Hüseyn Cavid haqqında xatirələr. Mişkinaz CavidЧитать онлайн книгу.
Ha fikirləşirdim necə edim ki, heç olmasa ikisindən birini ala bilim. Özünə deyəndə cavab verirdi ki, özün bil, ancaq bazardan kəsmə, bir az gözlə.
Bir qədər sonra gedib bir cüt ayaqqabı aldım. Sabahı gün geyib getdi. Evə gələn kimi dedi:
– Sağ ol ki, bu ayaqqabını aldın. Bu gün bir neçəsi dedi ki, bax, Cavid Əfəndi, bu sənə yaraşır, o nə idi geyirdin?
Mərdiməzarlara, evyıxanlara lənət! Zaman gəldi, həmin ayaqqabıya pənah gətirdim.
Yay mövsümündə, bağda üzümü dənəli, qabıqlı yeməyə qoymazdı. Deyərdi:
– Sıxın, suyunu için.
Bir də görürdün qollarını çirmələyib üzümü yığıb çilovsüzənə, ləyəni qoyub altına sıxır və deyir:
– Tənbəllik içinizi alıb, hər gün belə etmək lazımdı.
Qəndlə şəkərə fərq qoyardı. Deyərdi:
– Bəzən şəkər təmiz olmur. İmkan daxilində qənd al.
– Mümkünüm olaydı, bütün ehtiyacı olanlara kömək edə biləydim. Ən çətin iş odur ki, ürəyindən keçə, imkanın olmaya.
Cavidin bacısı deyirdi:
– Hüseyn uşaq vaxtı çox nadincdi. Məktəbə gedəndə qonşu arvadların hamısı deyirdilər: "Heç olmasa, gündə uşaqlarımız bir neçə saat rahat olarlar". (Sakit oturduğu vaxtlar anası onu belə əzizləyərmiş: "Ay qara Hüseyn, göy Hüseyn, uşaqları döy Hüseyn").
O nadincliyindən yenə də qalmışdı. Gecə vaxtı bir yerdən gələndə, tanış bir qapıdan keçəndə qapını döyərdi. Uşaqlar nadinclik edəndə deyərdi:
– Darıxma, nadinc uşaq yaxşıdı. Ziyanəvər, mərdiməzar yox, ağıllı, xeyirxah olmalı.
Cavid ən dəyərli, qayğıkeş, qədirbilən bir ailə başçısıydı. Yadıma gəlmir ki, mən səhərlər durub uşaqları məktəbə yola salım. Həmişə özü durar, onların çay-çörəklərini verib yola salardı…
Cavid haqqında yazılan xatirələrdən
1961-ci ildə Abdulla Şaiq "Xatirələrim" adlı kitabçasında yazır ki, guya Cavidin yaxşı səsi olubdu, atası ilə şəhərbəşəhər gəzib, atası mərsiyə deyər, bu da sinəzən oxuyarmış. Guya Cavid alver də edərmiş…
Cavidin nə səsi vardı, nə də alver etməyi bacarardı. Bir neçə dəfə bazarlıq etməyə getdi: heç birini bacarmadı. Demək olar ki, o kitabda Cavidin tərcümeyi-halının yarıdan çoxu yanlış yazılıb.
Cavidgil üç qardaş, üç bacı olublar. İki qardaş ikinci arvaddan olub. İkinci arvaddan olanın böyüyünün yaxşı səsi vardı. Atasıyla gedən də o idi. Sonralar yaxşı mərsiyəxan oldu.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.