книгу
Яндекс.Метрика