Cenni Herhardt. Теодор ДрайзерЧитать онлайн книгу.
çox müşküldür. Bir dəfə axşam o, Cennini bərk qucaqladı. Bir dəfə də onu dizi üzərində oturtdu və özünün Vaşinqton həyatından nağıl etməyə başladı. O indi Cennini heç vaxt nəvazişsiz, yaxud öpüşsüz yola salmırdı, lakin bunlar hamısı ancaq zəif və qeyri-müəyyən ciddi-cəhd idi. O, Cennini çox təşvişə salmaq istəmirdi.
Cenni isə bütün bunlardan sadəqəlbliklə həzz alırdı. Onun həyatında o qədər yenilik, qeyri-adilik əmələ gəlmişdi ki. O, sadəlövh, təcrübəsiz, dərindən hissetmə qabiliyyətinə malik bir qız idi. O, məhəbbət haqqında hələ heç bir şey bilmirdi. Lakin öz dostluğunu ona layiq görmüş görkəmli adamın diqqətindən şad olmaq üçün kifayət qədər böyümüşdü.
Bir dəfə axşam Cenni senatorun kreslosunun yanında durduğu zaman əlini onun saçlarına çəkdi, alnından geri yığdı, sonra bekarçılıqdan onun saatını cibindən çıxartdı. Onun xoş sadəqəlbliyi senatoru vəcdə gətirdi.
– Siz istərdinizmi ki, saatınız olsun? – deyə o soruşdu.
Cenni köksünü ötürərək:
– Əlbəttə, istərdim, – dedi.
Ertəsi gün senator zərgər mağazasına getdi və zərif bəzəkli əqrəbləri olan balaca qızıl saat aldı. Cenni bir də gələrkən o:
– Cenni, – dedi, – mən sizə bir şey göstərmək istəyirəm. Bir baxın, mənim saatımda saat neçədir?
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.