Эротические рассказы

Əmim Hamlet. Eldəniz QurtulanЧитать онлайн книгу.

Əmim Hamlet - Eldəniz Qurtulan


Скачать книгу
hamı qışqıra-qışqıra ağlayarkən o ağlamadı, ağlaya bilmədi. Ancaq heç kəsin görmədiyi tənha bir yerə çəkilib, orаda öz içini tökməyi elə istəyirdi ki… Kaş, atasını hamıdan çox sevdiyini orada fəryadqarışıq deyə biləydi, ya da bu anda, burada onu bağrına basıb içinə dəfn edəydi… Ancaq o, çarəsiz, solğun gözlərlə ayağa qalxıb yerdə rahat və qayğısız yatan atasına baxa bildi. Artıq nə işsizlik dərdi, nə gələcək arzuları… Əsəd dönüb ətrafındakı ah-halə edənlərə nəzər yetirdi, ürəyi sıxıldı.

      Bir neçə həftədən sonra, əvvəlcə əmisi onun oxumasının lazım olduğunu yada saldı. Sonra anası dörd əllə sarıldı bu fikrə, çünki atasının istəyi də elə bu idi: “Hə, oxuyub molla olmalıdır mənim oğlum, başına sarıq sarımalı, ölənlərimizə mərsiyə oxumalıdır”.

      Əsəd, əmisi Rəşad Axundovla daha maraqlı söhbət edə biləcəyinə inanaraq ondan mollanın nə olduğunu şoruşdu.

      – Molla din adamıdır, – əmisi dedi, – Din adamı olmaq istəyirsənmi? Dini mərasimlər keçirir molla. Bir də məktəblərdə, yəni mollaxanalarda müəllimlik edir, dərs verir. Bəzi yerlərdəsə hakimlik edir. Bununla yanaşı, qədimdən hörmətli, mərifətli, geniş dünyagörüşünə sahib, böyük şairlərə və alimlərə də molla deyilirmiş. Hə, indi nə deyirsən, molla olmaq istəyirsənmi?

      – Başqa yolum varmı?

      – Başqa yolun? – əmisi Cavadın bu qədər ağıllı ola biləcəyini heç düşünməmişdi.

      Təxminən əlli il bundan əvvələ qədər Bakıda iyirmi doqquz şagirdi olan bir məktəb vardı. Şəhərdə yaşayan digər millətlərin uşaqları orda oxuyurdu. Əsasən də yüksək rütbəli dövlət məmurlarının övladları idi, yəni bəy, ağa, şahzadə kimi olanların və bir neçə tacir ailənin uşaqlarıydı. Bəlkə də, burda “Quran” və ana dilindən dərs deyilmədiyinə görə yerli xalqın övladlarına rast gəlinməzdi bu məktəbdə. Əgər xalq öz övladlarını oxutmalı olsa, mollaxana deyilən azsaylı köhnə məktəblərdə oxutmalıydı. Mollalar da, həmişəki kimi İrandan, daha doğrusu, Güney Azərbaycandan olurdu; onların xərclərini məscid vəqfləri, bir az qismini də uşaqların valideynləri ödəyirdi. Bir müddət sonra Çarın fərmanı ilə müsəlman məktəbləri açılmağa başladı. Üç müəllimi və əlli şagirdi olan bu məktəblərdə rus diliylə birlikə ərəb, fars və ana dili də proqrama daxil edilmişdi. Ərəbcə dini işlər, bütün ticarət sahələri fars dilində aparılarkən, ana dili, təbii ki, ən xeyirli və gərəkli olduğundan bu dildə yeni-yeni nəşrlər ortaya çıxırdı. Bütün bunlara baxmayaraq hələ də ana dilinin əsl adı yox idi. Rəsmi rus qurumları bu dili hələ də “tatarca”, xalq isə israrla “müsəlmanca” adlandırırdı. Məktəblərin adı rus-tatar məktəbləriydi.

      Nəhayət, fikirləşib qərara gəldilər ki, Əsədullahı şəhər mollaxasınasına qoysunlar.

      Tək pəncərəli, dar qapılı, yarıqaranlıq, döşəməsi qamış, havası rütubətli, cansıxıcı bir otaq… Otuz, otuz ikiyə qədər şagird, evdən gətirdikləri kiçik nazik palazların üstündə diz çöküb otururdular. Mollanın palazı xüsusi olaraq böyük və qalındı, üstəlik, belini söykədiyi yastığı da vardı. Qabağında açılıb-bağlanan masa, onun üstündə qalın, qara qablı bir kitab… Uşaqların hamısı müxtəlif boy və yaşlarda oğlan uşaqları. Həmişə olduğu kimi, balacalar qabaqda otururdular. Zənn edilirdi ki, ən çox döyülənlər onlardır, amma heç də elə deyildi. Mollanın əlində çox uzun bir dəyənək vardı. Ən arxada oturan uşağın belə keçəl başına da vura bilirdi. Bundan başqa, divarda falaqqa hazır vəziyyətdəydi, lazım olanda şagirdlərin ən böyüyünün yardımı ilə (ona halfe deyirdilər) cəzalı olanı falaqqaya yatırır, yəni falaqqa vasitəsilə şagirdin ayaqları şallaqlanırdı.

      İlk aylar əlifbanı avazla əzbərləməyə çalışdı.

      Elif nohte nedared babacunem yad begir yad,

      Be, yek nohte dared babacunem yad begir yad…

      O, bunu əzbərləyincə başqa şagirdlər kimi hər günü döyulməklə keçdi.

      Altıncı ayın ortalarında, bir gün necə olmuşdusa mollanın döşəkçəsinə iynə kimi nəsə batmışdı. Molla yerindən sıçradı və aləmi bir-birinə qatdı.

      – Bu işi kim edibsə boynuna alsın! Yoxsa mən nə edəcəyimi yaxşı bilirəm.

      Əsəd, “Bu yaramaz hərəkəti kim edib, görəsən?” – deyə fikrə getmişdi ki, birdən mollanın uzun dəyənəyi başına dəyəndə özünə gəldi.

      – Mən? Yox! Vallah-billah, mən etməmişəm. Bu işdən qətiyyən xəbərim yoxdur.

      – Yalan deyirsən, məlun! Hə, qalx ayağa, halfə, falaqqanı gətir, düzünü deyənə kimi döyəcəyəm onu…

      – Mollam, inan ki, mən etməmişəm. Vallah, mən etməmişəm, deyirəm, niyə inanmırsan? Kimin etdiyini də bilmirəm.

      – Onda kim edibsə, çıxsın ortaya.

      – Mənim bu halımı görən heç ortaya çıxarmı, molla!

      Bir sözlə, ortaya heç kim çıxmadı. Əsədullahla birgə dörd üşaq da falaqqaya uzadıldı və ürəkləri gedincəyə gədər döyüldülər.

      İşgəncə bitdikdən sonra bir müddət ağrıdan ayağa dura bilmədi, axır ki, birtəhər dəftər-kitablarını heybəsinə yığdı. Axsaya-axsaya mollaya yaxınlaşdı, heybəsini var gücüylə mollanın sarıqlı başına keçirtdi və təhsil həyatını beləcə başa vurdu…

      Geriyə boylananda, bu altı ildə “Quran”ı əvvəldən-axıra kimi əzbərləmişdi. Yəni hafiz olmuşdu. Fars dilində ana dili kimi danışa bilirdi. Fars şairi Şirazlı Sədinin iki divanı – “Gülüstan” və “Bustan”dan çoxlu şeir əzbərləmiş, ən əsası, bütün Məhərrəm ağılarını ana dilində, avazla və yanıq səslə oxuya bilirdi.

      Molla, görəsən, niyə Əsədullah və onun dörd dostundan şübhələnmişdi? Çünki onlar mollaxananın qanunlarına bir elə də tabe deyildilər. Üstəlik, Əsədullah öz dünyagörüşüylə onlardan fərqlənirdi.

      Əsədullah anasının bütün xahişlərinə baxmayaraq mollaxanaya qayıtmadı və oxuduqlarının üstünə biryolluq qara xətt çəkdi.

      – Səni heç başa düşmürəm. Oxumasan, məktəbi qurtarmasan çətinlik çəkəcəyini bilirsənmi, oğlum? Az qalıb, artıq bir neçə il sonra Tanrının köməyilə sarığını sarıyacaq, cübbəni geyinəcək, hörmət-izzətli bir molla olacaqsan. Hələ sən bir molla ol, gör onda nələrə sahib olacağıq.

      – Molla olmayacağam, çünki mollaxanaya dönməyəcəyəm!

      – Gəl, inad etmə, gözümün nuru, səni oxutmaq üçün illər boyu corab, başlıq hörürəm, min bir dərdə qatlanıram. Bu qədər əziyyətin üstündən bir qələmlə xətt çəkməyə dəyməz. Atan da oxumağını, oxuyub adam olmağını istəyirdi.

      – Xeyr! Getməyəcəyəm! Orada heç bir günahım olmaya-olmaya falaqqaya yatırılan mənəm, siz deyilsiniz.

      – Yaxşı, sən haqlısan, mən müəlliminlə görüşüb, ona hədiyyələr verərəm. Bir daha döydürmərəm səni. Əmindən də xahiş edərik ki, araya girib, bağışladar səni. Sən də bir az


Скачать книгу
Яндекс.Метрика