Эротические рассказы

Kəndimizdə bir gözəl var. Salam QədirzadəЧитать онлайн книгу.

Kəndimizdə bir gözəl var - Salam Qədirzadə


Скачать книгу
köməyi ilə əvvəlcə Əkrəm faytona mindi, çamadanını dizləri üstə alıb əyləşdi. “Mən, Yeganənin haqqında nahaqdan elə xəyallara düşürəm, − deyə fikrindən keçirdi. Tanımadığım, yad bir adam mənə belə qayğı göstərəndə, özümünkü əldən-ayaqdan getməyəcəkmi?”

      Qadın da qalxıb Əkrəmin yanında oturdu. Faytonçu göy, nimdaş xalatının ətəklərini qaldırıb rəngi soluxmuş qırmızı qurşağının altına keçirdi. “Ya, Əli!” – deyib yaşına uyuşmayan bir sıçrayışla qozlaya tullandı. Cilovları əlində cütlədikdən sonra, qamçını havada yellədərək atların başı üstündə şaqqıldadıb, bir ağız bərkdən muşqurdu:

      − Ay dönüm gözünüzə, mənim zirək tərlanlarım, tərpənin!

      Asfalt meydançaya dəyən nal səsləri vağzal binasının hündür divarlarında əks-səda verdi. Atlar fınxırıb yerindən götürüldü.

      Qadın yana çevrildi, aşağıdan-yuxarı oğrun və məyus baxışlarla Əkrəmi süzdü. Onun ayaqlarındakı qunclu xrom çəkmələr köhnə də olsa, tərtəmiz silinmişdi. Tünd bənövşəyi diaqnal kalifeyi, yaxası sarı dəmir düyməli xıneyi köynəyi hündür boyuna, dolu bədəninə biçildiyindən leytenant çinli gənci xeyli qıvraq göstərirdi. Mürəkkəb çilənmiş kimi nöqtə-nöqtə göyümtül ləkələrlə örtülmüş sifətində donmuş, düşüncəli bir ifadə vardı və adama elə gəlirdi ki, bu həmişə belə qalacaq, heç vaxt dəyişməyəcəkdir. Saçlarının yarıdan çoxu ağarmışdı. Şikəst gözlərini yəqin ki, başqaları görməsin deyə, qara çeşmək taxmasına baxmayaraq, furajkasının günlüyünü də qalın qaşlarının üstünə endirmişdi.

      Vağzaldan azacıq aralanmışdılar, faytonçu dala baxmadan xəbər aldı:

      − Soruşmaq ayıbına gəlməsin, qardaşoğlu, Təzə pir tərəfdə kimlərdənsən?

      Əkrəmin kilidlənmiş dodaqları tərpəndi; kirpik çala-çala bir qədər susduqdan sonra cavab verdi:

      − Çətin tanıyasınız… Atamgil yuxarı məhəllədə yaşayıblar. Mən, bənna Mirqasımın oğluyam.

      Bu adı eşidən faytonçu geri qanrılmaq istəyirdi ki, qarşıdan gələn tramvayı görüb atları yana çəkdi; küçəni sağa döncək cilovları boşaldıb, gümrah bir səslə dedi:

      − Belə, atanın cəddinə qurban olum! Adə, sən gəl Mirqasım kişini özgəsindən yox, məndən xəbər al. Buna bax a… deyir, tanımazsan! Bütün qohum-əqrəbanı sənə yerli-yerində elə nişan verim ki, özün də məəttəl qalasan. Evinizə çox gəlib-getmişəm ki…

      O, cibindən çıxardığı dəmir qutudakı hazır eşmələrdən birini götürüb, dili ilə böyrünü isladaraq, damağına qoydu. Qəmbər döşəməli çala-çuxur yolla tənbəl-tənbəl gedən atları haylayıb, eşməsini yandırdı, hərisliklə sinəsinə çəkdiyi tüstünü əvvəlcə ağzından, sonra da burnundan buraxıb soruşdu:

      − Demək, əsgərlikdən gəlirsən?

      − Bəli, əmi.

      − Cəmi gedənlərimiz qayıtsın, inşallah… Yəni frontda lap o tufani-bəlanın içində olubsan!

      Əkrəm qımışdı:

      − Dörd il!

      − Şükür allaha ki, sağ-salamat qurtarıbsan, − deyə faytonçu cəbhənin dəhşətli səhnələrini gözüylə görmüş kimi heyrətlə dilləndi.

      Atlar Qəssab bazarının yoxuşunu qalxanda Xəzərdəki gəmilərdən günortanın fiti verildi.

      − Qardaşoğlu!

      − Eşidirəm, əmi.

      − Bax… qabaqda o ikimərtəbəli ağ ev ki, var… sənin yadına gəlməz, onu rəhmətlik atan Mirqasım kişi öz əlləri ilə tikib. Onda mən arabaçılıq edərdim. Bir cüt də yaxşı kürən atım vardı. Desəm ki, ora nə qədər daş, palçıq gedib, hamısını mən daşımışam, inanmazsan. – Faytonçu dərindən, yanıqlı bir ah çəkdi. – Eh!.. Yaman qocaldıq! Elə bil hamısı srağagün idi! Papağını götürüb qoyunca, ömür sona yetdi…

      Qadın kədərli gözlərini Əkrəmdən ayırmadan nə haqdasa düşünür və ürəyində özü ilə danışırmış kimi arabir asta-asta başını tərpədərək köks ötürürdü. Deyəsən, xəlvəti ağlayırdı da. Kirpikləri nəmlənmişdi.

      Fəridənin yaxşı yadındadır: Onda hələ nişanlanmamışdı. İsti avqust günləri idi. Bir dəstə qızla Pirşağı dənizinə getmişdi. Plyajda adam əlindən tərpənmək olmurdu.

      Rəfiqələr çimib, sərinləndikdən sonra sahildə çığır-bağırla voleybol oynayırdılar. Onlara yaxın yerdə şahmat taxtası arxasında üz-üzə iki oğlan oturmuşdu. Ətrafın səs-küyünü sanki heç eşitmirdilər. Hərə özlüyündə dərin fikrə dalmışdı.

      Bu vaxt Fəridənin vurduğu top gəlib zərblə şahmat taxtasına dəydi və fiqurları qumun üstünə səpələdi. Oğlanlar, yəqin ki, ciddi vəziyyət almış oyunlarını pozana acıqlanmaq qəsdilə cəld geri qanrılıb təəccüblə yan-yörəyə baxdılar. Fəridə qorxaq addımlarla yavaş-yavaş onlara yaxınlaşaraq günahkarcasına üzr istədi:

      − Bağışlayın… Məndən oldu… Bilmədim…

      − Əgər sizsinizsə, eybi yoxdur. – Oğlanlardan nisbətən cüssəli görünəni ayağa qalxaraq qərəzsiz, şən səslə cavab verdi. – Siz mənim dostumu əziyyətdən qurtardınız. Yoxsa, mütləq “mat” qalacaqdı, − dedi və suya diyirlənən topu götürüb ehtiramla Fəridəyə uzatdı. – Buyurun.

      − Təşəkkür edirəm…

      − İndi ki, belə oldu, onda bizi də özünüzlə oyuna buraxın.

      Fəridə qısıldı:

      − Məmnuniyyətlə.

      − Gedək, Sərdar! – deyə oğlan yoldaşının boynundan yapışıb, onu özünə sarı çəkərək dikəltdi. – Voleybol da şahmat deyil ki, bacarmayasan.

      Fəridə qara eynəkdə idi. Gün yandırmamaq üçün, burnunun üstünə kağız parçası yapışdırmışdı. Uzun hörüklərini çalma kimi başına dolayıb, düyünləmişdi. İlk dəfə rastlaşdığı bu oğlanın qeyzlənmək əvəzinə belə alicənablıq göstərməsi Fəridənin xoşuna gəldi. Çox güman, başqası olsaydı, möhkəm hirslənərdi, topu götürüb təpiklə qırağa vurardı; hələ üstəlik bir-iki söz də deyərdi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными


Скачать книгу
Яндекс.Метрика